Helmintozların müayinə üsulları



Yüklə 51,48 Kb.
səhifə19/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   ...   15   16   17   18   19   20   21   22   ...   34
Parazitologiya

Qazların amidostomozu

Törədici – Amidostomum anseris. Bu nematod nazik, sapvarı, açıq-qəhvəyi rənglidir. Onlar əzələli mədənin kutikulası altında parazitlik edir, adi gözlə çətin seçilirlər.Lakin mədənin nekrozlaşmış kutikulasından bir parça kəsib götürdükdə amidostomların həmin parçanın ətrafından sap şəklində sallandıqları görünür.

İnkişafı. Geohelmintdir. Quşun zığı ilə xarici mühitə yayılmış yumurtada münasib temperaturda 3-5 gün ərzində sürfələr əmələ gəlir. Bu sərfələr torpaqda və ot üzərində hərəkət edə bilirlər. Qazlar bu sürfələri ot və su ilə udduqda yoluxurlar. Udulmuş sürfələr 5 gün vəzili mədənin kutikulası altına keçib yetkinləşir və 15 il burada yaşayır.

Yayılması. Bu xəstəliyə ilin bütün fəsillərində rast gəlmək olar. Bu xəstəlik 3-4 aylıq qaz balaları arasında daha çox baş verir və ölümlə də nəticələnir.

Ördəkləri bu xəstəliyə az təsadüf edilir və onlar helmint daşıyırlar. Otlaqlara buraxıldıqdan 1-1,5 ay sonra qazlarda yoluxma baş verir. Amidostom yumurtaları xarici mühit şəraitinə (günəş şüası, quruduqda) çox davamsızdırlar. İnvazion sürfələr davamlı olurlar. Onlar otlaqlarda 3 aya qədər yaşaya bilirlər. Sürfələr otun gövdəsi ilə hərəkət edir və su ilə başqa yerlərə yayılırlar.



Əlamətləri. Yoluxma zəif olduqda xəstəliyin kliniki əlamətləri nəzərə çarpmır. Lakin yoluxma yüksək olduqda (bu quşda yüzlərlə amil parazitlik etdikdə) quşlar xəstəliyi ağır keçirirlər. Əzələli mədədə çoxlu amidostomlar yığıldıqda həzm prosesi, xüsusilə dənli yemlərin həzmi pozulur, yumurtada məhsuldarlığı aşağı düşür. Ürək döyüntüsü şiddətlənir, təngnəfəslik əmələ gəlir və nəticədə körpə quşlar 3-10 gündən sonra tələf olurlar. Yarma zamanı kutikula pərdəsində tünd-qəhvəyi rəngli, qalınlaşmış və amidostomlar düzülmüş yumşaq sahə görünür. Yoluxma çox olduqda belə sahələr birləşir və nəticədə nekrozlaşmış toxuma mədənin xeyli hissəsini tutur.


Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin