C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Azərbaycan Respub­li­kasının xarici ticarət



Yüklə 2,89 Mb.
səhifə101/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   114
C fakepathelave vesait

Azərbaycan Respub­li­kasının xarici ticarət
dövriy­yəsində müxtəlif ölkələrin xüsusi çəki­si (faizlə)



Ölkələr

İllər

1995

2000

2005

2010

İtaliya

2,2

27,1

16,5

25,6

Fransa

0,4

7,7

6,2

7,1

Rusiya Federasiyası

14,4

11,9

11,7

6,9

ABŞ

1,1

3,8

2,2

6,6

İsrail

0,2

4,8

2,4

6,5

Ukrayrıa

5,1

2,0

3,1

4,8

Türkiyə

12,8

8,0

6,9

3,4

Çin

0,4

1,0

3,2

3,3

Xorvatiya

-

0,2

2,1

2,8

Sinqapur

-

0,5

5,9

2,4

Almaniya

3,7

2,6

3,4

2,2

Gürcüstan

4,9

2,9

3,1

1,7

Koreya Respublikası

0,2

0,2

0,5

1,3

Qazaxıstan

2,9

2,2

1,3

1,2

Kanada

-

0,2

0,2

1,2

İngiltərə

4,4

2,7

4,5

1,1

Yunanıstan

0,8

0,9

1,2

1,0

Gələcəkdə ölkənin xarici ticarət əlaqələrində neft-qaz və neft emalı məhsullarının mühüm yer tutması ilə yanaşı, eyni zamanda qeyri-neft bölməsi məhsullarının daha sanballı bir mövqe tutması istiqamətində də mühüm işlər görülməkdədir.




XV FƏSİL. İQTİSADİ İNTEQRASİYA PRO-
­­SESLƏRİ VƏ BƏŞƏRİYYƏTİN
QLOBAL PROB­LEMLƏRİ


15.1.İqtisadiyyatın inteqrasiya və qloballaşma proseslərinin mahiyyəti


XX əsrin sonları və XXI əsrin əvvəlləri milli iqtisa­diyyatların yüksək templərlə irəliləyib inkişaf etməsilə yanaşı, eyni zamanda Planet miqyasında inteqrasiya meyl­lərinin xeyli güclənməsi, habelə tədricən vahid dünya tə­sər­rüfat sisteminin formalaşması ilə səciyyələnir.
Müasir dünya təsərrüfatı vaxtilə olduğu kimi əsasən öz-özünü təmin etmək prinsipi üzərində deyil, getdikcə daha çox sıx iqtisadi əməkdaşlıq şəraitində qurulub fəaliy­yət göstərməkdədir. Müxtəlif ölkələr arasında siyasi-dip­lo­matik, iqtisadi-ticarət, mədəni-mənəvi əlaqələr sistemi in­ten­siv surətdə həm eninə, həm də dərininə inkişaf edərək, yeni-yeni sahələri əhatə etməkdədir. Bu çoxtərəfli əlaqələr və əməkdaşlıq sistemində, şübhəsiz iqtisadi münasibətlər aparıcı rol oynayır.
Milli təsərrüfatların iqtisadi əməkdaşlığı, ayrı-ayrı ölkələr arasında fasiləsiz surətdə davam edən qarşılıqlı faydalılıq əsasında normal surətdə əmtəə-xidmətlərin, ka­­pi­talın, iş qüvvəsinin hərəkətini (axınını) nəzərdə tu­tur. Bu mənada, müasir inteqrasiya və qloballaşma şə­raitin­də fəaliy­yət göstərən dünya iqtisadiyyatı, tam bir sis­tem, ya­xud kompleks, neoiqtisadiyyat, ekoiqtisadiy­yat kimi xarakterizə olunur.
İqtisadi inteqrasiya - ayrı-ayrı ölkələrin təsərrüfat həyatının (milli iqtisadiyyatların) əməkdaşlıq münasibət­lə­rinin genişlənib-dərinləşməsi yolu ilə onların qismən, yaxud tam halda birgə fəaliyyətidir.
Qloballaşma isə milli iqtisadiyyatların sıx qarşı­lıq­lı əməkdaşlığı, onların bir-birilə qayrıayıb-qarışması əsa­sın­da vahid dünya təsərrüfat sisteminin formalaşması pro­sesidir.
Beynəlxalq əmək bölgüsünün dərinləşməsi, istehsal sahələrinin kooperasiyası və ixtisaslaşmanın təkmilləş­dirilməsi, ölkələr arasında iqtisadi-ticarət, maliyyə-kredit münasibətlərinin geniş şəbəkəsinin yaradılması sayəsində, bütün dün­yada iqtisadi inteqrasiya prosesləri obyektiv tarixi zərurətə çevrilmişdir.
Xüsusilə son dövrlərdə Planet miqyasında vahid informasiya-məlumat və rabitə sistemlərinin yaradılması, ölkələrin iqtisadi-sosial inkişaf göstəricilərinin yaxınlaş­ma­sı meyli, əmtəə-xidmətlərə vahid standartların tətbiq olunması, xammal-enerji ehtiyatlarının, iqtisadi resursların dünya miqyasında qeyri-bərabər yerləşməsi, iqtisadi-tica­rət münasibətlərinin əvvəllərə nisbətən xeyli sərbəst­ləş­dirilməsi (liberallaşdırılması), gömrük-vergi sahəsində müx­təlif çətinliklərin aradan qaldırılması istiqamətindəki irə­li­ləyişlər, tədricən dövlətlərin «açıq iqtisadiyyat» mode­li­nə keçməsi, şübhəsiz inteqrasiya, habelə qloballaşma pro­seslərinə yeni bir təkan vermişdir.
Hazırda yeni keyfiyyətlər, özünəməxsus cəhətləri ilə davam edən iqtisadi inteqrasiya və qloballaşma proses­lə­rinin obyektiv təhlili göstərir ki, bu hadisənin müsbət meyl­ləri ilə yanaşı, bütövlükdə milli iqtisadiyyatın təhlü­kə­sizliyi, yerli istehsal sahələrinin rəqabət qabiliyyəti, da­xili bazarla xarici bazarın optimal nisbətləri, ixrac-idxal im­kanları, beynəlxalq bazarın dəyişkən konyukturası, enib-qalxan qiymətlərlə bağlı bir sıra çətinlikləri də vardır. Bu ziddiyyətli, lakin qanunauyğun prosesin doğurduğu müx­­təlif istiqamətli sosial-iqtisadi problemlərin ən opti­mal variantı, dünya ölkələrinin genişlənib-dərinləşən iqti­sa­di münasibətlərinin ekvivalentlik prinsipləri təməlin­də, qarşılıqlı faydalılıq istiqamətində qurulmasıdır.
Müasir dünyanın investisiya - istehsal - xidmət - təc­hizat - satış dairəsi sahələrində «iqtisadiyyatın hərə­kət­ve­rici qüvvəsi» sayılan və təsərrüfat həyatının beynəlmiləl bir xarakter almasında transmilli korporasiyalar (TMK) həlledici rol oynayırlar. İlk addımlarını hələ XIX əsrin sonu və XX əsrin əvvəllərindən atmağa başlamış inhi­sar­ların bu forması böyük bir inkişaf yolu keçərək, həqiqətən dünya iqtisadiyyatının ən güclü amilinə çevrilmişlər. Trans­milli korporasiyalar beynəlxalq əmək bölgüsü və dünya miqya­sın­da ixtisaslaşma əsasında, bir sıra xarici ölkələrdə aktiv­ləri (vəsaitləri) olan beynəlxalq tipli inhisar birlikləridir.
BMT-nin təsnifat və meyarlarına görə TMK-ın ən azı dünyanın 6 ölkəsində filialı (şöbəsi) olmalı, illik satış-ticarət dövriyyəsinin həcmi 100 milyon dolları ötməli, istehsal etdiyi məhsul-xidmətlərin 15-20 faizi ixrac xa­rak­teri daşımalıdır. TMK-ın investisiya, istehsal-xidmət, satış fəaliyyəti həmişə beynəlxalq aləmlə bağlı olmuşdur. Onlar dünyanın müxtəlif qitələrinin həm yüksək inkişaf etmiş, həm inkişaf etməkdə olan, həm də postsosialist və post­sovet ölkələrində, o cümlədən Azərbaycan Respubli­ka­sında istehsal-xidmət dairəsinin müxtəlif sahələrində öz fəaliyyətlərini genişləndirirlər.
Transmilli korporasiyaların iqamətgahı hər hansı bir ölkədə, məsələn ABŞ və Yaponiyada, Almaniya və Kanadada, İngiltərə və Fransada, İtaliya və Rusiyada yer­ləşə bilər. Lakin onların fəaliyyət dairəsi bütün dünya əra­zisi olduğundan, TMK-ın geniş yayılmış şəbəkəsini Pla­neti bürümüş «hörümçək toruna» bənzədirlər.
Son məlumatlara görə hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən TMK-ın sayı 70 mindən, onların filiallarının sayı isə 850 mindən çoxdur. Bu kor­porasiya və onların filiallarında işləyənlərin sayı 150 milyon nəfəri ötür. TMK-ın illik dövriyyələrinin ümumi həcmi trilyonlarla dollarla hesablanır. Bu beynəlxalq bir­lik­lər dünya sənaye məhsulu istehsalının 40 faizdən və ticarət dövriyyəsinin 50 faizdən çoxunu öz nəzarətlərində saxlayırlar. Beynəlxalq bazarda buğda satışının 70 faizi, neft satışının 75 faizi, sink və qalay satışının 80 faizi, kofe və qarğıdalı satışının 90 faizi TMK-ın əlində, yaxud nə­zarətindədir. «General Elektrik», «Microsoft», «Royal Ditç Şell», «Nippon», «Toyota Motor», «Ekkson», «Coca- cola» kimi nəhəng TMK-ın kapitallarının ümumi həcmi və illik gəlirləri, bir sıra dövlətlərin ümumi daxili məh­su­lun­dan və büdcə gəlirlərindən çoxdur.
Müasir dünyanın iqtisadi inteqrasiya və qloballaş­ma proseslərinin fəal iştirakçısı, həm də aparıcı qüvvəsi sayılan TMK-ın geniş investisiya imkanları, texniki-tex­no­loji üstünlükləri, yüksək ixtisaslı peşəkar kadr poten­sialı, nizama salınmış təchizat-satış əlaqələri, zəngin idarə­etmə təcrübəsi, gələcəkdə onların beynəlxalq aləmdə təd­ri­cən formalaşan vahid dünya təsərrüfat sistemində daha san­ballı bir rol oynayacağını proqnozlaşdırmağa əsas ve­rir.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin