İsmayil əLİyev


Mən Qazanın nemətini çox yemişəm



Yüklə 1,12 Mb.
səhifə51/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   110
Mən Qazanın nemətini çox yemişəm,

Bilməzsəm, gözümə dursun!

Qaraqoçda qazılıq atına çox minmişəm,

Bilməzsəm, mənə tabut olsun!

Yaxşı kaftanların, çox geymişəm,

Bilməzsəm, kəfənim olsun!

Ala bargah otağına çox girmişəm,

Bilməzsəm, mənə zindan olsun!

Mən Qazandan dönməzəm, bəlli bilgil!


3.3.

Xalq tərbiyəsində stimullaşdırma üsulları


  1. Tərbiyədə stimullaşdırmanın mahiyyəti.

  2. Rəğbətləndirmə və onun növləri.

  3. Xeyir-dua, bəxşiş və mükafat rəğbətləndirmə tədbirləri kimi.

  4. Xalq pedaqogikasında cəzalandırmanın mövqeyi.

  5. «Küsmək» və fiziki cəza xalq tərbiyəsinin spesifik üsulları kimi.

  6. Tərbiyədə nümunənin mövqeyi.

Xalq pedaqogikasında stimullaşdırıcı üsulları iki qrupa ayırmaq olar:

- rəğbətləndirmə üsulları;

- cəzalandırma üsulları.

Əgər əvvəldə haqqında danışılan üsulların tətbiqi üçün zəngin təcrübə, təmkin, iti ağıl, böyük nüfuz, pedaqoji ustalıq zəruri idisə, rəğbətləndirmə və cəza üsullarını elementar şəkildə, nəticəsini çox düşünmədən hamı tətbiq edə bilir. Doğrudur, bir az sonra bu üsulların geniş şərhi zamanı görəcəyimiz kimi, rəğbətlən­dirmə və cəzanın səmərəli və müvəffəqiyyətli olması üçün onların pedaqoji dərrakə və ağılla tətbiqi zəruridir. Burada sadəcə onu demək istəyirik ki, rəğbətləndirmə və cəza üsulları «əl altında olduğundan», tətbiqi üçün mütəmadilik, uzun zaman tələb olunmadığından bu üsullara hər kəs əl ata bilir.

Düşünülmüş xalq təcrübəsi isə rəğbətləndirmə və cəza üsullarının pedaqoji dəyərini düzgün qiymətləndirməyi tələb edir. Böyük mütəfəkkir Nəsirəddin Tusi «Əxlaqi – Nasiri» əsərində yazırdı: «Uşağa davranış qaydaları, dini vəzifə­ləri öyrətmək, onları yerinə yetirməyə təhrik etmək, tabe olmadıqda tənbeh vermək, xeyirli işləri onun yanında tərifləmək, zərərli şeyləri pisləmək məsləhətdir. Onda yaxşı bir hərəkət baş verdikdə, həvəsləndirib, artırmaq, kiçik bir nöqsan gördükdə danlayıb qarşısını almaq lazımdır» (5, 157).


3.3.1. Rəğbətləndirmə üsulları
Rəğbətləndirmə əxlaqi hərəkətin müsbət qiymətləndiril­məsi­dir.

Xalq pedaqogikasında rəbğətləndirmə üsulları bunlardır.



  • xeyir-dua (uğurlama);

  • tərif;

  • alqış;

  • bəxşiş;

  • mükafat;

  • bəyənmə (təqdiretmə).

Tərif. Ən sadə rəğbətləndirmə üsuludur.

Hər hansı nəcib hərəkətinə, verilən tapşırığı lazımi səviyyədə yerinə yetirdiyinə görə böyüklər tərəfindən təriflənmək uşağın sonrakı davranışları üçün qüvvətli stimul ola bilir. Belə ki, təriflənən adam nəcib sifətləri və əməlləri üçün başqalarının qəlbinə yol tapdığını, yaxşı işlərin xalq tərəfindən bəyənildiyini görüb xoşhal olur, ruhi təskinlik tapır, zövq alır və bu səadətdən, sevincdən məhrum olmamaq üçün gələcəkdə də yaxşı işlər görməyə çalışır.

Xalq pedaqogikasında tərifdən necə gəldi yox, yerində lazım olan səviyyədə istifadə edilir. Həm də bu zaman əxlaqi hərəkətin məzmunu, əhatəsi, bu hərəkəti edənin fərdi xüsusiyyət­ləri də nəzərə alınır. Bəzən bir «çox sağ ol!», «afərin!» kəlməsi yerində, zamanında istifadə edildikdə, həm də bu kəlmələri çox nüfuzlu adam söyləyəndə uzun-uzadı xoş sözlərdən təsirli olur. Digər tərəfdən, müsbət əxlaqi hərəkətin mütləq təriflənməli olduğunu bilən xalq, bu tərifin həddən ziyadə olmasını məsləhət bilmədiyindən «tərifləyib tərifini çıxarma!» deyə xəbərdarlıq edirdi.

Xalq arasında işlənən rəğbətləndirmə üsulları içərisində alqışlar və xeyir-dualar (uğurlamalar) da mühüm yer tutur. Alqışlar və xeyir-dualar insanın müəyyən müsbət hərəkətinin – kimsəsizə əl tutmasının, yolçuya, yetimə, əlsiz-ayaqsıza yardım etməsinin, köməyə ehtiyacı olanın dadına çatmasının, naümidin müşkül işini düzəltməsinin – bir sözlə, müəyyən xeyirxah əməlin nəticəsi kimi meydana çıxan rəğbətləndirmə üsuludur. Məsələn, «Əhsən!», «Əlin-qolun var olsun!», «Səni yüz yaşayasan!», «Ag günə çıxasan!», «Beşik bağın qopmasın!», «Zaval görməyəsən!», «Uğur olsun!», «Atın yüyrək, qılıncın kəskin, sözün ötkün, bəxtin yeyin, başın uca olsun!, «Səni görüm, neyləyim, necə edim deməyəsən!», «Allah köməyin olsun!», «Allah səndən razı olsun!».

Nəinki uşaqlar, həm də böyük yaşlı adamlar xeyir-duanın böyük gücünə inanır və bu cür duaları qazanmağa layiq hərəkətlər etməyə çalışırdılar.

Ümumiyyətlə, dua mövzusu böyük fəlsəfi və teoloji mahiyyətə malikdir. Mənəviyyatımızın əsasını təşkil edən Müqəddəs İslam dinini öyrənən alimlər bu barədə dəyərli tədqiqat əsərləri yaratmışlar. Etnopedaqogikanın predmeti ilə bilavasitə bağlılığını sübut etməyi qarşıya məqsəd qoymayaraq belə bir məsələni qeyd etməliyik ki, xalq arasında ən çox inanılan xeyir-dualar, müqəddəs insanların, övliyaların və ata-anaların sidq-ürəklə dilə gətirilən dualarıdır.

Belə bir rəvayətə nəzər salmaq yerinə düşər:

Həzrəti Musa (ə) Turi-Sinada Allahdan (c.c.) özünün Cənnətə gedəcəyi barədə vəhy alandan sonra, orada qonşusunun kim olacağını soruşur. Vəhy yolu ilə ona bildirilir ki, sənin qonşun filan şəhərdəki filan qəssab olacaqdır.

Həzrəti Musa (ə) həmin şəhərə gedib qəssabı tapır, ona qonaq gəldiyini söyləyir. Qəssab deyir:

- Çox yaxşı oldu! Qonaq Allah qonağıdır. Gözlə, dükandakı əti satım, gedək evə.

Günortaya yaxın əti satıb qurtardıqdan sonra qəssabgilə gəlirlər. Qəssab qazancı hesabına götürdüyü ətdən xörək asır. Qazancını və zəkatı hesablayıb ayrıca qoyur. Xörək hazır olanda bir az götürüb bayaqdan bir-iki dəfə keçdiyi otağa girir. Sonra gülə-gülə geri qayıdıb qonağa deyir:

- Buyur, qonaq qardaş, yeməyimizi yeyək! Həzrəti Musa (ə) deyir:

- Yox, yan otağa niyə tez-tez keçdiyini və indi də gülə-gülə qayıtdığını deməsən, sənin evində çörək yemərəm.

Qəssab onu yan otağa aparır. Pambığın içində yatağa uzanmış qoca arvadı göstərib deyir:

- Bu, mənim anamdır. Evə gələn kimi əvvəlcə onun rahatlığına baxıram, əl-üzünü yuyuram, yeməyini yedizdirirəm, sonra özüm yeyirəm. Gülməyimin də səbəbi odur ki, sadəlövh anam hər dəfə mənə dua edib deyir: «Oğul, səni görüm Cənnətdə Musa Peyğəmbərə qonşu olasan!». Mən də gülürəm ki, ay ana, mən hara, Peyğəmbərə qonşu olmaq hara!?

Həzrəti Musa əlini oğlanın kürəyinə vurub deyir:

- Halal olsun sənə! Mən Musa Peyğəmbərəm və anan da doğru deyir.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin