Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə104/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   100   101   102   103   104   105   106   107   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Əkinlərə qulluq
. Əkinə qulluq dedikdə bitkilərin qidalanması üçün tam şəraitin yaradılması, 
yaz malalaması, əkinin xəstəliklərdən, zərərvericilərdən, alaqlardan və bitkinin yatmasından 
qorunması anlaşılır. Səpin zamanı tam oturmamış (yatmamış) nəmliyi yaxud yumşaqlığı kifayət 
qədər olmayan torpaqlarda halqalı-dişli (KKN-2,8) vərdənə ilə tapdalanmanın aparılması zəruridir.
Səpindən sonra tarlanın tapdalanması toxumun torpaqla daha yaxşı əlaqədə olmasına, bərabər 
cücərtilər alınmasına, kök sisteminin daha güclü inkişaf etməsinə və bitkinin şaxtaya və 
qışadavamlılığının artmasına səbəb olur. Bütün bunlar nəticə etibarı ilə dən məhsuldarlığını artırır. 
Lakin zəif strukturlu, hədsiz kipləşmiş ağır torpaqlarda səpindən sonra tapdalanmanın aparılması 
məsləhət görülmür. Dəmyə şəraitdə qranulometrik tərkibi yüngül olan torpaqlarda səpindən sonra 
vərdənə çəkilir ki, toxumlar torpağa sıxılıb nəmliklə daha yaxşı təmin edilsin. Suvarılan bölgələrdə 
yüngül qranulometrik tərkibli torpaqlarda səpindən sonra şırımla suvarılır. 
Birillik və çoxillik alaqlarla zibillənmiş sahələrdə səpindən sonra tarla hektara 0,25-0,30 kq 
80%-li simazin herbisidi ilə işlənilir. 
Payızlıq çovdara nisbətən payızlıq buğda əkinləri yazda yavaş-yavaş inkişaf etdiyindən alaq 
basma şiddətlənir. Alaqları məhv etmək məqsədilə zibillənmə səviyyəsindən asılı olaraq (zəif, orta 
və güclü) kimyəvi mübarizə üsulu aparılır. Onların tətbiq olunmasının ən yaxşı müddəti yaz 


118 
kollanması dövrüdür. Yatmış taxılların yığımı zamanı təkcə məhsul itkisi artmır, lakin kombaynın 
işinin səmərəsi aşağı enir. 
Payızlıq buğda əkinlərinin yatmasının qarşısını almaq üçün, xüsusən yüksək gövdəli sortlarda 
retardantların (boy tənzimləyənlər) tətbiqi məsləhət görülür.
Yüksək azot gübrəsi dozaları verildikdə və nəmlik artıq olduqda payızlıq buğda tez-tez yatır. 
Yatmanın hesabına məhsul itkisi 10-15% təşkil edir, bundan əlavə, dənin keyfiyyəti kəskin aşağı 
düşür.
 
Bitkilərin yemləndirilməsi yarpaq və bitki diaqnostikası, həmçinin əsas elementlərin 
çatışmamasının xarici əlamətlərinə görə təyin edilir.
Azot çatmadıqda böyümə ləngiyir, yarpaqlar saralır, quruyur, gövdə qırmızı rəng alır.
Fosfor çatmadıqda yarpaq göyümtül-yaşıl rəng alır, tədricən tünd qırmızı rəngə çevrilir
maddələr mübadiləsi pozulur.
Kalium çatışmadıqda yarpaq bozumtul-yaşıl rəng alır. Yarpaqlar ucdan və kənarlardan 
quruyur.
Qış dövrü bitkilər orqanizmlərini saxlamaq üçün ehtiyat qida maddələrinin çoxunu sərf 
etdiklərindən yaza zəifləmiş halda çıxırlar. Ona görə də ilk yazda (fevral, mart ayları) sahəyə 
çıxmaq mümkün olan kimi payızlıq taxıl bitkilərinin əkinlərinə yemləmə gübrələri vermək lazımdır. 
Əlavə yemləmədə bitkilərə ammonium şorası və superfosfat verilməlidir. Superfosfatın hər hektara 
verilmə norması torpaqda bitki tərəfindən istifadə edilən fosforun miqdarından asılıdır. Əgər 
payızda şum altına və ya yemləmə şəklində fosfor gübrələri verilməyibsə erkən yazda hektara 2-3 
sentner hesabı ilə superfosfat vermək lazımdır. Superfosfatla birgə və ya ayrıca hektara 1,5-2 
sentner ammonium şorası da verilməlidir. Yemləndirmə apararkən gübrənin bitkinin yaşıl hissəsinə 
düşməsinin qarşısı alınmalıdır. Çünki ammonium şorası yarpağa düşdükdə onu yandırır. Qabaqcıl 
təsərrüfatlar payızlıq buğda bitkilərinə yazda iki dəfə yemləmə gübrələri verirlər. İkinci yemləmədə 
boruyaçıxma fazasında (aprelin əvvəlində) hektara 2-3 sentner hesabı ilə ammonium şorası verilir. 
Bu tədbir sünbüllərin artmasına və dənlərin keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Aparılmış 
təcrübələrlə müəyyən edilmişdir ki, payızlıq taxıl bitkilərinin sünbülləmə və dəndolma fazasında 30 
kq karbamidlə (6%-li, 500 l/ha) əlavə kökdənkənar yemləndirilməsi (çiləmə yolu ilə) onların 
məhsuldarlığını artırır və dənlərinin keyfiyyətini yaxşılaşdırır.
Alaqlardan – unluca, xardal, quduzotu, çobançantası, yabanı turp, qızıl pencər, turşəng, lalə, 
qaymaqçiçəyi və s. qarşı hektara 
2,4- D
herbisidi 40%-li amin duzu 1,5-2,5 kq hesabı ilə və ya 10-
12 kq/ha 2,4 D-nin butil efiri çilədikdə yüksək (80-90%) effekt alınır.
Çoxillik alaqlardan – tarla qanqalı, çəhrayı qanqal, sarmaşıq, kəhrə, dəvədabanı, zəncirotu, 
bağayarpağı və s. qarşı 30%-li 
lontrelinin
sulu məhlulu (0,16-0,66 litr/ha) çox faydalıdır.
Alaqlarla mübarizə aparmadıqda məhsul ən azı 5-7%, güclü alaqlanmış sahələrdə isə 25-30% 
azalır. Payızlıq buğdanın məhsuluna xəstəliklər və zərərvericilər də çox ziyan vurur. Bunun üçün 
əkinlərin insektisidlər və fungisidlərlə işlənilməsi zəruridir. 
Azərbaycan şəraitində buğdaya qonur, xətli, sarı pas xəstəlikləri, kök çürümələri, septorioz, 
helmintosporioz, bərk və toz sürmələr, unlu şeh xəstəlikləri ziyan vurur.
Qonur, sarı pas və unlu şehə qarşı yarpaqların zədələnmə dərəcəsi orta hesabla 1%, gövdə 
pasına qarşı 0,1%, bitkinin septoriozla zədələnməsi 5% olduqda xəstəliklərə qarşı əkinlərin 
işlənilməsi zərərin iqtisadi həddini nəzərə almaqla aparılır. 
Bu xəstəliklərə qarşı hazırda 
tilt, bayleton, plantavaks, polikarbasin, topsin, benlat (fundazol) 
adlanan preparatlardan istifadə etmək olar.
Taxılın kollanma fazasının sonunda hektara 0,5-1 kq tilt preparatı (25%-li qatı emulsiya) 
verildikdə 1,5 ay müddətində bütün xəstəlikləri məhv edir.
Bayleton (25% islanan toz) hektara 0,5-1 kq preparat verilə bilər və tilt kimi bütün xəstəlikləri 
məhv edir. Kimyəvi maddələrin işlədilməsi yığıma 20 gün qalmış dayandırılmalıdır.
Taxıl əkinlərinə bir sıra ixtisaslaşmış həşəratlar çox ziyan vurur. Payızlıq taxıllara haf və 
sümürtgən böcəkləri, taxıl gövdə birəsi, ziyankar bağacıq, taxıl milçəkləri, adi taxıl sovkası, taxıl 
mənənəsi, buğda tripsi, taxıl mişarçısı, müxtəlif bitkilərlə qidalanan məftil qurdları, payızlıq əkin 


119 
sovkası, sisək, çəyirtkə və başqaları çox ziyan vurur. Bunlardan başqa buğda nematodları, 
siçanabənzər gəmiricilər məhsuldarlığı 15-20% və daha çox aşağı salır. Cücərtilər alınan zaman 
taxıl hafının sürfələri 1 m
2
-də 1-5 və kollanma fazasında 1,5-2,0; çiçəkləmə dövründə və dən 
formalaşanda taxıl sümürgən böcəyi 1 m
2
-də 3-5 və süd yetişkənlik fazasında 6-8; kollanma və 
boruya çıxma dövründə taxıl mişarçısı 1 m
2
-də 40-50 mövcud olduqda əkinlərin işlənilməsi həyata 
keçirilir. Bu zərərvericilərə qarşı ən yaxşı nəticə 30%-li vofatoksdan hektara 0,7-1,4 kq preparat, 
40%-li metafosdan 0,5-1 kq preparat işlətdikdə alınır və buğda zərərvericilərinin əksəriyyətini 80-
86% həddində məhv edir.
Payızlıq buğdadan yüksək və keyfiyyətli məhsul almaq üçün cücərtilər əmələ gəldikdən dənin 
süd yetişmə fazasına qədər torpaq nəmliyi torpağın tam tarla rütubət tutumunun 60-70% həddində 
olmalıdır. Bunun üçün də respublikanın ayrı-ayrı zonalarının suvarılan torpaqlarında torpaq-iqlim 
şəraitindən asılı olaraq payızlıq buğda 3-4 dəfə suvarılır. Adətən birinci suvarma kollanmanın sonu, 
boruyaçıxmanın əvvəlində (mart ayının 15 - 20-nə kimi), ikinci suvarma gövdələmə fazasında 
(aprelin 20-nə kimi), üçüncü suvarma çiçəkləmə fazasının əvvəlində (mayın 10 - 15-nə kimi) və 
dördüncü suvarma dən dolmağa başladıqda (mayın axırı – iyunun əvvəli) aparılmalıdır.
Hər suda hektara zolaq üsulunda 1000-1100 m
3
, şırım üsulunda suvarmada 800-900 m
3
və 
süni yağış yağdırma üsulunda hektara 400-500 m
3
su verilməlidir.
Ən mütərəqqi suvarma üsulu şırımla və süni yağış yağdırma hesab edilir.
Adətən vegetasiya suvarmalarına erkən yazdan başlayırlar. Bir qayda olaraq yazda sahəyə 
mineral azot gübrəsilə yemləmə verilməli, sahə malalanmalı və sonra suvarılmalıdır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin