Mühazirə konspekti


 AKTİV GÜCÜN VƏ ENERJİNİN ÖLÇÜLMƏSİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix16.06.2022
ölçüsü0,72 Mb.
#117005
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   22
Elektrik-ölçmələri-mühazirə

5. AKTİV GÜCÜN VƏ ENERJİNİN ÖLÇÜLMƏSİ 
 
Sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrələrində gücün ölçülməsi elektrodinamik 
və ferrodinamik vattmetrlərin köməyi ilə yerinə yetirilir.
Elektrodinamik vattmetrlər əldə gəzdirilən çoxhədli laboratoriya cihazları şəklində 
buraxılır.Onların dəqiqlik sinfi (0,1 – 0,5)-dir. Elektrodinamik vattmetrlərin tezlik diapazonu 
yuxarıdan bir neçə kHs ilə məhdudlaşır. Tezliyin artması ilə sarğacların induktiv müqaviməti 
cihazın xətasına öz təsirini göstərir. 
Ferrodinamik vattmetrlərin dəqiqlik sinfi 1,5 və 2,5 – dir,lakin onların tezlik diapazonu 
elektrodinamik vattmetrlərə nisbətən kiçikdir. 


Sabit cərəyanın gücü dolayı yolla – ampermetr və voltmetrin köməyi ilə də ölçülə bilər.Bu 
halda güc bu cihazların göstərişlərinin hasili ilə - P = İU ilə təyin olunur. 
Gücü ölçmək üçün istifadə edilən elektron cihazları – elektron vattmetrləri gücü gərginliyə 
çevirən ölçmə çeviricisinin əsasında qurula bilər. Ölçmə çeviricisinin çıxışında şkalası gücün 
vahidlərində dərəcələnmiş maqnit-elektrik ölçmə mexanizmi yerləşdirilir. 
Gücü ölçmək üçün müxtəlif prinsiplərdə qurulmuş rəqəm vattmetrlərindən də geniş istifadə 
olunur. Belə vattmetrlər əsasən iki struktur üzrə qurulurlar: 
- gücün aralıq analoq çeviriciləri ilə elektrik siqnalının informativ parametrinə və sonradan analoq-
kod çevrilməsi (şəkil 5.1 a); 
- giriş siqnallarının informativ parametrlərinin koda çevrilməsi və nəticənin rəqəm hesablama 
qurğuları vasitəsilə təyin olunması (şəkil 5.1 b). 
Birinci struktur sxemdə güc ölçmə çeviricisi (GÇ) kimi yuxarıda nəzərdən keçirilən 
çeviricilərdən biri istifadə edilə bilər. Çıxışda alınan gərginlik ARÇ vasitəsilə rəqəm formasına 
çevrilir və nəticə rəqəm oxuma qurğusunda (ROQ) göstərilir.Bu struktur üzrə qurulmuş rəqəm 
vattmetrləri elektrik ötürmə sistemlərində, təcrübi tədqiqatlarda,enerji obyektləri texnoloji 
proseslərinin AİS-lərində, dispetçer idarəetmə sistemlərində və s. daha geniş istifadə ediliriər. 
İkinci struktur üzrə qurulmuş sxemdə gərginliyin və cərəyanın ani qiymətləri u(t) və i(t)
gərginlik və cərəyan ARÇ-ləri (GARÇ və CARÇ) vasitəsilə rəqəm formasına çevrilir. Hesablama 
qurğusunda (HQ) bu kodlar bir-birinə vurulur, orta qiymət təyin olunur və nəticə ROQ – a 
çıxarılır.Bu metoddan alçaq və infraalçaq tezlikli siqnalları olan dövrələrdə gücün analoq-rəqəm 
çevrilməsi üçün istifadə edilməsi daha məqsədəuyğundur. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin