ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə40/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

119-CU ƏSAS


Bizim əqidəmizə əsasən, behişt və cəhənnəm hal-hazırda mövcuddur. Şeyx Müfid bu haqda buyurur:

Behişt cəhənnəm hal-hazırda mövcuddur. Bunu göstərən bir sıra rəvayətlər vardır din alimləri bu haqda ümumi nəzərdədirlər284

Quran ayələri də hal-hazırda behişt və cəhənnəmin varlığına şəhadət verir. Məsələn:

º†ËÓ†‰ÓvÓœt†—Ó¬ÁÔ†ÊÓGt‰Ó:Ά√ÏŒt—È”;†ŸÊtœÓ†Gœt—Ó:†«‰tÂÔÊt ÓÁÈ”;†ŸÊtœÓÁ«“†ÃÓÊsÓ:Ô†«‰tÂÓ√tËÈ”†;

“O, (İslam Peyğəmbəri (s)) vəhy mələyini bir daha “Sidrətul-müntəha» yanında gördü ki, “Cənnətul-məva» onun yanında idi.»285

Ayrı bir yerdə möminlərə müjdə, kafirlərə isə ciddi xəbərdarlıq verərək elan edir ki, behişt pərhizkarlar, cəhənnəm isə kafirlər üçün hazır-lanmışdır. Behişt haqqında buyurur:

º†√ÔŸœsÓ t†‰‰tÂÔ sÓvÈÊÓ†;

“Behişt pərhizkarlar üçün hazırlanmışdır.»286

Həmçinin cəhənnəm haqqında buyurur:

º†ËÓ« sÓvÔË«†«‰Ês«“—Ó†«‰sÓ Ȇ√ÔŸœsÓ t†‰‰t„«“b—ÈÊÓ†;

“Kafirlər üçün hazırlanmış (cəhənnəm) odundan qorxun!»287

Amma cənnət və cəhənnəmin yeri bizim üçün dəqiq şəkildə məlum deyildir. Təkcə bəzi ayələrdən behiştin yuxarı tərəfdə olması düşünülür. Belə ki, buyurulur:

º†ËÓ†bȆ«‰GsÓ«“¡†—GtvÔ„ÔÂt†ËÓ Â«“† ÔËŸÓœÔËÊÓ†;

“Və asimanda ruziniz və sizə vədə verilən şey mövcuddur.»288


DOQQUZUNCU FƏSİL

İMAN

KÜFR

BİD”ƏT

TƏQİYYƏ

TƏVƏSSÜL

BƏDA



120-Cİ ƏSAS (İMAN)


İman və küfrün həddi-hüdudu ən mühüm etiqadi məsələlərdən biridir. İman sözü lüğətdə “təsdiq etmək», küfr isə “ört-basdır etmək” mənasını daşıyır. Elə buna görə də əkinçi toxumu torpağın altında basdırdığı üçün “kafir” adlanır. Lakin kəlam (teologiya) elmində iman sözü Allah-taalanın yeganəliyinə, qiyamətə və sonuncu peyğəmbər Həzrət Mühəmmədin (s) peyğəmbərliyinə inanmağa deyilir. Qeyd etmək lazımdır ki, sonuncu Peyğəmbərə (s) inanmaq, ondan qabaq gəlmiş ilahi peyğəmbərlərə, onlara nazil olan müqəddəs kitablara iman gətirməklə, İslam Peyğəmbərinin (s) bəşəriyyətin təlim-tərbiyəsi və hidayət olunması üçün gətirdiyi təlimatlar və ilahi hökmləri qəbul etməklə yanaşı olmalıdır.

İmanın həqiqi yeri qəlbdir. Qurani-kərim buyurur:

º†√ÔˉÓ∆„Ó†„Ô »Ó†bȆvÔ‰ÔË»ÁÂÔ†«˘È«“ÊÔ†;

“Onlar o kəslərdir ki, Allah onların qəlblərində iman qərar vermişdir.»289

Həmçinin İslamın qüdrətləndiyi zaman qorxudan təslim olub, lakin ürəklərində azacıq iman nuru olmayan ərəblər haqda belə buyurur:

º†ËÓ†‰ÓÂsÓ«†ÈÓœtŒÔ‰†«˘È«“ÊÔ†bȆvÔ‰ÔË»„ÔÂt†;

“Hələlik iman sizin qəlblərinizə daxil olmamışdır.»290

Amma bir şəxsin imanlı olması onun dildə və ya başqa yollarla imanını izhar etməsinə və yaxud da öz əqidəsini inkar etməməsinə bağlıdır. Əks halda, belə bir şəxsin imanlı olması qəti olaraq qəbul oluna bilməz. Qurani-kərimdə buyurulur:

º†ËÓ†ÃÓÕÓœÔË«†»Á«“†ËÓ†«Gt ÓÈtvÓÊÓ tÁ«“†«ÓÊtbÔGÔÁÔÂt†;

“Onlar ilahi ayələri, yəqin etdiklərinə baxmayaraq inkar etdilər.»291

Buradan küfrün həddi də aydınlaşır; hər kəs Allah-taalanın yeganəliyini, qiyamət gününü və ya Həzrət Mühəmmədin (s) peyğəmbərliyini inkar edərsə, şübhəsiz o şəxs kafirdir. Eləcə də, bir kəs o Həzrətin gətirdiyi din və şəriətin zəruri hökmlərindən hər hansı birini inkar etsə, o şəxs küfrə doğru gedir və beləliklə də o, kafir olur.

İslam Peyğəmbəri Həzrət Mühəmməd (s) Xeybər qalasını fəth etmək üçün ordunun bayrağını Həzrət Əliyə (ə) verərək Xeybər qalasının onun əli ilə fəth olunacağını və qələbə ilə qayıdacağını xəbər verdikdə, Həzrət Əli (ə) Peyğəmbərdən (s) soruşdu: “Onlarla nə vaxta qədər müharibə edim?”

Həzrət Peyğəmbər onun cavabında belə buyurdu:

º†v«“ ‰tÁÔÂt†ÕÓ tÈ”†ÈÓgtÁÓœÔË«†‰«“†«‰Á”Ó†«˙Ó†«‹Ô†ËÓ†«ÓÊsÓ†ÂÔÕÓÂsÓœ«Î†—ÓGÔˉԆ«‹†bÓ«–«“†bÓŸÓ‰ÔË«†–†”‰„Ó†bÓvÓœt†ÂÓÊÓŸÔË«†ÂÊt„Ó

†œ«“¡ÓÁÔÂt†ËÓ†«ÓÂtË«“‰ÓÁÔÂt†«˙”†»ÕÓvsÁ«“††ËÓ†ÕG«“»ÔÁÔÂt†ŸÓ‰Ó͆«‹

“Onlarla Allahın yeganəliyinə və Mühəmmədin peyğəmbər olmasına şəhadət verdikləri vaxta qədər müharibə et. Onlar şəhadəteyni (əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Mühəmmədən rəsulullah) dedikdə, qanları və malları möhtərəm (toxunulmaz) olacaqdır-haqq olan hallardan (ölüb və ya malları əllərindən alındıqdan) başqa. Bu halda onların hesabı Allah ilədir.»292

Bir şəxs İmam Sadiqdən (ə) soruşdu: “Bəndənin Allaha imanlı olmasını göstərən ən az şey nədir?»

İmam (ə) onun cavabında buyurdu:

º†ÈÓgtÁӜԆ«ÓÊt†‰«“†«‰Á”Ó†«˙Ó†«‹Ô†ËÓ†«ÓÊsÓ†ÂÔÕÓÂsÓœ«Î†ŸÓ»tœÔÁÔ†ËÓ†—ÓGÔˉÔÁÔ†ËÓ†ÈÔv—sÔ»«‰◊s«“ŸÓ:†ËÓ†ÈÓŸt—bÔ†««“ÂÓ†GÓ«“ÊÁ†bÓ«–«“

†bÓŸÓ‰Ó†–†”‰„Ó†bÓÁÔËÓ†ÂÔƒtÂÊφ;

“İmanın ən aşağı səviyyəsi Allahın yeganəliyinə və Həzrət Mühəmmədin (s) Allahın bəndəsi və peyğəmbəri olmasına şəhadət verib, itaətə iqrar etmək və öz zamanının imamını tanımaqdan ibarətdir. Belə olan halda o şəxs mömindir.»293

121-Cİ ƏSAS


İmanın qəlbi etiqad olmasına baxmayaraq, bu həddə olan imanı heç vaxt insanın əbədi səadəti üçün kafi bilməməliyik. Əbədi səadətə çatmaq üçün imanlı şəxs, dinin sair əməli işlərini də əncam verməlidir. Elə buna əsasən, Quranda və bir çox rəvayətlərdə yalnız ilahi hökmlərə əməl edib əmrləri yerinə yetirən şəxs, həqiqi mömin adlandırılmışdır. Quran “Əsr» surəsində bütün insanları ziyankar adlandırdıqdan sonra onların arasından yalnız aşağıdakı dəstəni istisna etmişdir:

º†«˙”†«‰sÓ–ÈÊÓ†¬ÂÓÊÔË«†ËÓ†ŸÓÂ‰ÔË«†«‰gs«“‰Õ«“ †ËÓ† ÓË«“gÓËt«†»«‰tÕÓvs†ËÓ† ÓË«“gÓËt«†»«‰gsÓ»t—†;

“İman gətirib, saleh əməllər əncam verən və bu yolda bir-birini haqqa və səbrə tövsiyə edənlərdən başqa.»294

İmam Baqir (ə) nəql edir ki, bir nəfər Həzrət Əliyə (ə) ərz etdi: Allahın yeganəliyinə Peyğəmbərin peyğəmbərliyinə inanan şəxs mömindirmi?



Həzrət Əli (ə) onun cavabında buyurdu: Belə olsa, onda Allahın vacib buyurduğu hökmlər hara getdi?

Həzrət sonra buyurdu:

º†‰ÓËt†„«“ÊÓ†«˘È«“ÊÔ†„Ó‰«“«Ά‰ÓÂt†ÈÓÊtG‰t†bÈÁ†gÓËtÂφËÓ†‰«“†gÓ‰«“:φËÓ †‰«“†ÕÓ‰«“‰Ï†ËÓ†‰«“†ÕÓ—«“Âφ;

“İman yalnız dil ilə, gəlmeyi-şəhadəti deməklə bitsəydi, onda artıq (Allah tərəfindən) oruc, namaz, vacib edilməz, halal və haram qoyulmazdı.»295

Qeyd olunanlardan belə nəticə alırıq ki, imanın bir neçə mərtəbəsi vardır, hər mərtəbə də özünə məxsus təsirə malikdir. Qəlbi etiqad, imanın ən kiçik mərtəbəsidir. Bunun da bir sıra dini və dünyəvi təsirləri vardır. Amma insanın dünya və axirətdə əbədi səadətinə səbəb olan iman, şəxsi əmələ vadar edən imanıdır.

Qeyd etmək lazımdır ki, bəzi hədislərdə dini hökmlərə əməl etmək imanın əsas şərtlərindən biri sayılmışdır. İmam Riza (ə) öz ata-babalarından, onlar da Həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, o Həzrət belə buyurur:

º†«Ó˘È«“ÊÔ†ÂÓŸt—bÓ:φ»«‰tvÓ«t»†ËÓ†«vt—«“—φ»«‰‰sG«“Ê†ËÓ†ŸÓÂӉφ»«˘Ó—t„«“Ê†;

“İman qəlbdə mərifət tapmaq, dildə (onu) izhar etmək və bədən üzvləri ilə əncam verməkdən ibarətdir.»296

Bəzi rəvayətlərdə şəhadət kəlmələrinin kənarında namaz qılmaq, zəkat vermək, həccə getmək və Ramazan ayında orucu tutmaq və s. kimi bir sıra əməli işlər də qeyd olunmuşdur297. Belə rəvayətləri iki cür izah etmək olar:

1-Namaz, oruc və s. kimi əməllərin vasitəsi ilə müsəlmanı qeyri-müsəlmandan ayırd etmək olar.

2-Və ya şəhadəteyni demək insana yalnız o halda nicat verər ki, şəxs şəriət hökmlərinə də əməl etsin. Namaz, zəkat, həcc və oruc şəriətin ən mühüm vacib hökmlərindən sayılır.

Qeyd olunanlara əsasən, heç bir müsəlman firqəsi cüzi hökmlərdə ixtilaflı olduqları üçün, sair müsəlman firqələrini təkfir etməməlidir (onları kafir adlandırmamalıdır). Çünki küfrün meyarı insanın üç dini əsaslardan birini, yaxud bu üç dini əsasın inkarına gətirib çıxaran bəzi hökmlərin inkar etməsidir. Bu da o vaxt ola bilər ki, həmin hökm şəriətdə tamamilə aydın olsun və onun inkar olunması ilə dini əsasların qəbul edilməsi bir yerə sığmasın. Buna əsasən, müsəlmanlar bütün sahələrdə islami qardaşlığı və vəhdəti qorumalı, dini əsaslara aid olmayan cüzi məsələlərdə ixtilafa yol verməməli, bir-birini kafir, (fasiq və azğın hesab) etməməlidirlər. Həmçinin, bir sıra əqidəti və fikri ixtilaflarda elmi müzakirələr aparaıb, quru və məntiqsiz təəssübkeşlikdən, töhmət və təhrifdən uzaq olmalıdır.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin