Mühazirə 1 Nanotexnologiya



Yüklə 1,74 Mb.
səhifə21/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   51
C fakepathMuhazire toplusu

Əsas göstəricilər

Konsentrasiya (mq/l)

Metal

Konsentrasiya (mq/l)

Kimyəvi oksigen tələbatı

1220-2600

Na

0-150,000

Ümumi asılı hissəciklər

1,2-1000

Sr

0-6250

Üzvi hissəciklər

0-1500

Zn

0,01-35

Həll olmuş bərk hissəciklər

100-400,000

Li

0,038-64

Üzvi turşular

0,001-10000

Al

0,4-410

Kimyəvi əlavələr




As

0,002-11

Qlikol

7,7-2000

Ba

0-850

Korroziya əleyh. inhibitor

0,3-10

Cr

0,002-1,1

Ərp əleyh. inhibitor

0,2-30

Fe

0,1-1100

Benzin

0,032-778,51

Mn

0,004-175

Etilbenzol

0,026-399,84

K

24-4300

Toluol

0,058-5,86

Pd

0,008-0,88

Ksilol

0,01-1,29

Ti

0,01-0,7

Ümumi BTEK

0,73-24,1

Başqa ionlar




Başqa çirkləndiricilər




B

5-95

Doymuş karbohidrogenlər

17-30

Ca2+

0-74,000

Neft və neft məhsulları

2-560

SO42-

0-15000

Fenol

0,001-10000

Mg2+

0,9-6000

Metallar - lay sularının tərkibində Fe, Cr, Ba, Ni, Zn və s. kimi metal ionlarına rast gəlinir. Bu metalların növünə və konsentrasiyasına yatağın geoloji quruluşu, yaşı, işlənilmə zamanı vurulan suyun həcmi və kimyəvi tərkibi təsir edir.
Həll olmayan asılı hissəciklər, ümumi üzvi karbon və ümumi azot - çökdürücülərdə neftdən ayrılan lay sularının tərkibində həll olmayan hissəciklər çöküntü şəklində qum, yosun, plankton və neft emulsiyası kimi suda üzən maddələri əhatə edir. Bu maddələrin konsentrasiya həddi 14-800 mq/l və 8-5484 mq/l olduğu qeyd edilir [3]. Başqa neft mədənində lay sularının tərkibindəki asılı hissəciklərin konsentrasiya həddinin tədqiqində 1,2-1000 mq/l müşahidə edilmişdir (Cədvəl 1).
Aparılan araşdırmalara görə, suda karbonun miqdarı 0-1500 mq/l (Cədv.1) arasındadır. Təbii olaraq, müxtəlif yataqlardan hasil edilən suların tərkibində karbonun konsentrasiya həddi 0,1 mq/l-dən az və 11,000 mq/l-dən çox müşahidə edilmişdir.
Hasil edilən lay sularında azotun miqdarı isə onun bütün birləşmələri şəklində, ammonyak-azot (NH3-N), nitrat-azot (NO3-N) və nitrit-azot (NO2-N) şəklindədir.
Neft və neft məhsulları, üzvi turşular, benzol, toluol, etilbenzol, ksilol (BTEK) və fenol - araşdırmaya görə, qaz yatağından hasil edilən lay sularında neft və neft məhsullarının miqdarı 6-60 mq/l arasındadır. ABŞ-ın qərbində aparılan tədqiqatlarda isə lay sularında neft və neft məhsullarının həddi 40-2000 mq/l olduğu müəyyən edilmişdir.
Lay sularının tərkibində üzvi turşular heksan, butan, sirkə, propan turşusu və pentanoik kimi aşağı molekulyar çəkisi olan alifatik, həm də aromatik karbohidrogenlərin mono-karbon turşuları və dikarboksil turşular var (COOH).
BTEK təbii qaz, benzin və dizel yanacağı da daxil olmaqla neft-qaz məhsullarında olan uçucu aromatik birləşmələrdir ki, lay suyu tərkibində də olan bu birləşmələr suyun təmizlənməsi mərhələsində asanlıqla atmosferi çirkləndirə bilir.
Fenollar aromatik karbon qrupundan bir və ya bir neçə hidroksil qrupunu əhatə edən üzvi birləşmələrdir. Neft və qaz quyularından çıxarılan suyun tərkbində fenolların səviyyəsi müxtəlif olmaqla qazkondensat yataqlarından hasil edilən sularda daha çoxdur.
Lay sularının utilizasiya üsulları - ətraf mühit üçün təhlükəli olan maddələrin zərərsizləşdirilməsində bir neçə üsul və texnologiyalardan istifadə edilir. Çünki, lay sularının təmizlənməsi onların təkrar texnoloji proseslərdə eləcə də, kənd tərsərrüfatında istifadə edilməsi səmərəliliyini artırır.
Ümumiyyətlə, lay sularının təkrar istifadə məqsədindən asılı olaraq fiziki, kimyəvi və bioloji təmizləmə üsulları həm ayrı-ayrılıqda, həm də, üsulların kombinasiyasından istifadəsi məqsədəuyğundur. Fərqli üsulların tətbiqindən alınan nəticələrdən adsorbsiya, membranlı filtrasiya, kimyəvi maddələrlə çökdürmə kimi üsullar lay sularının tərkibindən 90-dan çox müxtəlif komponentlərin təmizləmə səmərəliliyi müəyyən edilmişdir.
Filtrasiya - suyun və çirkab sularının təmizlənməsi prosesində məsaməli filtr materiallarından istifadəyə əsaslanan nisbətən sadə üsul olub, membran səthindən yalnız suyun süzülərək təmizlənməsini təmin edir. Lay sularının təmizlənməsi üçün membran filtrasiya üsulu da istifadə edilə bilər. Bu suların təmizlənməsində tətbiq edilən filtləmə prosesi mexaniki süzmə, çökdürülmə, adsorbsiya, bioloji üsul da daxil olmaqla müxtəlif proseslərin birləşməsidir.
Elektrodializ – elektrik sahəsinin təsiri ilə membran vasitəsi ionların miqrasiya prosesidir. Şirin su, dəniz suyu və çirkab suların təmizlənməsində istifadə olunur. Lay suyunun bu üsulla utilizasiyası laboratoriya şəraitində araşdırılır. Elektrodializ üsulu ilə lay suyunun tərkibindən duzlar, növbələşən anion və kation selektiv membran təbəqələr vasitəsilə təmizlənir. Kationit membranlar – toplanmış mənfi yükə malik, müsbət yüklü ionları (Na+, K+) özündən keçirən, eyni zamanda mənfi yüklü ionları özündən itələyən membranlardır. Anionit membranlar müsbət yüklü iona malik olub, özündən mənfi yüklü ionları (F-, Cl-, SO42-, NO3-) keçirir, eyni zamanda müsbət yüklü ionları özündən itələyir. Təmizlənəcək su növbələşən membran təbəqələrdən keçdikdə sistemə elektrik cərəyanı verilir və elektrodializ prosesi selektiv keçirici membranlar arasında yaranır. Bu proses tərs osmos üsulundan daha az elektrik enerjisi tələb edir, çünki, aşağı təzyiq altında işləyir, eyni zamanda duz konsentrasiyasını 200 mq/l-ə qədər azalda bilir. Bu metod, aşağı konsentrasiyalı həll olmuş bərk maddələrin təmizlənməsində tətbiq edilir. Texnologiyanın çatışmayan cəhəti, qeyri-elektrolit komponentlərin çıxarılması qabiliyyətinin olmaması, iş prosesində membran qüsurlarının yaranması, nisbətən yüksək qiymət, mütəmadi konsentratın utilizasiyası və ixtisaslı işçi qüvvəsinə yüksək tələbatdır [5]. Bundan əlavə, bu üsulla suyun tərkibindən duzları təmizləmək mümkün olsa da, digər çirkləndiricilər neft məhsulları, ağır metallar çıxarıla bilməz. Texnologiyanın əsas üstünlükləri isə mürəkkəb şəraitə davamlı, 5 il ərzində membranın istifadəyə yararlı olması, xüsusi infrastruktura ehtiyacın olmaması və lay suyunun təmizlənməsində əla üsul kimi qiymətləndirilməsdir.
Suvarma – səmt sularındakı çirkləndiricilər tələb olunan səviyyədə zərərsizləşdirildikdən sonra əkinlərin suvarılmasında, xüsusilə, də quraq ərazilərin suvarılmasında dəyərli mənbə hesab edilə bilər [1,7]. Lakin, suvarma zamanı yetişdiriləcək məhsul növünə diqqət yetirilməlidir.
Yosun istehsalı - istehsal olunan sudan qida mühiti kimi istifadə edərək, lipid istehsalı, yosunların yetişdirilməsində geniş araşdırma aparılmışdır. Fosfat əlavə edilmədən, Amphora coffeaeformis növünün inkişafı və lipid istehsalı 150 mq/l sodyum nitrat əlavə edilərək optimallaşmış, Chaeteceros gracilis və chlorella növünün inkişafı və lipid məhsuldarlığını optimallaşdırmaq üçün isə 300 mq/l sodyum nitrat (NaNO3) əlavə edilmişdir. Nəticədə, lay sularının tərkibindəki karbohidrogenlərin çıxarılmasında aktivləşdirilmiş kömürdən istifadə edərək, sentrafuqa və çökdürülmə üsullarından sonra yosunların inkişafı və lipid məhsuldarlığı üçün istifadə edilə bilər. Qida mühiti kimi istifadə edilən lay suyuna zəruri olan yalnız azot və fosfor əlavə etməklə, biodizel yanacağı üçün xammal istehsalında yosunların yetişdirilməsi və lipid məhsuldarlığının artırılmasında təklif edilən ən effektiv üsuldur. Üsul ekoloji-iqtisadi cəhətdən olduqca səmərəlidir. Çünki, lipid və biokütlə məhsuldarlığını şirin suya ehtiyac olmadan daha ucuz qiymətə əldə etmək olur.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin