İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə50/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   110
And içmə. Uşaqları pis hərəkətlərdən çəkindirmək, yaxud onu yaxşı işlərə sövq etmək, vətəninə, xalqına, dostluğa, sevgiyə sadiq qalmağa çağırmaq üçün başqa üsulların gücsüz olduğu halda bəzən anddan istifadə edilmişdir.

Professor Əliheydər Həşimov azərbaycanlıların danışığın­da, davranışında və xalq pedaqogikası materiallarında olan andları aşağıdakı kimi qruplaşdır­mışdır:

I. İnsanın (ata-atanın, övladın, qohum əqrəbaların, ulu şəxslərin və b.) adına, canına, ruhuna, qəbrinə aid andlar («Sən dədənin canı, filankəsə pislik etmə», «Sən ananın qəbri, bu pis yoldan qayıt», «Səni and verirəm dayının ruhuna, filankəslə işin olmasın» və s.).

II. Yaşayışı təmin edən amillərə, duz, çörək, su, torpaq, ana südü, günəş və s. şeylərə aid andlarbu torpaq haqqı», «ocaq haqqı», «çıraq haqqı....», «o gün haqqı....», «bu saf su haqqı...», «çörək haqqı...», «duz haqqı...», «ananın südü haqqı» və s.).

III. Bayrağa, oxa, qılınca, saza və s. aid olanlar («And olsun əyilməz bu al bayrağa», yaxud «Dədəm Qorqudun qopuzuna and içirəm», «Misri qılınca and içirəm» və s.).

IV. Dini varlıq və məfhumların adına aid içilən (verilən) andlar.

Uşaqların, yeniyetmə və cavanların özləri tərəfindən içilən andlar da qüvvətli təsir gücünə malik olmuşdur: «Ata-anamın canı üçün», yaxud «anamın südünə and içirəm ki, heç vaxt sənə (yaxud vətənə, xalqa) olan məhəbbətimə xəyanət etməyəcəyəm», «Özüm ölüm (yaxud «sən öl») bir də filan işi görmərəm» və i.a.

«Kitabi-Dədə Qorqud»da Beyrəyin andına nəzər salaq:



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin