GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ



Yüklə 250,89 Kb.
səhifə43/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   39   40   41   42   43   44   45   46   ...   55
KOTANLILARIN YERİ – Marneuli rayonunun Sadaxlı kəndi ərazisində qeydə alınmış etnotoponim. Kotanlılar mənşəcə qıpçaqlardan törəmişlər. XIX əsrdə qeydə alınmış İrəvan quberniyasındakı Kotanlı, Kotandağ və Xaraba-Kotanlı etnotoponimlərində də həmin tayfanın adı mühafizə olunmuşdur.
QAZAN – Gürcüstanın qədim Borçalı ərazisində “qazan” komponentli 6 etnotoponim qeydə alınmışdır: Qazan, Qazanlı, Qazantəpə, Qazanqaya, Qazankənd, Qazankünbəz. Bu etnotoponimlərin hər biri ayrı-ayrılıqda türkdilli qədim bulqarların “kazan” (qazan) tayfasının adını əks etdirir. Qazan tayfaları ilk dəfə eradan əvvəl II əsrdə bulqarların tərkibində Zaqafqaziya ərazisinə gəlmişlər. Güman ki, eramızın ilk əsrlərində hunların tərkibində Gürcüstan ərazisində məskunlaşmışlar.
QUŞÇU – Marneuli rayonunda kənd adı. VII əsrə aid mənbələrdə sarmat tayfaları arasında xuşlərin (quşilərin) adı çəkilir. Türkdilli quşçu tayfasının adı ilə bağlı yaranmış etnotoponimlər Orta Asiya (xüsusilə Türkmənistan), Gürcüstan, Ermənistan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazilərində geniş yayılmışdır. XIX əsrə aid mənbələrdə Qafqazda “quş” komponentli 38 toponim qeydə alınmışdır. Rəşidəddinin (XIII əsr) məlumatına görə, Təkudar (1282-1284) və Arqun xan (1284-1291) dövrlərində nüfuzlu sərkərdələrin əksəriyyəti quşçu tayfalarından idi.

Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin