TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə43/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   39   40   41   42   43   44   45   46   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Kiçik qrupla iş:
fəal təlimin əsas iş forması qrup təlimi iş formasıdır. 
Qrup 3-
6 nəfər 
şagirdin iştirakı ilə formalaşdırılır. Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda 
birləşirlər. Bu prosesdə onların müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə 
yürütmək və birgə fəaliyyət göstərmək bacarıqları inkişaf edir

Kiçik qruplar
l
a iş təlim 
əməkdaşlığı kimi mühüm bir prinsipə əsaslanır.
Fəal dərsdə şagirdlər fəal iştirak edir, birlikdə çalışırlar, qrupun üzvü kimi
onlarda bir
-
birinin müddəa və rəylərini müzakirə etməyə motiv yaranır. Qruplarda iş şagirdləri 


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
43 
tolerantlığa (dözümlülüyə) və nəzakətliliyə alışdırır. Qruplarda işin şagirdlər üçün faydası 
aşağıdakılardır:

İstedadlı şagirdlər bütün sinfin diqqətini cəlb etmədən öz qabiliyyətlərini 
göstərirlər (yeniyetmələr çox vaxt öz qabiliyyətlərini nümayiş etdirməyə çəkinirlər, 
yaşıdlarının onları “müəllimin gülməşəkəri” adlandıracaqlarından ehtiyatlanırlar); 

Passiv şagirdlər öz bacarıqlarını açıqlamağa məcbur olurlar (qrup
l
a iş onlarda 
məsuliyyət hissi doğurur); 

Şagirdlər az vaxt ərzində müəyyən ideyalar söyləməyi, bu və ya başqa mücərrəd 
ideyaya öz şəxsi təcrübəsi baxımından yanaşmağı öyrənirlər. 
Şagirdləri qruplara bölərkən hər birində 4
-
6 nəfərdən çox olmamaqla 4
-
6 qrup 
yaradıl
ma
sı müsbət nəticə verir. Qrupların çoxluğu işin nəticələrinin təqdimatı üçün zəruri 
olan vaxtı uzadır, qrupda şagirdlərin sayının çoxluğu isə onlardan hər birinin qrupun işində 
fəal idrakını məhdudlaşdırır. Qrupun tərkibi çox vaxt müəllim tərəfindən müəyyənləşdirilir. 
Şagirdlərin bölgüsünü əvvəlcədən planlaşdırmaq lazım
gəlir. Qrup işində qrupun tərkibi hər 
cəhətdən müxtəlif olur. Dostları ayırmaq yaxşı olar. “Yaxşı” və “pis” qrupların yaranmasına 
yol verilmir. 
Qrup
ların tərkibinin
tez
-
tez dəyişdirilməsi faydalıdır.
Şagirdlərin daim eyni 
tərkibdə işləməsi arzuolunmazdır. Qruplarda bölgü üsulları maraqlı və cəlbedici olmalıdır.
Kiçik qruplarda iş üsulu üzrə dərsi planlaşdırarkən, dərsə hazırlaşarkən şagirdlərin 
potensial imkanları nəzərə alınır. Şagirdlərin yiyələnməli olduğu bilik, bacarıq və dəyərlər 
əvvəlcədən müəyyən edilir. Dərs üçün paylama materialları, iş vərəqləri hazırlanı
r
, sinif 
otağında əvvəlcədən öyrədici mühit təşkil olunur. Tapşırıqlar dəqiqləşdirilir,
şagi
rd
lərin 
di
qqəti mövzuya
yönəldilir. Şagirdlərin yaş xüsusiyyətləri, potensial imkanları əsasında 
uyğun forma, üsul, vəsaitlər seçilir, öyrədici mühit yaradılır.
Qrupun gördüyü işə dair hesabat forması
olan təqdimat iştirakçılardan biri tərəfindən 
həyata keçirilir. Lideri müəllim
və ya qrup üzvləri seçə bilərlər.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin