C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Valyuta məzənnəsi və beynəlxalq iqtisadi ticarət əlaqələrinin maliyyələşdirilməsi



Yüklə 2,89 Mb.
səhifə89/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   114
C fakepathelave vesait

13.2.Valyuta məzənnəsi və beynəlxalq iqtisadi ticarət əlaqələrinin maliyyələşdirilməsi

Beynəlxalq iqtisadi münasibətlərin "əsəb qovşağı" kimi səciyyələndirilən valyuta məzənnəsi (kursu), bir ölkənin pul vahidinin digər ölkələrin pul vahidlərində ifadə olunmuş qiymətidir. Dünya Bankının metodikasına əsasən, valyuta kursu müəyyənləşdirilərkən, müvafiq 2 öl­kə­nin bir qrup, məsələn 15 adda məhsulunun satış qiy­mət­ləri müqayisə edilərək, onun əsasında uyğun valyuta mə­zən­nəsi hesablanıb müəyyənləşdirilir. Məsələn, son mə­lu­matlara görə: 1 dollar = 32 rus rubluna, 1 avro = 1,2 dollara, 1 manat = 0,8 dollara, 1 funt sterlinq =1,3 – dolla­ra və sair.


Müxtəlif dövlətlərin milli valyutalarının məzən­nə­sinə təsir edən amillər sırasında aşağıdakıları göstərmək olar:

  • ölkədə inflyasiya prosesinin templəri;

  • ölkənin ödəniş (tədiyyə) balansının vəziyyəti;

  • müxtəlif ölkələrin bank faiz dərəcələrindəki fərq­lər;

  • valyuta bazarlarının fəaliyyəti;

  • dünya bazarında ayrı-ayrı milli valyutalara olan inam;

  • beynəlxalq borc və öhdəliklərin ləngidilməsi;

  • əhalinin alıcılıq qabiliyyəti və onların davranış­larında, zövqlərində əmələ gələn dəyişikliklər.

Beynəlxalq iqtisadi-ticarət əməliyyatları həyata keçirilərkən, 2 növ qiymətlərdən - daxili xarici qiy­mət­lər müqayisə olunub, tutuşdurulur. Daxili qiymətlər məh­sul və xidmətlərin milli dəyərləri (xərclər, üstəgəl müəy­yən mənfəət) əsasında yaranır. Xarici qiymətlər isə həmin məhsul və xidmətlərin beynəlxalq dəyərləri (xərcləri və digər amilləri) əsasında yaranır. Aydındır ki, obyektiv və subyektiv səbəblər üzündən hər hansı bir ölkədə istehsal olunmuş məhsulların, habelə göstərilən xidmətlərin daxili-xarici bazarlardakı qiymətləri bir-birindən fərqli, yaxud aşağı-yuxarı olacaqdır.
Deməli, ayrı-ayrı ölkələrin müxtəlif təyinatlı məh­sulları beynəlxalq bazara çıxarıldıqda (neft, mis, kofe, çay, kürü, tütün) dünya bazarında tələb-təklif əsasında forma­laşan qiymətlərə satılıb-alınırlar.
Valyuta bazarındakı gündəlik məzənnələr "cari" yaxud "həqiqi" məzənnə adlanır. Milli valyutaların "alış""satış" məzənnələri də olur. Alış məzənnəsi kon­kret rezident (ölkə) bankının xarici valyutanı milli pul vahidinə aldığı məzənnəyə deyilir. Satış məzənnəsi isə Milli (Mər­kəzi) Bankın xarici valyutanı ölkənin pul vahidinə satdığı məzənnədir.
Milli valyutanın məzənnəsinin aşağı düşməsi (de­val­vasiyası) prosesi, son nəticə etibarilə ixraca stimul, im­kan yaradır, əksinə idxalı məhdudlaşdıraraq, onun səmərə­liliyini zəiflədir. Bu meyl, ixracın üstünlüyünü təmin et­mək­lə, ölkənin xarici ticarət əlaqələrində müsbət balans (saldo) vəziyyəti yaradır. Milli valyutanın məzənnəsinin yüksəlməsi (revalvasiyası) birbaşa olmasa da, uzun­müd­dətli perspektivdə xoşagəlməz proseslər yarada bilər. Bu halda ixracın iqtisadi səmərəliliyi azalır, idxal genişlənir, ölkəyə xarici investisiyaların axını çoxalır, xarici borcların məbləği artır. İstər milli valyutanın məzənnəsinin artması, istərsə də azalması prosesi müəyyən problemlər doğurur ki, bunlar dövlətin iqtisadi siyasəti ilə tənzimlənir.
Qloballaşan dünyanın intensiv beynəlxalq iqtisadi-ticarət əlaqələri müxtəlif şərtlərlə verilən kreditlər, iki­tə­rəfli və çoxtərəfli hesablaşmalar, habelə dəyişkən bazar qiymətləri, valyuta məzənnələri əsasında bank əməliy­yat­ları vasitəsilə həyata keçirilir.
Beynəlxalq ticarət sövdələşmələri və əməliyyatları üzrə konkret hesablaşmalarda, banklar hər hansı bir ölkəyə məhsul-xidmət ixrac edən tərəflə (şirkət, korporasiya, döv­lət) idxal edən tərəf arasında etibarlı bir əlaqə münasi­bət­ləri yaradırlar. Məlumdur ki, çox vaxt müxtəlif yaxın-uzaq ölkələrdə yaşayıb fəaliyyət göstərən ixracçılar və idxal­çı­lar heç bir-birini şəxsən tanımır, müxtəlif dillərdə danı­şır, ayrı-ayrı dinlərə sitayiş edir, nəhayət ən başlıcası isə fərqli milli valyutalardan istifadə edirlər. Ona görə də, həmin satıcılarla alıcılar arasında vasitəçilik edərək, əlaqə kör­pü­sü yaradan banklar, şübhəsiz beynəlxalq xarici iqtisadi-ticarət əlaqələri sisteminin ayrılmaz tərkib hissəsi kimi bu proseslərin maliyyələşdirilməsində, əməliyyatların aparıl­ma­sında mühüm rol oynayırlar.
Dövlətlərin milli valyutaları ölkə hüdudlarından kə­narda özünün vəzifələrindən biri sayılan ödəniş (tədiyyə) funk­siyasını, daxili bazarda olduğu kimi birbaşa (bila­va­sitə) yerinə yetirə bilmədiyinə görə, xarici iqtisadi-ticarət əlaqələrində bir valyutanın digər bir valyutaya çevrilməsi problemi qarşıya çıxır.
Beynəlxalq iqtisadi-ticarət əlaqələrində he­sab­laş­ma­la­rın səciyyəvi xüsusiyyətlərindən biri ondan ibarətdir ki, xarici milli valyuta ödəniş vaxtı nağd pul kimi yox, bank və kredit ödəniş vasitəsi, teleqraf və poçt köçür­mələri, çek və veksel əməliyyatları, faks, internet və peyk sistemləri ilə həyata keçirilir.
Beynəlxalq valyuta əməliyyatları vasitəsilə xarici iqtisadi-ticarət əlaqələrinin maliyyələşdirilməsində deviz, marj, kross məzənnə, sport (nağd) məzənnə, forvard (müd­dətli) məzənnə, akkreditiv forma, valyuta arbit­ra­jı kimi iqtisadi-maliyyə anlayışlarından istifadə olunur.
Marj - məzənnə fərqi mənasında işlənir. Vədəli fond əməliyyatlarında qiymətli kağızların (səhmlərin, çek­lə­rin, veksellərin) müqavilə bağlanan günə kimi və mü­qa­vilə həyata keçirilən gün (məsələn 1 oktyabrdan - 30 ok­tyab­­ra qədər) üçün məzənnə fərqi marjdır.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin