Dünya iqtisadiyyatı fənnindən test I mtahansuallar I yer kürəsinin səthi nə qədərdir?

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 0.8 Mb.
səhifə2/10
tarix10.06.2018
ölçüsü0.8 Mb.
1   2   3   4   5   6   7   8   9   10

68. “Kadr hazırlığı” dünya bazarının hansı növünün predmeti sayılır?

  1. dünya iş qüvvəsi bazarı

  2. dünya kapital bazarı

  3. dünya əmtəə bazarı

  4. dünya xidmətlər bazarı

  5. beynəlxalq valyuta sistemi

69. “Əmək resurslarının hərəkəti” dünya bazarının hansı növünün predmeti sayılır?

  1. dünya iş qüvvəsi bazarı

  2. dünya kapital bazarı

  3. dünya əmtəə bazarı

  4. dünya xidmətlər bazarı

  5. beynəlxalq valyuta sistemi

70. “İslam İnkişaf Bankı” hansı beynəlxalq sistemin və ya təşkilatın tərkibinə aiddir?

  1. beynəlxalq iqtisadi təşkilatların

  2. beynəlxalq valyuta sistemi

  3. beynəlxalq siyasi təşkilatların

  4. beynəlxalq ictimai təşkilatların

  5. beynəlxalq sosiali təşkilatların

71. “Dünya Bankı” hansı beynəlxalq sistemin və ya təşkilatın tərkibinə aiddir?

  1. beynəlxalq iqtisadi təşkilatların

  2. beynəlxalq valyuta sistemi

  3. beynəlxalq siyasi təşkilatların

  4. beynəlxalq ictimai təşkilatların

  5. beynəlxalq sosiali təşkilatların

72. Dünya təsərrüfatı vahid bir sistem olmaqla yaxın olan ölkələr qrupundan ibarətdir. Düya təsərrüfatında təsnifləşmə aşağıdakı meyarlar əsasında aparılır. Bunlardan biri istisnadır. O,hansıdır?

  1. iqtisadiyyatın artım tempinə görə

  2. iqtisadi güc səviyyəsinə görə

  3. inkişaf səviyyəsinə görə

  4. iqtisadiyyatın sosial strukturuna görə

  5. sosial inkişaf səviyyəsinə görə

73. Bunlardan biri düya təsərrüfatında təsnifləşmə meyarlarından biridir. O,hansıdır?

  1. iqtisadiyyatın artım tipinə görə

  2. hərbi güc səviyyəsinə görə

  3. mədəni səviyyəsinə görə

  4. dövlət quruluşuna görə

  5. əhalinin sayına görə.

74.Bunlardan biri düya təsərrüfatında təsnifləşmə meyarlarından biridir. O,hansıdır?

  1. iqtisadi ehtiyatların həcminə görə

  2. iqtisadiyyatın açıqlıq səviyyəsinə görə

  3. mədəni əlaqələrin səviyyəsinə görə

  4. dövlət borclarının həcminə görə

  5. əhalinin dini inancına görə.

75.Ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsinin qəbul olunmuş ölçü vahidi aşağıdakılardan biridir. O,hansıdır?

  1. adambaşına düşən ümumi daxili məhsulun həcmi

  2. adambaşına düşən ərzaq məhsulunun həcmi

  3. adambaşına düşən kənd təsərrüfatı məhsulunun həcmi

  4. adambaşına düşən idxalın həcmi

  5. adambaşına düşən təbii sərvətlərin həcmi

76. Ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsinin müəyyən edilməsində adambaşına düşən ümumi daxili məhsulun həcmi ilə yanaşı aşağıda adları göstərilən məsələlərdə nəzərə alınır.Bunlardan biri istisnadır. O,hansıdır?

  1. istehlakın quruluşu

  2. sənayeləşmənin səviyyəsi

  3. istehsalın quruluşu

  4. elmitexniki tərəqqinin səviyyəsi

  5. texnologiyanın səviyyəsi .

77. İnkişaf səviyyəsinə görə ölkələr neçə yarımsistemə ayrılırlar?

  1. üç

  2. iki

  3. yeddi

  4. beş

  5. altı

78. Bəzi hallarda keçid iqtisadiyyatı ölkələrini ayrıca olaraq hansı yarımsistem qrupu ayrıca əlavə edirlər?

  1. Zəif inkişaf etmiş ölkələr

  2. inkişaf etmiş ölkələr

  3. inkişaf etməkdə olan ölkələr

  4. sənaye ölkələri

  5. heç bir yarımsistemə əlavə edilmir

79. İnkişaf etmiş ölkələr üçün adambaşına düşən ÜDM həcmi nə qədər olmalıdır?

  1. 10 min ABŞ $-dan çox

  2. 5 min ABŞ $-dan çox

  3. 3 min ABŞ $-dan çox

  4. 20 min ABŞ $-dan çox

  5. 15 min ABŞ $-dan çox.

80. İnkişaf etməkdə olan ölkələr üçün adambaşına düşən ÜDM həcmi nə qədər olmalıdır?

    1. 1- 10 min ABŞ $-arasında

    2. 1- 5 min ABŞ $- arasında

    3. 1- 3 min ABŞ $- arasında

    4. 10- 20 min ABŞ $- arasında

    5. 10- 15 min ABŞ $- arasında.

81.Zəif İnkişaf etmiş ölkələr üçün adambaşına düşən ÜDM həcmi nə qədər olmalıdır?

  1. 1 min ABŞ $-dan az olan

  2. 1-5 min ABŞ $- arasında

  3. 3 min ABŞ $- arasında

  4. 1-2 min ABŞ $- arasında

  5. 3 min ABŞ $- arasında.

82.Son dövrlərdə inkişaf etmiş dünya ölkələrinin təsnifləşdirilməsində, inkişaf səviyyəsi göstəriciləri iqtisadi göstəricilərdən hansı göstəricilər müstəvisinə keçmişdir?

  1. sosial-iqtisadi

  2. siyasi-iqtisadi

  3. mədəni-iqtisadi

  4. elmi-texniki

  5. sosial-texniki

83. Bunlardan biri istisna olmaqla digərləri sosial-iqtisadi göstəricilərə aiddir.İstisna olanı tapın.

  1. əhalinin siyasi aktivliyi

  2. iqtisadi artım

  3. gəlirlilik

  4. yaşayış səviyyəsi

  5. sosial durum

84. 2008-ci il DB ölkələri gəlirlilik qrupuna görə “Atlas” metoduna uyğun qruplaşdırılmışdır. Adambaşına düşən milli gəlir neçə ABŞ dollarına qədər olan ölkələri aşağı gəlirli ölkələr qrupuna aid edirlər?

  1. 875 ABŞ $

  2. 775 ABŞ $

  3. 675 ABŞ $

  4. 950 ABŞ $

  5. 1000 ABŞ $

85. 2008-ci il DB ölkələri gəlirlilik qrupuna görə “Atlas” metoduna uyğun qruplaşdırılmışdır. Adambaşına düşən milli gəlir neçə ABŞ dollarına qədər olan ölkələri orta gəlirdən aşağı olan ölkələr qrupuna aid edirlər?

  1. 876-3465 ABŞ $

  2. 776-3465 ABŞ $

  3. 676-3465 ABŞ $

  4. 950-3500 ABŞ $

  5. 1000-4000 ABŞ $

86. 2008-ci il DB ölkələri gəlirlilik qrupuna görə “Atlas” metoduna uyğun qruplaşdırılmışdır. Adambaşına düşən milli gəlir neçə ABŞ dollarına qədər olan ölkələri orta gəlirdən yuxarı olan ölkələr qrupuna aid edirlər?

  1. 3466-10725 ABŞ $

  2. 3466-10525 ABŞ $

  3. 3466-11525 ABŞ $

  4. 3500-13500 ABŞ $

  5. 10000-40000 ABŞ $

87. 2008-ci il DB ölkələri gəlirlilik qrupuna görə “Atlas” metoduna uyğun qruplaşdırılmışdır. Adambaşına düşən milli gəlir neçə ABŞ dollarına qədər olan ölkələri yüksək gəlirli ölkələr qrupuna aid edirlər?

  1. 10726 ABŞ $-dan yuxarı

  2. 10525 ABŞ $ dan yuxarı

  3. 311525 ABŞ $ dan yuxarı

  4. 13500 ABŞ $ dan yuxarı

  5. 40000 ABŞ $ dan yuxarı

88. Hazırda dünyanın neçə ölkəsi yüksək gəlirli ölkələr qrupuna daxildir?

  1. 56

  2. 77

  3. 88

  4. 95

  5. 100

89.Hazırda dünyanın neçə ölkəsi aşağı gəlirli ölkələr qrupuna daxildir?

  1. 54

  2. 74

  3. 84

  4. 94

  5. 104

90. Aşağı gəlirli ölkələr sırasına əsasən dünyanın hansı region ölkələri daxildir?

  1. Afrika və Asiya

  2. Şimali və Cənubi Amerika

  3. Qərbi və Şərqi Avropa

  4. Latın Amerikası

  5. Keçmiş SSRİ-dən ayrılmış respubilikalar

91. Avropa və Şimali Amerika ölkələrinin yüksək inkişaf etməsinin əsas səbəbi aşağıdakılardır. Bunlardan biri istinadır. İstina olan hasıdır?

  1. tələbin yerli istehsal hesabına ödənilməsi

  2. bazar iqtisadiyyatının formalaşması

  3. innovasiyanın istehsalata tədbiqinin surətlənməsi

  4. demokratik institutların formalaşması

  5. yeni texnika və texnologiyanın istehsalata tədbiqi

92. Yaponiya və” Asiya pələngləri “ölkələrinin yüksək inkişaf etməsinin əsas səbəbi aşağıdakılardır. Bunlardan biri istinadır. İstina olan hasıdır?

  1. aşağı keyfiyyətli və rəqabətə davamsız malların istehsalı

  2. texnikı yenilik

  3. insan kapitalının inkşafı

  4. menecmentin yüksək səviyyəsi

  5. yuxarı keyfiyyətli və ucuz malların istehsalı

93. İqtisadiyyatın sosial struktur üzrə qruplaşması da aşağıdakı meyyarlara əsaslanır. Bunlardan biri istinadır. İstina olan hasıdır?

  1. istehsalın artım tempi

  2. həyat səviyyəsi standartları

  3. mülkiyyət münasibətlərinin xarakteri

  4. insan amili

  5. milli meyarlar

94. İqtisadi artımın tipinə görə yarımsistemlərə bölünmə nəyin əsasında fərqləndirilir?

1. kəmiyyət amilləri

2. xammal və materialların mənbəyi

3. keyfiyyət amilləri

4. işci qüvvəsi amili

5. məhsul tutumunun tərkibi (əmək ,kapital,material,elm tutumlu olması.)



  1. 1,3

  2. 1,2

  3. 3,4

  4. 1,4

  5. 2,3

95. Keyfiyyət dəyişikliyini səciyələndirən məsələlər aşağıdakılardır. Bunlardan biri istinadır. İstina olan hasıdır?

  1. istehsalın həcminin artırılması

  2. elmi- texniki tərəqqi

  3. işçi keyfiyyətinin artırılması

  4. istehsalın təşkilinin yaxşılaşdırılması

  5. ictimai əmək məhsuldarlığının yüksəldilməsi

96. Aşağıdakılar xarici iqtisadi əlaqələri xarakterizə edən göstəricilərdir. Bunlardan biri istinadır. İstina olan hansıdır?

  1. əmtəə və xidmətlərin daxili satışının həcmi

  2. əmtəə və xidmətlərin ixracı səviyyəsi

  3. ümumdaxili məhsulda idxalın xüsusi çəkisi

  4. ümumdaxili məhsulda ixracın xüsusi çəkisi

  5. əmtəə və xidmətlərin idxalı səviyyəsi

97. Aşağıdakılardan biri xarici iqtisadi əlaqələri xarakterizə edən göstəricilərdən biridir. O, hasıdır?

  1. əmtəələrin xarici ticarətinin quruluşu

  2. əmtəə və xidmətlərin ÜDM-un təkibində səviyyəsi

  3. ümumdaxili məhsulda sənaye mallarının xüsusi çəkisi

  4. ümumdaxili məhsulda kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi

  5. əmtəə və xidmətlərin idxalının proqnozlaşdırılması

98. Hər bir ölkənin kapitalının, texnologiyasının, işçi qüvvəsinin beynəlxalq miqyasda iştirakı o dövlətin hansı əlaqələrini xarakterizə edən göstəricidir?

  1. xarici iqtisadi

  2. xarici siyasət

  3. beynəlxalq təşkilatlarda iştirak səviyəsini

  4. iqtisadiyyatının açıqlığını

  5. humanitar əlaqələrini

99. İqtisadçıların hesablamalarına görə hər hansı bir ölkənin xarici ticarət dövriyyəsinin həcmi ümum daxili məhsulun təqribən neçə faizi həcmində olduqda o ölkənin ümumi inkişafına zəmin yarana bilər?

  1. 20-25%

  2. 10-15%

  3. 15-20%

  4. 15-30%

  5. 40-50%

100. Aşağıdakı təbii ehtiyatları ixrac edən ölkələr qruplaşaraq dünya bazarında əsas aparıcı qüvvəyə çevrilirlər.Bunlardan biri istisnadır.O, hansıdır?

  1. gips

  2. neft-qaz

  3. qara və əlvan metal

  4. qiymətli daşlar

  5. daş kömür

101. Ayrı-ayrı ölkələr əsasən əmtəə və xidmətlərin ixrac ında hansı göstəriciləri əsas götürürlər ?

  1. ictimai istehsal xərclərinin dünya səviyyəsindən aşağı olmasını

  2. ictimai istehsal xərclərinin dünya səviyyəsinə yaxın olmamasını

  3. ictimai istehsal xərclərinin dünya səviyyəsindən yuxarı olmasını

  4. ictimai istehsal xərclərinin dünya səviyyəsinə yaxın olmasını

  5. istehsalın təlabatdan artıq olmasını

102. Ayrı-ayrı ölkələr əsasən əmtəə və xidmətlərin idxal ında hansı göstəriciləri əsas götürürlər ?

a) ölkə daxilində istehsalın təşkilinə çəkilən xərclərinin dünya səviyyəsindən yüksək olmasını

b) məhsul və xidmət üzrə istehlak təlabının tam ödənilməsini

c) ölkə daxilində istehsalın təşkilinə çəkilən xərclərinin dünya səviyyəsindən aşağı olmasını

d) ölkə daxilində istehsalın təşkilinə çəkilən xərclərinin dünya səviyyəsinə yaxın olmasını

e) bəzi məhsul və xidmət üzrə İstehlak təlabinin tam ödənilə bilməməsini



103. Kapital ixrac edən şəxsin başlıca məqsədi nədir?

  1. daha şox mənfəət əldə etmək

  2. bazarda daha üstün mövqeyə malik olmaq

  3. artıq vəsait kütləsini daha etibarlı sahələrdə saxlamaq

  4. başqa ölkələrin iqtisadiyyatına müdaxilə etmək

  5. siyasi məsələlə-rin həllində söz sahibi olmaq

104. Daha çox təbii resurslara malik olan ölkə və regionların, maliyyə resurslarına olan ehtiyacı, hansı yolla həyata keçirilir?

  1. kapitalın beynəlxalq hərəkəti

  2. kapitalın regional hərəkəti

  3. kapitalın ölkədaxili hərəkəti

  4. təbii resursların istehsalının artırılması

  5. təbii resursların qiymətlərinin artırılması

105. Kapitalın beynəlxalq hərəkətinin geniş yayılmış formalarından biri olan kreditlər aşağıdakı beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirilir. Bunlardan biri istinadır. İstina olan hasıdır?

  1. transmilli şirkətlər

  2. beynəlxalq maliyyə-bank qurumları

  3. beynəlxalq kredit təşkilatları

  4. koor porasiyalar

  5. investisiya fondları

106. İş qüvvəsinin beynəlxalq miqrasiyası aşağıdakı amillərlə bağlıdır. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. iqlim

  2. iqtisadi

  3. social

  4. siyasi

  5. ictimai

107. Beynəlxalq miqrasiyanın tərkibi a.ağıdakıladan ibatətdir. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. müvəqqəti müalicəyə gedənlər

  2. leqal immiqrantlar

  3. qeyri- leqal immiqrantlar

  4. qaçqınlar

  5. sığınacaq istəyən şəxslər

108. İş qüvvəsinin beynəlxalq miqrasiyası əsasən bu təşkilatların biri vasitəsilə tənzimlənir. O, hansıdır?

  1. Beynəlxalq Əmək Təşkilatı

  2. Beynəlxalq Millətlər Təşkilatı

  3. Beynəlxalq Valyuta Fondu

  4. Avropa İttifaqı

  5. Dünya Bankı

109. Beynəlxalq Əmək Təşkilatı neçənci ildə yaradılmışdır?

  1. 1946

  2. 1945

  3. 1948

  4. 1951

  5. 1939

110. Bəzi ölkə və regionlarda kapital ehtiyacının ödənilməsi hansı iqtisadi prosesin nəticəsidir?

  1. kapitalın beynəlxalq miqrasiyası

  2. kapitalın beynəlxalq inteqrasiyası

  3. kapital çatışmazlığı

  4. kapital yığımı

  5. iqtisadi böhran

111. Son illərdə dünya üzrə məhsul istehsalının həcminə nisbətən xarici ticarət dövriyyəsinin həcminin bir neçə dəfə yüksək olması hansı iqtisadi prosesin nəticəsidir?

  1. dövlətlərarası iqtisadi əlaqələrin

  2. dünya bazarının inkişafının

  3. rəqabətqabiliyyətli malların çoxalmasının

  4. milli təlabatın azalmasının

  5. iqtisadi böhranin.

112. Son illərdə dünya təsərrüfatının inkişafında mühüm rolu olan aşağıdakı qurumların sayı artmaq-dadır. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. regional təşkilatların

  2. beynəlxalq təşkilatların

  3. sənaye-maliyyə qurumlarının

  4. transmilli şirkətlərin

  5. beynəlxalq koorporasiyaların

113. Dünyada transmilli bank və sənaye kompaniyalarının birləşməsi hansı qurumun yaranmasına səbəb olub?

  1. maliyyə-sənaye qurumlarının

  2. kredit təşkilatlarının

  3. lizinqlərin

  4. transmilli şirkətlərin

  5. beynəlxalq koorporasiyaların

114. Dünya təsərrüfatı əlaqələrinin tənzimlənməsi əsasən aşağıdakı istiqamətlərdə həyata keçirilir. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. səhiyyə sahəsində əməkdaşlıq

  2. iqtisadi sahədə əməkdaşlıq

  3. sənaye sahəsində əməkdaşlıq

  4. nəqliyyat sahəsində əməkdaşlıq

  5. valyuta sahəsində əməkdaşlıq

115. Dünya təsərrüfatı əlaqələrinin tənzimlənməsi əsasən aşağıdakı istiqamətlərdə həyata keçirilir. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. mədəniyyət sahəsində əməkdaşlıq

  2. maliyyə sahəsində əməkdaşlıq

  3. dünya ticarəti sahəsində əməkdaşlıq

  4. intelektual mülkiyyət sahəsində əməkdaşlıq

  5. investisiya sahəsində əməkdaşlıq

115. Dünya təsərrüfatı əlaqələrinin tənzimlənməsi əsasən aşağıdakı istiqamətlərdə həyata keçirilir. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. idman sahəsində əməkdaşlıq

  2. məhsulların sertifikatlı sahəsində əməkdaşlıq

  3. standartlaşma sahəsində əməkdaşlıq

  4. elmi-texniki sahədə əməkdaşlıq

  5. beynəlxalq kommersiya təcrübəsi üzrə əməkdaşlıq

116. Dünya ictimai sisteminin əsasını beynəlxalq miqyasda aşağıdakılar təşkil edir. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. təbii resursların yerləşməsi

  2. maddi nemətlər in istehsalı

  3. maddi nemətlər in bölgüsü

  4. maddi nemətlər in istehlakı

  5. maddi nemətlər in mübadiləsi

117. Dünya təsərrüfatı mexanizminin strukturuna aşağıdakıları aid etmək olar. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. milli təşkilatlar

  2. təsərrüfat birlikləri

  3. dövlətlər

  4. dövlətlərarası təşkilatlar

  5. beynəlxalq təşkilatlar

118. Müasir dünya təsərrüfatının tərkibində aşağıdakı qurumlar fəaliyyət göstərir. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. milli banklar

  2. təsərrüfat birlikləri

  3. sindikatlar

  4. trestlər

  5. inhisarçı təsərrüfat subyektləri

119. Müasir dünya iqtisadiyyatında transmilli kompaniyalar və koorporasiyalar nəyin müqabilində əsaslı iqtisadi siyasət həyata keçirə bilirlər?

  1. iqtisadi maraqları

  2. siyasi maraqları

  3. sosial maraqları

  4. azad rəqabət

  5. inhisarçılıq maraqları

120. Müasir dünya kapitalının reallaşmasında aşağıdakı qurumlar xüsusi rola malikdirlər və bu sahədə güclü fəaliyyət göstərirlər. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. beynəlxalq humanitar təşkilatlar

  2. transmilli kompaniyalar

  3. transmilli şirkətlər

  4. maliyyə-sənaye qurumları

  5. beynəlxalq fondlar

121. Dünya təsərrüfatında böyük maliyyə gücünə və ictimai nəzarət hüququna malik olan hansı orqandır?

  1. dövlət

  2. bələdiyyələr

  3. ictimai təşkilatlar

  4. maliyyə-sənaye qurumları

  5. ictimai fondlar

122. Dövlətlərarası təşkilatlar hansı problemlərin həllini reallaşdırır?

  1. regional iqtisadi problemlərin

  2. regional siyasi problemlərin

  3. regional sosial problemlərin

  4. regional ictimai problemlərin

  5. bütün sahədə mövcud olan problemlərin

123. Dünya təsərrüfatı mexanizminin müəyyən bir nizama ehtiyacı olduğunu bilirik.Dünya nizamı dedikdə isə aşağıdakılar başa düşülür. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. hər bir beynəlxalq fəaliyyətin həyata keçirilməsinin iştirakçıları

  2. hər bir beynəlxalq fəaliyyətin həyata keçirilməsi şəraiti

  3. hər bir beynəlxalq fəaliyyətin həyata keçirilməsi davranışı

  4. hər bir beynəlxalq fəaliyyətin həyata keçirilməsi qaydası

  5. hər bir beynəlxalq fəaliyyətin həyata keçirilməsinin tənzimlənməsi

124. Dünya nizamının yaranması üçün dünya dövlətləri tərəfindən bir sıra şərtlərə əməl edilməsi zəruri sayılır və onlar aşağıdakılardır. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. ekoloyi problemlərin həllində fərdi fəaliyyət göstərmək

  2. beynəlxalq münasibətlərdə demokratik prinsiplərə əməl olunması

  3. qloballaşmanın inhisarçılığa keçməsinin qarşısının alınması

  4. dünya bazarında rəqabət şəraitinin yaradılması

  5. təbii ehtiyatlardan səmərəli istifadə edilməsi

125. Dünya nizamının yaranması üçün dünya dövlətləri tərəfindən bir sıra şərtlərə əməl edilməsi zəruri sayılır. Aşağıdakılardan biri bu şərtlərə aiddir. O, hansıdır?

  1. beynəlxalq qurum və təşkilatlarda təmsil olunmaq

  2. regional qurum və təşkilatlarda təmsil olunmaq

  3. beynəlxalq qurum və təşkilatlarda təmsil olunmamaq

  4. qloballaşmanın inhisarçılığa keçməsinə şərait yaratmaq

  5. beynəlxalq münasibətlərdə ahtidemokratik prinsiplərə rəvac verilməsi

126. Bunlardan hansını dünya problemlərinin həll edilməsi məqsədilə yaradılmış beynəlxalq qurum və təşkilat hesab etmək olmaz?

  1. İslam İnkişaf Bankı

  2. Beynəlxalq Valyuta Fondu

  3. Dünya Bankı

  4. Ümumdünya Ticarət Təşkilatı

  5. Beynəlxalq Əmək Təşkilatı.

127. Dünya təsərrüfatının təşkilində əsas tənzimləyici qüvvə olan dünya bazarı aşağıdakı üç bazarın məcmusundan ibarətdir. Onlar hansılardır?

1. daxili bazar

2. xarici bazar

3. yerli topdan satış meyvə bazarları

4. məhəllə bazarları

5. beynəlxalq bazar



  1. 1,2,5

  2. 1,3,5

  3. 1,2,4

  4. 1,2,3

  5. 2,3,5

128. Yerli nümayəndələrlə əməliyyatın həyata keçirilməsi prosesi bazarın hansı növü üçün xarakterikdir?

  1. daxili bazara

  2. xarici bazara

  3. beynəlxalq bazara

  4. dünya bazarına

  5. regional bazarlara

129. Əhatə dairəsi ölkə sərhədləri ilə məhdudlaşan hansı növ bazardır?

  1. daxili bazar

  2. xarici bazar

  3. beynəlxalq bazar

  4. dünya bazarı

  5. regional bazarlar

130. Ehtiyatların əsas mənməyi milli iqtisadiyyat hesab olunan bazar necə adlanır?

  1. daxili bazar

  2. xarici bazar

  3. beynəlxalq bazar

  4. dünya bazarı

  5. regional bazarlar


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə