Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 102
Məktəbə davamiyyət qaydalarına aiddir:
•
Valideynlərə (qanuni nümayəndələrə, onları əvəz edən şəxslərə) səhər
-
səhər,
birinci dərs başlayandan əvvəl, həmçinin dərs prosesini pozmamaq üçün dərs
zamanı məktəbə gəlmək tövsiyə edilmir;
•
Məktəbə gələnlərə yanlarında şəxsiyyəti təsdiq edən sənədin olması və onu
mühafizəçiyə təqdim etməsi tövsiyə olunur;
•
Məktəbdə bütün gələnlərin yazılı uçotu aparılır, onların adları, soyadları, atalarının
adları, onların gəlmə və getmə vaxtı qeyd edilir;
•
Məktəbin məsul vəzifəli şəxsləri, müəllimlər valideyn iclaslarının, valideynlərlə
görüşün keçirilməsinin yeri və vaxtı haqqında mühafizəçiləri xəbərdar etməlidirlər;
•
Məktəbə gələnlərə məktəbə iri qabaritli əşyalarla keçməyə icazə verilmir, onlarbelə
əşyalarımühafizə otağında qoya bilərlər. Mühafizəçiyə onlara baxmağa icazə verilir;
•
Məktəbə müəyyən edilməmiş (əvvəlcədən razılaşdırılmamış) vaxtda gələn zaman
mühafizəçi gələnin şəxsiyyətini və gəlmə məqsədini araşdırır, onu məktəbə ancaq
növbətçi müəllimin və ya direktorun icazəsi ilə buraxır;
•
Məktəbəgələn adamların özlərinin adlarını və gəlmə məqsədlərini deməkdən imtina
etdikləri halda, onların içəri keçməsi qadağandır;
•
Dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının nümayəndələri, digər
səlahiyyətli şəxslər vəsiqələrini təqdim edəndən sonra məktəbə keçirlər;
•
Məktəbin binasına gələnlərin buraxılması (keçməsi) ilə bağlı mübahisəli
vəziyyətlərin yaranması zamanı mühafizəçi növbətçi müəllimə və ya direktora
bildirməklə, təlimata uyğun hərəkət edir.
Sinif davranış qaydalarını şagirdlərin sinif rəhbəri ilə birlikdə
tərtib etməsi çox
faydalıdır. Onu aşağıdakı kimi hazırlamaq olar:
Məşğələlərdə qaydalar:
1.
Biri-
birinə hörmət etmək;
2.
Diqqətlə qulaq asmaq, danışanın sözünü kəsməmək;
3.
Növbə ilə danışmaq;
4.
Vaxta qənaət etmək;
5.
Qısa və konkret olmaq;
6.
Mövzudan kənara çıxmamaq;
7.
Fəaliyyətə vaxtında başlayıb, vaxtında bitirmək;
8.
Bir-
birinə dəstək olmaq;
9.
Fikrini aydın izah etmək;
10.
Şəxsi təcrübəyə əsaslanmaq;
11.
Tənqid və təhqir etməmək;
12.
Digərlərinin fikirlərinə ciddi yanaşmaq;