Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə62/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   58   59   60   61   62   63   64   65   ...   239

Təqib və həbs


Qərara gəldim ki, Məşhədə gedib orada gizlənim. Bu barədə heç kimə bir söz demədim. Çantamı götürüb avtobusa oturdum və Məşhədə yola düşdüm. Ehtimal verirdim ki, Məşhədə girən kimi SAVAK məni həbs edəcək. Çünki tərcümə etdiyim kitaba görə də təqib altında idim. Buna görə Məşhədə bir az qalmış Əxləmədə gedən yolun önündə düşdüm. Əxləməd Məşhəddən təxminən 80 km aralıda yerləşən gözəl bir yaylaq kəndidir. Mən yay fəsillərində dəfələrlə oraya getmişdim. Hələ bahar bitməmiş, hava qızmamışdı. Kəndə çatmaq üçün dağ-dərələrin arası ilə təxminən 10 km piyada yol getdim. Qaranlıq dərələrə və çökək yerlərə daha tez kölgə salmışdı. İndi bu barədə fikirləşəndə orada mənə cəsarət bəxş etdiyinə görə Allaha şükür edirəm. Kəndin yolunda hər şey qorxunc idi.

Yayda oraya getdiyimə görə bəzi adamlarını tanıyırdım. Ora adətən, izdihamlı olurdu. Bu dəfə isə boş idi. Çünki hələ hava soyuq idi və şəhər əhalisi gəlməmişdi.

Kənddə heç kimlə görüşmək istəmədim. Buna görə də, tanımadığım bir dükana getdim, ondan kirayə üçün bir otaq soruşdum. Mənə xoşgəldin deyib özü ilə bir evə apardı. Onun evində bir-iki gecə qaldım, sonra kəndi tərk etmək qərarına gəldim. Çünki qərib adam kənddə tez tanınır. Kəndi tərk edib Məşhədə yola düşdüm.

Məşhəddə bir gecə atamgildə, bir gecə də qayınatamgildə qaldım. Öz evimiz yox idi. Bir yerə getmək istəyəndə gecə yarısı sonra gedib-gəlirdim. Bu minvalla üç ay keçdi. On bir nəfərdən biri olan qardaşım Seyid Məhəmməd də atamgildə gizlənirdi.

Həmin ilin (1966) yayında Haşimi Rəfsəncani ailəsi ilə birgə Məşhədə gəldi. Qeyd etdiyim kimi, o da təqib altında idi. Onunla birgə bir yaylağa getdik. O səfərdən də gözəl xatirələrim var. Məşhəddə gizlənməkdən yorulub açığa çıxmaq qərarına gəldim. Tehrana getdim. Tehranın böyüklüyü, əhalisinin çoxluğu və tanınmamağım orada rahat şəkildə qalmama şərait yaradırdı. Odur ki ağa Haşimi ilə birgə bir ev kirayə edib növbəti ilin novruzuna qədər orada qaldım.

1967-ci ilin novruzu gəldi. Düşündüm ki, artıq çoxlu zaman keçib; Məşhədə qayıdım, amma ümumi yerlərə getməyim. Məşhədə qayıtdım. Lakin mənim kimi birisi kənarda dayanıb cəmiyyətdə baş verənlərə etinasız qala bilməzdi. Ağa Milani və ağa Quminin yanına gedir, cəmiyyətdə mövcud olan mənfi hallar barədə onlarla danışır, din alimlərinin sükutunu qınayaraq hansı dəlilə əsaslandığını soruşur, zalım hakimiyyətə qarşı qəti mövqe bildirməyə çağırırdım. Mən həbs olunandan sonra bildim ki, bütün sözlərim SAVAK-a çatdırılmışdır. Görünür, onların ətrafında SAVAK-la əməkdaşlıq edənlər varmış.

1967-ci ilin aprelində Hacı Şeyx Müctəba Qəzvini1 vəfat etdi. O, misilsiz alimlərdən, ləyaqətli, vüqarlı, hörmətli, mömin, abid və zahid bir kişi idi. Hətta ağa Milani də ona hörmət edirdi. Bu, böyük hadisə idi və mən evdə otura bilməzdim. Onun dəfn mərasimində yaxından iştirak etdim. Hacı Şeyx Müctəbanı dəfn edəndən və camaat dağılışandan sonra qardaşım Seyid Hadi ilə atamgilə yola düşdük. Onda anam həccə getmişdi, atam tək idi. Yolda SAVAK məmurları bizi mühasirəyə aldılar, mənə dedilər ki, SAVAK-a getməliyik. Dedim ki, getmirəm. Polislə köməkləşib məni və qardaşımı maşına mindirdilər. SAVAK-ın binasına çatanda qardaşımı buraxıb məni saxladılar.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin