Şiələr bir çox hallarda əməldə də qəsbkar xəlifəyə qarşı çıxırdılar. Bunun bir nümunəsi kimi Malik ibn Nüveyrənin Əbu Bəkrin nümayəndəsi Xalid ibn Vəlidə zəkat verməməsini qeyd etmək olar. Çünki o, Əbu Bəkrin xəlifəliyə layiq olmadığını düşünür və onun nümayəndəsinə vergi (zəkat) verməyi zalıma kömək kimi qəbul edirdi. Elə buna görə də zəkat verməkdən boyun qaçırırdı. Bunun digər nümunəsi Bilalın Mədinədən hicrət etməsidir. Məlum olduğu kimi, Bilalın Peyğəmbərin (s) yanında o dövr üçün olduqca mühüm vəzifəsi var idi. O, bilirdi ki, Mədinədə qalsaydı, hazırkı xəlifə üçün də azan verməli olacaqdı. Belə olduqda isə rəsmən qəsbkar xilafəti qəbul etmiş olacaqdı. Ondan siyasi məqsədlər üçün istifadə edilməsin deyə, uzaq bir yerə hicrət etdi və ömrünün sonunadək orada yaşadı4.
Mənfi mübarizə.
Həzrət Zəhra (ə) atasının vəfatından sonra xilafətlə bağlı atılan yanlış addımları görüb danışıq yolu ilə onları anlatmağa çalışsa da bu, müsbət nəticə vermədi. Elə buna görə də mənfi mübarizə yolunu tutdu. Bu mübarizə metodu, həzrət Fatimənin (ə) şəhadətindən sonra aşağıdakı şəkildə davam etdi: