aparir.Məsələn
:
döş-qarın xəstəxanası, yoluxucu xəstəliklər xəstəxanası, yanıqlar
üçün xəstəxana və s.
Yüngül yaralıları qəbul və müalicə etmək üçün hər bir xəstəxana kollektorundan
yüngül yaralıların yığılması üçün məntəqə təşkil edir. Hər xəstəxana
kollektorundan baş xəstəxana ayrılır. Baş xəstəxananın əsas vəzifələri.
-Xəstəxana kollektoruna gələn
zədələnmiş şəxslərin qəbulu, növlərə ayrılmaqla və
lazım olan ixtisaslaşdırılmış xəstəxanaya göndərilməsi.
-ağır zədələnmiş şəxslərə,şok halında olanlara ixtisaslaşdırılmış təcili yardım
göstərmək,
-kollektorun ixtisaslaşdırılmış xəstəxanalara rəhbərliyi.
Müvafiq ixtisaslı həkimlər göndərməklə xəstəxanaların ixtisası dəyişdirilə bilər.
Konkret şəraitdən asılı olaraq ixtisaslaşdırılmış yardım müxtəlif həcmdə və hədd
daxilində təşkil edilir.Belə ki ,xəstəxanalar qrupu xəsarətə uğrayanlarla dolduğu
dövrdə ixtisaslaşdırılmış yardım, ilk növbədə başından, boynundan və
onurğasından zədələnənləri,uroloji zədələnənləri, budu sınmış və qonşu oynaqları
zədələnmiş yaralıları əhatə edir.
Xəstəxanalar qrupu tibbi köçürmə sistemindən ayrıldıqdan sonra, ixtisaslaşdırılmış
yardım xəstəxanaların şöbələrinin və bütün xəstəxanaların profilləşdirilməsi və
həmin xəstəxana qrupu daxilində zədələnmişlərin təkrar köçürülməsi
hesabina
olaraq daha tam inkişafını tapır. Əgər zədələnmişlərin axını çox böyük olmazsa ,
hələ başlanğıcdan xəstəxanaların ixtisaslaşdırılması geniş miqyasda həyata
keçirilir. İxtisaslaşdırılmış tibbi yardım dəstələri mülki
müdafiənin səyyar
müəssisələrindəndir.O xəstəxanalar və elmi tədqiqat institutları hesabına yüksək
keyyfiyyətli ixtisaslaşdırılmış həkimlərlə təmin olunur.Bu dəstələrin əsas vəzifəsi
zədələnmiş şəxslərə şəhərdən kənar zonada ixtisaslaşdırılmış tibbi yardım
göstərməkdən ibarətdir.İxtisaslaşdırılmiş tibbi yardım 8-14 ixtisaslaşdırılmış
briqadadan təşkil olunur. Bu briqadalar ixtisaslaşdırılmış həkimlərdən
və orta tibb
işçilərindən ibarətdir.İxtisaslaşdırılmış tibbi yardım dəstəsinə aşağıdakı briqadalar
daxildir. Növlərə ayıran, ümumi cərrahiyə, travmatoloji, sinir-cərrahi briqada, döş-
qarın briqadası, göz xəstəlikləri briqadası, çənə-üz, qulaq, burun, boğaz briqadası,
daxili və yolxucu xəstəliklər briqadası, qanköçürmə briqadası, kardioloji briqada
və başqaları.
Səyyar epidemiya əleyhinə dəstələr sanitar epidemioloji stansiyaları əsasında
yaradılır və onun səyyar növündən ibarətdir. SEƏD nüvə partlayışı və bakterioloji
hücum zamanı əhaliyə sanitar-gigiyena və epidemiya əleyhinə mübarizə xidmətini
yerinə yetirir.
Dostları ilə paylaş: