6 – 7. TEZLİYİN VƏ FAZANIN ÖLÇÜLMƏSİ
Səs və nisbətən yüksək tezliklərdə tezlik və fazanı ölçmək üçün elektron tezlikölçənləri və
fazometrlərdən istifadə olunur. Bu cihazlar maqnit-elektrik ölçmə cihazı
ilə ölçülən parametr
(tezlik və ya faza) çeviricilərinin birləməsindən yaranır.
Elektron tezlikölçənləri və fazometrlərinin sxemlərində
çeviricilər kimi faza və ya
tezlikdən asılı düzləndiricilərdən, həmçinin idarə olunan elektron açarlarından istifadə edilə bilər.
Kondensator tipli cihazı nəzərdən keçirək (şəkil 6.1 a). Açar çevirigəcinin ÇV 1
vəziyyətində C kondensatoru mənbənin
U gərginliyinə qədər dolaraq
Q=CU yükünə malik olur.
Çevirgəcin 2 vəziyyətində kondensator maqnit-elektrik ölçmə cihazından boşalır. Əgər çevirgəcin
vəziyyətini ölçülən
f
x
tezliyinə bərabər olan tezliklə dəyişsək, ÖM-dən axan cərəyanın orta qiyməti
I
or
≈ Qf
x
= CUf
x
Aydındır ki, tezlikölçən yalnız
C və
U kəmiyyətlərinin
qiymətləri sabit olan halda
dərəcələnə bilər. Elektron tezlikölçənlərinin real sxemlərində ÇV çevirgəci funksiyasını ölçülən
f
x
tezlikli gərginliklə idarə olunan elektron açarları yerinə yetirir.
6.22 b şəklindəki elektron tezlikölçənində naməlum tezlikli giriş gərginliyi formalaşdırıcı
qurğunun (FQ) köməyi ilə həmin tezlikli, sabit amplitudalı düzbucaqlı impulslara çevirilir. İmpuls
olduqda kondensator D1 diodu
vasitəsilə dolur, impulslar arası intervalda isə D2 diodundan və
ÖM-dən boşalır. ÖM göstəricisinin yerdəyişməsi (
α=S
1
·I
or
)
ölçülən f
x
tezliyinə mütənasib
olacaqdır.
Bu cihazların mühüm üstünlüyü onlardan geniş diapazonda (sənaye tezliyindən 100-500
kHs-ə qədər) tezliyin bilavasitə qiymətləndirilməsi üçün istifadənin mümkün olmasıdır.
a) b)
Dostları ilə paylaş: