Mühazirə konspekti



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix16.06.2022
ölçüsü0,72 Mb.
#117005
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
Elektrik-ölçmələri-mühazirə

8. ELEKTRON OSSİLOQRAFLARI 
Müxtəlif elektron siqnallarını müşahidə və qeyd etməyə, həmçinin siqnalların formasını, 
qiymətini, zaman və tezlik-faza nisbətlərini müəyyən etməyə imkan verən parametrlərin öl-
çülməsinə xidmət edən cihazlar elektron ossiloqrafları adlanır. 
Elektron ossiloqrafları elektron cihazlarının əsas üstünlüklərinə malikdir: giriş 
müqavimətləri böyük, ətaləti kiçik, tezlik diapazonu genişdir.Gərginliyə həssas cihaz olduğuna 
görə elektron ossiloqraflarından elektrik kəmiyyətlərini və elektrik siqnallarına çevrilən digər 
fiziki kəmiyyətləri ölçmək üçün istifadə olunur. Elektron ossiloqrafı vasitəsi ilə bilavasitə 
gərginlik, tezlik, faza, siqnalın forması təyin edilir (ölçülür). Onlar həmçinin müqavimətlərin, 
konturların keyfiyyətinin, impuls və yüksək tezlikli siqnalların elektrik gücünün, eləcə də maqnit 
və qeyri- elektrik kəmiyyətlərin ölçülməsində də geniş istifadə edilir.Bundan əlavə elektron 
ossiloqrafları müqayisə ölçmə qurğularında sıfır-indikator kimi də işlədilə bilər. 
Elektron ossiloqrafının iş prinsipinin əsası ondan ibarətdir ki, kəsilməyən siqnalları 
müşahidə və tədqiq edərkən həmin siqnal şüanı şaquli meyletdirmə kanalının girişinə verilir.Giriş 
kaskadı ossiloqrafın tədqiq olunan obyektə minimal təsirini və onun həssaslığının tənzim oluna 
bilməsini təmin etməlidir.Giriş kaskadının çıxışından siqnal gərginlik gücləndiricisinə verilir. 
Gücləndiricini elektron-şüa borusu ilə əlaqələndirmək üçün çıxış parafaz gücləndiricidən istifadə 
olunur. 
Ossiloqrafın açılış generatorunun yaratdığı xətti dəyişən gərginlik şüanı üfüqi istiqamətdə 
meyletdirmə kanalının gücləndiricisi ilə gücləndirilir və çıxış parafaz gücləndiriciyə 
verilir.Borunun ekranında tərpənməz təsvir almaq üçün açılış generatorunun tezliyi geniş tezlik 
diapazonunda tənzim oluna bilər. Üfüqi meyletdirmə gücləndiricisinin tənzim olunması üfüqi ox 
üzrə təsvirin miqyasını dəyişməyə imkan verir. 
Elektron ossiloqrafının ekranında əyrinin formasına açılış gərginliyinin qeyri-xəttiliyi pis 
təsir edir.Məhz açılış generatorunun əsas göstəricisini açıliş gərginliyinin yüksək xəttiliyi təşkil 
edir. Ossiloqrafın ekranında tədqiq olunan siqnalın tərpənməz təsvirini almaq üçün şaquli 
meyletdirici lövhələrə zaman ərzində xətti dəyişən gərginlik vermək lazımdır. Bu gərginlik açılış 
generatoru tərəfindən yaradılır.Bu generatorlar açılışın buraxıla bilən qeyr-xəttiliyinə görə - dəqiq
(
%)
5


və adi (
%)
20
10 −


olurlar. 
Tədqiq olunan siqnalın tezliyi ilə açıliş generatorunun tezliyi arasında tam nisbət alınması 
üçün generator tədqiq olunan siqnalla sinxronlaşdırılır. Sinxronlaşdırıcı siqnal ossiloqrafın 
sinxronlaşdırma bəndində yaranır.
Elektron ossiloqraflarında və digər ossiloqrafik qurğularda xətti açılışdan başqa sinusoidal, 
dairəvi (elliptik), spiral açılış növlərindən də istifadə olunur. 
Tədqiq olunan siqnalların əyrilərinin formalarını öyrənərkən xətti açılışdan istifadə 
olunur.Ekranda tərpənməz təsvirin alınması şərti açılış gərginliyinin periodunun tədqiq olunan 
siqnalın perioduna tam nisbətdə olmasıdır, yəni 
T
a
/T = N , 
burada – tam ədəddir.Əgər N = 1 olarsa,ekranda tədqiq olunan siqnalın bir periodunun təsviri 
alınır, əgər N = 2 olarsa, iki periodun təsviri alınır və s. 
Ossiloqrafın bəndləri stabilləşdirilmiş qida mənbəyindən qidalandırılır. 
Ossiloqraflarda cərəyanı bilavasitə yox, ossiloqrafın lövhələrinə cərəyan mənbəyi ilə 
ardıcıl qoşulmuş müqavimətdəki – şuntdakı gərginlik düşgüsünü ölçməklə təyin edirlər. 
Gərginliyin amplitud qiyməti müəyyən olunur və məlum müqavimətə görə cərəyanın qiyməti 
hesablanır. Sürətlə dəyişən prosesləri tədqiq etdikdə şuntun induktivliyini nəzərə almaq lazımdır. 
Ölçülən cərəyanın qiyməti böyüdükcə şuntun induktivliyinin təsiri də artır. Böyük cərəyanları 
ölçdükdə şox da kiçik olmayan şuntlardan istifadə edilir. Kiçik qiymətli cərəyanları ölçdükdə, 
adətən,yüksək aktiv müqavimətli şuntlar tətbiq edilir. Buna görə induktivliyin təsirini nəzərə 
almamaq olar. Lakin bu halda ossiloqrafın giriş tutumunun təsiri nəzərə alınmalıdır. 
Ossiloqrafın köməyi ilə gərginlik və cərəyanın ölçülmə dəqiqliyi nisbətən yüksək 
deyildir.Ona görə də əksər hallarda bu cür ölçmələrdən köməkçi ölçmələr kimi istifadə olunur. 


Ossiloqraf vasitəsilə elektrik siqnallarının tezliyi və fazasının ölçülməsi də geniş tətbiq 
olunur. Ümumi halda tezliyin ölçülməsi ölçülən siqnalın etalon tezlikli siqnalla müqayisəsi yolu 
ilə aparılır. Sinusoidal formalı iki siqnalı Lissaju fiqurları metodu ilə müqayisə etdikdə daha dəqiq 
nəticələr almaq olar. Bu metodla tezliyin müəyyən olunması ona əsaslanmışdır ki, istənilən Lissaju 
fiquru tərəfləri uyğun olaraq müqayisə edilən rəqslərin amplitudlarına bərabər olan düzbucaqlının 
daxilində yerləşir. Lissaju fiqurunun düzbucaqlının şaquli tərəflərindən biri ilə toxunma saylarının 
(n) həmin fiqurun üfüqi tərəflərindən biri ilə toxunma saylarına (m) nisbəti müqayisə olunan 
rəqslərin tezlik nisbətini xarakterizə edir. 
Əgər ölçülən f
x
tezlikli gərginlik ossiloqrafın Y girişinə, məlum f
n
tezlikli gərginlik isə
X girişinə verilirsə,o halda
n
/
m
f
/
f
n
x
=
nisbəti alınır və buradan f

 təyin edilə bilər. Adətən 
müqayisə apardıqda nümunəvi generatorun tezliyini ölçülən rəqslərin tezliyinə bərabər götürməyə 
çalışırlar; çünki bu halda fiqur sadə şəkildə (dairə,ellips,düz xətt) olur. 
Zaman intervallarını ölçmək üçün zaman oxunu dərəcələməkdən ötrü zaman nişanları 
generatorundan istifadə olunur. 
Daha dəqiq ölçmələr üçün ekrana müvəqqəti kalibrləşdiricidən qeyd olunmuş nişanlar 
verilir. Qeyd olunmuş nişanlar əvəzinə hərəkət edən nişanlardan istifadə etmək olar. Axırıncılara 
bəzən stroblayıcı siqnal deyilir. 
İmpulsun müddətini ölçmək üçün kalibrləşdirici nişanlar borunun lövhələrinə və ya 
modullaşdırıcı elektroduna verilərək təsvirin üzərinə salınır. 
Birşüalı elektron ossiloqraflarından başqa xüsusi ikişüalı elektron-şüa boruları əsasında iki 
eynu və asılı olmayan “Y ” kanalı və bir ümumi “X” kanalı olan ikişüalı ossiloqraflar da hazır-
lanır. Hazırda xüsusi çoxşüalı ossiloqraflar da istehsal olunur. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin