HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


Yüzləmək- zarafat etmək: Həqq aydır ki, doğru sözlə yüzləmə



Yüklə 3,06 Mb.
səhifə125/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   121   122   123   124   125   126   127   128   ...   170
Yüzləmək- zarafat etmək:
Həqq aydır ki, doğru sözlə yüzləmə,

Varmıdır nöqsani anın, gizləmə.
Bu sözü eyni mənada Radlov qeydə almışdır (III, 1, 622). Qeyd edək ki, Radlov yüzləmək sözünün //eybi üzə dümək, “danlamaq” mənalarını da göztərmişdir. Budaqov isə “yüzləmək” sözünün yalnız “zarafat etmək” mənasını qeyd edir (II, 376). Azərbaycan yazılı abidələrində bu leksemə rast gəlmədik.

İn­di isə tərcümədə qeydə al­dı­ğı­mız və or­ta əsr­lər Azər­bay­can ya­zı­lı abi­də­lə­rin­də iş­lə­nən türkmənşəli se­man­tik ar­xai­zm­lə­rə nə­zər sa­laq. Qeyd edək ki, bu qə­bil­dən olan söz­lər daha çoxdur və onlar içə­ri­sin­də fellər üs­tün­lük təş­kil edir.



Ağırlamaq- əzizləmək, hörmət etmək:

Mən təam almaz idim səndən dedi,

Bir kişi mundə məni ağırladı.

“Ağırlamaq” sözü istər qədim türk mətnlərində (bax DTC ), eləcə də Azərbaycan yazılı abidələrindən “Kitabi-Dədə Qorqud”da (,33), Şirazinin “Gülşəni-raz” tərcüməsində (135) işlənmişdir. Felin kökündə çağdaş ədəbi dilimizdəki “ağır” sifəti dayanır. “Ağırlamaq” feli çağdaş türk dilində eyni mənada işlənir (Ə.N.215).



Arıt­maq - tə­miz­lə­mək:

Diş­lə­rini arı­dur anın tə­mam,

Uçu­bən ge­dər, hə­va­yə şad­ka­m.

"Arıt­maq" feli is­tər XI-XIV əsr­lə­rə aid türk­dil­li mətn­lər­də (114, 188-189; 103, 267, 214), is­tər­sə də Azər­bay­can ya­zı­lı abi­də­lə­rin­dən Nə­si­mi "Di­va­nı" və "Şü­hə­da­na­mə"də iş­lən­miş­dir (15, 38; 219, 90a). "Arıt­maq" feli di­li­mi­zin şi­və­lə­rin­də "arıt­da­maq" şək­lin­də iş­lə­nir (2, 188; 60, 77). Tər­cü­mə­də "arı" is­min­dən dü­zəl­miş "arın­maq" (tə­miz­lən­mək) feli də iş­lən­miş­dir: "Nəh­ri-hey­va­nə gi­rə an­lar ye­nə, Tə­nlə­rin­dən da­mu zəx­mi arına". Bu fel Yu­sif Məd­da­hın "Vər­qa və Gül­şah" məs­nə­vi­sin­də, Nə­si­mi "Di­va­nı" və "Oğuz­na­mə"də də iş­lən­miş­dir (28, 17; 15, 3854, 214). Qə­dim türk mətn­lə­rin­də felin daha çox "arı­maq" şək­lin­də iş­lən­di­yi qeyd olu­nur (114, 188-189). Kaş­ğa­ri isə onu iki şə­kil­də - "arı­maq", "arın­maq" iş­lət­miş­dir (156, 1, 201, 208). "Arın­maq" feli XIV-XVII əsr­lər türk­dil­li ya­zı­lı abi­də­lər­də ge­niş ya­yıl­mış­dır (166, 1, 205-207).



Assı- fayda, xeyr, qazanc, gəlir, mənfəət:
Ömrün keçdi bu növ ilə çoxı,

Assı qılmaz şimdi döndügim dəxi.

Çün yetürür rizqini hər dəm Xuda,

Assısı yox qəmü təşvişin sana.
"Assı" sözü qədim türk mətinlərində onun daha əski variantı olan "asığ" şəklində işlənmiş (70 ,60;75,201-202) və zaman keçdikcə sözün sonundakı "ğ" samiti düşmüşdür. Oxşar hala qədim türk sözlərindən olan çerik/çərik (ordu, qoşun), aluğ/ alığ (dəli-ağılsız) və s. kimi leksemlərdə də rast ğəlirik. Qütbün " Xosrov və Şirin" məsnəvisində "aşığ" ismi ilə yanaşı, ondan düzəlmiş "asiğsız" (faydasız) sifəti də işlənmişdir (75,199,201). Orta əsrlər Azərbaycan yazılı abidələrində "assı" sözü (elə bu şəkildə) eyni mənada bol-bol işlənmişdir (39 ,42; 41,156 ;121, 8a).

Ayıtmaq- demək, söyləmək:
Elm əfzəldir,-dedi ana Əli,

Der dəlilin varmıdır, aydır bəli.
Qədim türk leksemlərindən olan “ayıtmaq” Mahmud Qaşğarinin “Divanu lüğat it-türk” əsərində də qeydə alınmışdır. Mahmud Qaşğarinin fikrincə, bu sözün əsl mənası “demək” yox, “soruşmaq”dır. Bununla belə, oğuzlar “ayıtmaq” sözünü “demək” mənasında işlədirlər (bax: Ə.N. 393). “ayıtmaq” sözü Azərbaycan yazılı abidələrində “demək”, “söyləmək” mənasında sıx-sıx işlənmişdir (Z.H.18).

Bayıq- açıq, açıq-aşkar; gerçək, həqiqi:
Həqq canibinə necə layiq olur,

Həqq yanında bu necə bayıq olur.
Öncə qeyd edək ki, bu beyt tərcümədə otuz ikinci hədisdəki hekayətdədir, buna görə də yalnız Bursa nüsxəsindədir. “Bayıq” sözü eyni mənada Azərbaycan yazılı abidələrindən “Dastani-Əhməd Hərami”də (28), Qul Əlinin “Qisseyi-Yusif” (bax: 32), Mustafa Zəririn “Yusif və Züleyxa” məsnəvilərində (32), eləcə də Şirazinin “Gülşəni-raz” tərcümə (109) işlənmişdir.

Birləmək- tovhid, Allahın birliyini qəbul etmək:
Oldurur xeyr olmayan kim, əz bəşər

Birləməkligə məni ol ar edər.
Bu söz eyni mənada “Ət-töhfə”də (281) və Şirazinin “Gülşəni-raz” tərcüməsi”ndə də işlənmişdir (136).
Can­ğı - məş­və­rət:
Yə­ni kim, can­ğı əvi der­lər ona,

Da­nı­şıq ye­ri idi ön­din so­na ...

Çün­ki ka­fir­lər bu ha­lı bil­di­lər,

Cəm olu­ban bir yer­də can­ğı qıl­dı­lar.
Prof. S.Əli­za­də bu sö­zün "Şü­hə­da­na­mə"də "çan­ğı" şək­lin­də "məs­lə­hət", "məş­və­rət" məna­sın­da; (19a,152) prof. M.Rə­hi­mov isə həmin abi­də­də "can­ğı" şək­lin­də "rəy", "fi­kir", "məs­lə­hət" anlamında iş­lən­di­yi­ni gös­tər­miş­lər. Qeyd edək ki, "Şü­hə­da­na­mə"də bu isim­dən dü­zəl­miş fel də ("can­ğıt­dı" - 122a, 311b) iş­lən­miş­dir. Ma­raq­lı­dır ki, "Ta­ra­ma söz­lü­yü"ndə "can­ğı" is­mi­nin yal­nız bir­cə qay­naq­da "can­qu" şək­lin­də "söy­ləş­mə" məna­sın­da iş­lən­mə­si qey­də alın­mış­dır (108, II, 821). Deməli, “canğı” ismi orta çağ Azərbaycan türk mətnləri üçün daha işlək olmuşdur. H.Zə­ri­nə­za­də bu sö­zün Sə­fə­vi­lər döv­rün­də fars di­lin­də də ey­ni məna­da iş­lən­di­yi­ni gös­tə­rir (63, 248). Ali­min fik­rin­cə, "can­ğı" leksemi “səs” məna­sı­nı ve­rən "cın­ğır" sö­zü ilə bağ­lı­dır (63, 249).

Çav - şan, şöhrət, ad-san; səs:
Həm sənin çavin dəxi çıxdı qəvi,

Dedilər ki, çıxdı şahi- mənəvi.
Qədim türk sözlərindən olan "çav" eyni mənada Orxon-Yenisey abidələrində "çab" şəklində (bax: 53a, 382), "Kutadqu biliq"də və "Divani-lüğat it- türk"də ("çav" şəklində- bax:70) işlənmişdir. "Çav" sözü XIII-XV əsrlərə aid Azərbaycan yazılı abidələridən "Dastani- Əhməd Hərami"də, Yusif Məddahın "Vərqa və Gülşah", Suli Fəqih və Mustafa Zəririn "Yusif və Züleyxa" məsnəvilərində ( 16,17,36; 29,31), eləcə də Əhmədinin "Əsrarnamə" tərcüməsində qeydə alınmışdır ( 50,92).

Çə­ləb - Al­lah, Tan­rı:

De­di, qu­rut­sun əli­ni ol Çə­ləb,

Dün­ya­da ol­sun sa­na Həqdən qə­zəb.
Qə­dim türk lek­sem­lə­rin­dən sa­yı­lan "çə­ləb" sö­zü is­tər qə­dim türk mətn­lə­rin­də, is­tər­sə də or­ta əsr­lə­rə aid Azər­bay­can və türk ya­zı­lı abi­də­lə­rin­də bol-bol iş­lən­miş­dir (39, 96, 166, II, 804-806, 15, 198; 18, 31-32; 72, 32, 14, 14 b). Bu sö­zə "Şü­hə­da­na­mə"də yal­nız bir şeir par­ça­sın­da tə­sa­düf et­dik:
Uta­nu­nız xə­la­yiq­dən də­xi həm,


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin