«(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur.» (Cümə-2.)
Ümmət, məhrum kütlədən başqa bir şey deyil. Həmçinin, haqq yolunun şəhidləri barəsində deyir:
«(O gün) hər ümmətdən (öz peyğəmbərləri olmaqla) bir şahid çıxardacaq və (müşriklərə): «(Allaha şərik qoşmağınızın lüzumu barədə) tutarlı dəlilinizi gətirin!» – deyəcəyik.» (Qəsəs-75).
İnqilab və hərəkat rəhbərlərinin mütləq, məhrum kütlə içindən çıxması, ictimai və etiqadi bazanın, iqtisadi və sinfi baza ilə uyğun gəlməsinin zəruriliyinə sübutdur və bu zərurət, tarixi materializm və iqtisadın bazis olmasından başqa heç bir şeylə izah oluna bilməz.
4. Quranda, peyğəmbər hərəkatlarının mahiyyəti və onların ictimai meylləri üstqurum deyil, bazisdir. Qurandan dəlil gətirmək və sübut etmək olar ki, peyğəmbərlərin risalət və göndərilmə hədəfləri ədalətin bərpası, ictimai bərabərliyin qurulması və təbəqələrarası sədlərin uçurulmasıdır. Peyğəmbərlər həmişə üstqurumdan bazisə doğru deyil, bazisdən üstquruma doğru gedirdilər. Üstqurumlar – yəni əqidlər, imanlar, əxlaqın islahı – peyğəmbərlərin ikinci hədəfi idi və onlarla, bazisi islah etdikdən sonra məşğul olurdular. Peyğəmbər (s) buyurub: «Maddi həyatı olmayanın, mənəvi həyatının məhsulu olan məadı da yoxdur.»
Bu cümlə, maddiyyatın məad və maddi həyatın mənəvi həyatdan üstün və mənəvi həyatın maddi həyata bağlı olmasını xatırladır. Həmçinin, Peyğəmbər buyurub: «Pərvərdigara! Bizə çörək məsələsində bərəkət ver. Əgər çörək olmasaydı, nə zakət olardı və nə də namaz.»
Bu cümlə də, mənəviyyatın maddiyyata nisbətən asılı və üstqurum olmasını çatdırır.
Hal hazırda bir çoxlarının, peyğəmbərlərin yalnız üstqurumda fəaliyyət göstərməsi və xalqı mömin etmək istəməsi, onların rəftarını, əxlaqını və əqidəsini dəyişmək və islah etmək istəməsi və heç bir bazis dəyişikliyi ilə işi olmaması fikrində olmamaları və yaxud xalqın mömin olmasını istəmələri və xalqın mömin olacağı halda bütün işlərin düzələcəyini fikirləşmələri fikrində olmaları və peyğəmbərlərin yalnız, əqidə və iman silahı ilə öz məqsədlərinə çatmaları və təbii olaraq onların ardıcıllarının da eyni yolla getmələri fikrində olmaları istismarçı təbəqənin və onlara bağlı ruhanilərin, peyğəmbərlərin təlimlərini təsirsiz etmək üçün işlətdikləri hiylələrdəndir. Bu fikri o qədər işlədiblər ki, onu əksəriyyət və hətta demək olar ki, hamısı qəbul edir. Marksın təbirincə «maddi əmtəə ixrac edənlər, mənəvi əmtəə də ixrac etməyə qadirdirlər. Cəmiyyətin maddi rəhbəri olanlar, həm də cəmiyyətin mənəvi rəhbəri və cəmiyyətin fikrinə hakim olanlardır.»1
Peyğəmbərlərin üslubu indi əksəriyyətin fikirləşdiyinin əksinə olub. Peyğəmbərlər öncə cəmiyyəti şirkdən, ictimai ayrı-seçkilikdən, əxlaqi və etiqadi şirkin mənbəyi olan ədalətsizlikdən (istismarçı və istismar olunan) azad etmək və sonra, əxlaq və əməli-tohidə çatdırmağı düşünürdülər.
5. Quran peyğəmbər müxaliflərinin məntiqini, tarix boyu peyğəmbərlərin və onların ardıcıllarının məntiqi ilə qarşı-qarşıya qoyur. Quran aydın şəkildə göstərir ki, müxaliflərin məntiqi mühafizəkar, fundamentalist məntiqi olub və əksinə, peyğəmbərlərin və onların ardıcıllarının məntiqi isə islahatçı, yenilikçi və modernist məntiqi olub. Quran aydın şəkildə izah edir ki, birinci qrup, ikili təbəqələrdə istismarçıların işlətdikləri məntiqlə uyğun məntiq, peyğəmbərlər və onların ardıcılları isə, məhrumların istifadə etdiyi məntiqdən istifadə edirdilər. Sanki Quranın məqsədi, müxalif və müvafiqlərin məntiqini açıqlamaq və hər iki qrumun, hansı məntiqə malik olduqlarını göstərməkdir. Bunun da səbəbi, həmin iki məntiqin – iki təbəqə, yəni məhrum və istismarçı – tarix boyunca bir-birinə qarşı durmasıdır. Quran da, bu iki məntiqi tanıtdırmaqla, bu gün üçün meyar seçməyə kömək edir.
Quranda, bu iki məntiqin bir-birinə ziddiyətini göstərən səhnələr çoxdur. İstəyənlər Zuxruf surəsinin 40-50-ci, Mömin surəsinin 23-44-cü, Taha surəsinin 49-71-ci, Şüəra surəsinin 16-49-cu və Qəsəs surəsinin 36-39-cu ayələrinə müraciət edə bilərlər. Biz misal olaraq, Zuxruf surəsinin 20-24-cü ayələrini qeyd edir və onlar haqqında qısa şərh veririk:
«Onlar dedilər: «Əgər Rəhman (Allah) istəsəydi, biz mələklərə ibadət etməzdik!» Onların (dedikləri sözün həqiqətə nə qədər uyğun olması barədə) heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışırlar.
Dostları ilə paylaş: |