Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
98
2.2. Nizam
-
intizam qaydalarının mahiyyətini izah edir
2.2.1. Nizam
-
intizam qaydaları
İnsanların əməyə, təbiətə, ictimai mülkiyyətə, başqa adamlara, şəxsi və ictimai borca
münasibətlərini
tənzim edən, yerinə yetirilməsi zəruri sayılan qaydalar toplusu intizam
sayılır.
İntizam anlayışına böyüklərə hörmət, ehtiram xalqımızın mühafizə edib saxladığı ən
gözəl keyfiyyətlər daxildir. Böyüyə hörmətdə qəribə bir təkrarlıq görünür.
Bö
yükdən qayğı
və hörmət görən
uşaq böyüklərə hörmət edə
-
edə özü də böyüyür,
onun özünə kiçiklər
hörmət edir. Beləliklə, nəsillər arasında sıx əlaqə
-
böyüyə hörmət, kiçiklərə qayğı göstərmək
əlaqəsi toxunulmaz əxlaqi
-
etik qanun kimi fəaliyyət göstərir. Deməli,
böyüklərə hörmətin
meyarı qayğıdır, ehtiramdır. Buna görə də ailədə tərbiyə alan övladın ən böyük dövləti ata
və anasının, müəlliminin və ustadının ehtiramını saxlamaq, qocalara, böyüklərə, qadınlara
hörmət etməkdən ibarətdir. İntizamlı insan böyüyə, ata, anaya hörmət və məhəbbət hissi ilə
yanaşır. Ata və anaya hörmət, məhəbbət təkcə fərdi, ailəvi səciyyə daşımır. Bu hörmət və
məhəbbət inkişaf edərək Vətənə, xalqa məhəbbətə, hörmətə çevrilir.
İntizam, tərbiyə, insanın bəzəyidir. İnsan şüurlu məxluq olduğu üçün onun bütün
fəaliyyəti, davranışı şüurla tənzim olunur. Buna görə də ilk növbədə
şüura təsir göstərmək,
onda əxlaqi təsəvvürlər, inam, əqidə formalaşdırmaq lazım gəlir.
Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana əxlaqi normaları izah etməklə
yanaşı, onun bu normalara uyğun davranması, müsbət adətlərə yiyələnməsi də vacibdir.
Tərbiyə keyfiyyətlərinin böyük qismi adətlərlə bağlıdır. Məsələn, intizam, mədəni davranış,
səhiyyə
-
gigiyenik vərdişlər, həyati tələbat
və bacarıqlar adət nəticəsində formalaşır. Böyük
yaşlarda şüura təsir göstərmək imkanı məhdud olan dövrdə tərbiyə işində adətlər böyük rol
oynayır.
Deməli, tərbiyə işində insanın iradəsini möhkəmlətmək,
onda müsbət adətlər
yaratmaq və bu yolla düzgün davranış təcrübəsi formalaşdırmaq zəruridir. Tərbiyə
metodlarının müəyyən qrupu məhz bu məqsədə xidmət edir.
Müəllim tərəfindən
“Davranış qaydaları” şagirdlərə öyrədilərkən onların psixologiyası
nəzərə alınmaqla müşahidə və fəallığın dialektik vəhdət təşkil etməsinə nail olmalıdır.
Çünki, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi elə məktəb
dövründə sadəlikdən mürəkkəbə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir.
Elm
-
təhsil ocağı olan məktəb kiçik bir cəmiyyətdir. Sinif
isə müqayisədə ondan bir
qədər də kiçikdir.
Siniflər məktəbi əmələ gətirir. Bir anlığa təsəvvür edək ki, təxminən 600
şagirdin təhsil aldığı məktəbdə heç bir davranış qaydası yoxdur. O zaman hansı mənzərə ilə
rastlaşarıq? Əlbəttə ki, özbaşınalıq yaranar. Buna görə də sinif və məktəb üçün davranış
qaydaları tərtib olunmuşdur.
Həmin Qaydalar əsasən I
-
IV siniflər, V
-
VIII
siniflər və IX
-
XI
siniflər üçün ayrılıqda tərtib olunur.
Məlumdur ki, I
-
IV sinif şagirdləri hələ çox kiçikdirlər. Onlardan çox şey tələb etmək
mümkün deyil. I sinfə yenicə
qəbul olunmuş uşaq məktəblə, onun xüsusiyyətləri və
yoldaşları ilə tanış olur. Onlar çox vaxt darıxır, evə getməyə tələsirlər.
Getdikcə məktəbə
alışan uşaqlar daxili nizam
-
intizam qaydalarını öyrənir və ona əməl edirlər.