Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə94/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   98
Müh 2016

Köçürmə şöbəsində xərəkçilər
və köçürməni gözləyən zədələnmiş şəxslər olurlar. 
Zədələnmiş şəxslərin köçürməyə hazırlanması və nəqliyyat növbələşdirilməsi ilə 
(oturmuş və ya uzanmış halda) nəqliyyata mindirilməsi ilə hospital şöbəsinin 
işçıləri məşğuı olurlar. Salamat qalmış tibb müəssisələrinin işi İTYD - nin quruluş 


prinsipi əsasında qurulmalıdır. Zədələnmiş şəxslər İTYD - dən şəhərkənarı zonaya 
köçürmənin 2-ci mərhələsinə əsasən avtomaşınlarda daşınır. 
MÖVZU15.
İxtisaslaşdirilmiş tibbi yardım və onun təşkili. 
PLAN. 
1.Zədələnmişlərin müalicə köçürmə təminatı sistemində ixtisaslaşdırılmış tibbi 
yardım göstərilməsini və tibbi köçürmənin ikinci mərhələsini tərtib edən Mülki 
müdafdiə tibbi xidmətinin MMTX-nin qüvvələri . 
2.Şəhər kənarı zonasının xəstəxana bazası və onun tərkibi.Xəstəxana kollektoru 
və onun tərkibinə daxil olan müalicə müəssisələri. 
3.Baş xəstəxananın və çeşidləmə - köçürmə hospitalının ,profilli xəstəxanalarının 
təşkili strukturasının qısa xarakteristikası. 
4.Qəbul etməkdə tibbi çeşidləmədə və zədələnmişlərə ixtisaslaşdırılmış tibbi 
yardım göstərilməsində xəstəxana bazasının işinin təşkili. 
İxtisaslaşdırılmış tibbi yardım ali dərəcəli həkim mütəxəssislər tərəfindən xüsusi 
təçhizatı və avadanlığı olan xəstəxana bazasının müalicə müəssisələrində 
göstərilir. 
Xəstəxana bazası(XB )düşmən hücumu təhlükəsi zamanı şəhərkənarı ərazidə 
əhaliyə təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi və 
xəsarətalmışların son nəticəyə qədər müalicəsi üçün Mülki müdafiənin tibbi 
xidmətinin açdığı müalicə müəssisləridir. Xəstəxana bazasının müalicə-təxliyyə 
təminatının sistemində ikinci və son mərhələdir.
Xəstəxana bazasının tərkibinə baş, çox profilli və profilləşdirilmiş xəstəxanalar 
daxildir. Rəhbər tibb qurumlarının sərəncamı ilə xəstəxana bazasının tərkibində 
ixtisaslaşdırılmış tibbi yardım dəstəsi (İTYD) təşkil oluna bilər. Xəstəxana 
bazasının fəailiyyətinə (XBİ )rəhbərlik edir. Xəsarət almışların tibbi təminatı 
müalicə-təxliyyə istiqaməti üzrə həyata keçirilir. Müalicə-təxliyyə istiqaməti 
(MTİ) xəstəxana bazasının bir hissəsi olub, bir və ya bir neçə rayonun tibbi 
təminati ilə əlaqədar olaraq vahid təxliyyə yollarının olmasına əsaslanır. Müalicə 
təxliyyə istiqaməti ərazisindəki tibbi müəssisələrə rəhbərlik mərkəzi rayon 
xəstəxanasının baş həkimi tərəfindən həyata keçirilir. Xəstəxana bazasında 
xəstəxanaların sayı və çarpayı fondu konkret şərait, tibbi kadrlar və maddi-texniki 
baza nəzərə alınmaqla müəyyənləşdirilir.Xəstəxana bazasında ümumi çarpayı
fondunun 20%-i uşaqlar üçün ayrılmalıdır. 
Xəstəxanaların profili sülh dövründə XB–in planına uyğun müəyyənləşdirilir. 
Lakin kimyəvi və bakteriologi ocaqlar meydana çıxdıqda terapevtik və ya 
infeksion təmayüllü müalicə müssisələrinə ehtiyac artır və xəstəxananın profili 
təcili dəyişdirilməlidir. Müalicə-təxliyyə istiqaməti ərazisində tibbi bölüşdürücü 
məntəqə və köməkçi bölüşdürücü post açılır. 
Tibbi məntəqəsi müalicə-təxliyyə istiqaməti ərazisində,dağıntı ərazisində kəndlərə 
gedən yollarda açılır. TBM binalarda və ya çadırlarda açıla bilər. 
TBM-in tərkibində həkim, tibb bacısı və qeydiyyatçı vardır. Bu heyət baş 
xəstəxana ştatından ayrılır. TBM –in əsas vəzifələrinə aiddir. 


-Xəsarət almışların rayon xəstəxanaları arasında bərabər və səmərəli şəkildə 
bölüşdürülməsi. 
-Baş rayon mərkəzi xəstəxana rəhbərliyinə müalicə müəssilərinin yüklənməsi 
haqqında vaxtaşırı məlumat vermək.
Köməkçi bölüşdürücü post(KBP) MRX-nin girəcəyində avtomobil yollarında 
təşkil olunur.Köməkçi bölüşdürücü postun tərkibinə 1 nəfər tibb bacısı və 1 nəfər 
ictimai asayiş qoruyan xidmətin nümayəndəsi daxildir. 
Xəstəxana bazasının konkret vaxt çərçivəsində təşkili və fəaliyyət göstərməsi 
xəstəxana bazası idarəsi və Mülki müdafiənin qərargahının əsas vəzifələrindən 
biridir. Xəstəxana bazasının müalicə müəssələrinin açılması üçün təkcə kənd 
rayonlarının deyil,eyni zamanda köçürülən iri şəhərlərin müalicə-profilaktika 
müssisələrinin qüvvə və vasitələrindən də istifadə edilməlidir.Xəstəxana bazası
idarəsinin rəisi işlərə rəhbərlik edir və yuxarı tibb xidməti rəisinə məruzə edir. 
Xəstəxana bazasının ehtiyyat çarpayı fondunun yaradılması üçün ictimai bina, 
sanatoriya, istirahət evləri, turist bazaları, klub digər binalardan istifadə 
olunmalıdır. 
Xəstələrə qulluq üçün sanitar drujinalar, tibbi–sanitar hazirlığı olan ümumtəhsil və 
texniki-peşə məktəblərinin şagirdlərindən istifadə olunmalıdır. 
Baş xəstıxana hər bir müalicə təxliyyə istiqamətində yaradılır. 
Baş xəstəxana xəsarətalmışların 1-ci mərhələdən 2-ci mərhələyə rayonlar üzrə 
təxliyyəsini həyata keçirir və bir sıra şöbələrdən ibarətdir: 
1) qəbul –çeşidləmə şöbəsi, 
2) əməliyyat –sarğı şöbəsi. 
3) profillər üzrə müalicə şöbəsi (şokəlehinə anaerob,doğuş və s.) 
Qəbul–çeşidləmə şöbəsində çeşidləmə briqadası yaradılır və tərkibində 1həkim–
cərrah,2 tibb bacısı, 2 qeydiyyatçı,1 dozimetrist, 1-2 sanitar manqa olmalıdır. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin