Təsirlənən (qıcıqlanan) tip- təmasa az həvəsliliyə, mübahisələrə və söyüşə meyillidirlər.
Ləngiyən tip- orta ünsiyyət, öyüd-nəsihət verməyə meyillilik, azdanışan, bəzən həddindən artıq özünə güvənən, qısqanc, şöhrətpərəst, yaxınlarına və işçilərinə ifrat tələblər irəli sürəndir.
Pedant (xırdaşı tip)- münaqişəyə çox az halda girişir, mübahisələrdə passiv mövqe tutur, işdə özünü bürokrat kimi aparır. Səliqəli, ciddi, eyni zamanda konfliktə meyllilik xüsusiyyətlərinə malikdir.
Həyəcanlı tip- ünsiyyəti sevmir, özünə inamsızlıq, qorxaqlıq göstərir, qəmgin əhval-ruhiyyədə olur, az hallarda münaqişəyə girirlər. Dostluğa, özünü tənqidə, işgüzarlığa meyillidirlər.
Emativ tip- seçdiyi çox az insanla ünsiyyətdə olmağı üstün tutur, nadir hallarda mübahisəyə girişir, həddən artıq həssas və ağlağandır.
Nümayişkar tip- ünsiyyətlidir, liderliyə can atır, hakimiyyətə və tərifə çox həvəslidir. İnsanlara yüksək uyğunlaşma qabiliyyətini və bununla birlikdə xudbinlik, ikiüzlülük, lovğalıq, intriqalalra meylini nümayiş etdirir.
Coşğun tip- yüksək ünsiyyətlilik bacarığı, çox danışan (qeybətcil), tez-tez aşiq olmaq onlar üçün xasdır. Onlar alturistdirlər, ürəyi yumşaqdırlar, yaxşı zövqləri var, hisslərində səmimi və aşıqdırlar, hay-küyşüdürlər.
Ekstravert tip- ünsiyyətlidirlər, onların çoxlu dostları var, çox danışandırlar, hər bir məlumatı müzakirə etməyi xoşlayırlar, tez-tez liderliyi başqalarına verirlər, itaət etməyi və kölgədə qalmağı üstün tuturlar, tez təsirə düşürlər, yüngülxasiyyətlidirlər, əyləncələrə, dedi-qodulara meyillidirlər.
İntrovetrt tip- az təmaslıdırlar, qapalıdırlar, xəyalpərvərdirlər, filosofluğa meyllidirlər. Bu insanlar təkliyi sevirlər, prinsipiallıq və təmkinlilik kimi cəzbedici xüsusiyyətlərə malikdirlər. Xoşagəlməz xüsusiyyətləri bunlardır: inadkarlıq, təfəkkürdə lənglik, öz ideyalarını (hətta səhv olsa belə) inadkarcasına müdafiə etmək.
4. Xarakter və şəxsiyyət. Xarakterin tiplərinin mövcud olan bütün konsepsiyalarının çox ciddi bir çatışmamazlığı var. Məsələ ondadır ki, hər bir insan fərddir və heç də həmişə müəyyən bir tipə aid edilməyə bilər. Çox vaxt eyni insanda xarakterin ən müxtəlif əlamətlərin kifayət qədər inişaf etmiş olur. Praktik olaraq, xarakterin tiplərinin bütün təsvirlərində ən müxtəlif cinsli, ən müxtəlif qəbildən olan xüsusiyyətllərinin birləşməsini tapmaq olar. Başqa cür desək, onlarda bütöv şəkildə həm xarakterin, həm də şəxsiyyətin xüsusiyyətləri mövcuddur. Məsələn, şizoidlərin xarakteristikasını verərkən E.Kreçmer formal, yəni davranışın yönümündən asılı olmayan (xarakterin xüsusiyyətləri): ünsiyyətsizlik, təmkinlilik, ciddilik, qorxaqlıq, sentimentallıq kimi xüsusiyyətləri, o biri tərəfdən isə daha məzmunlu, şəxs əsaslı “insanları xoşbəxt etməyə çalışmaq”, “nəzəriyyəbaz prinsiplərə meyl”, “sarsılmayan əqidə möhkəmliyi”, “baxışlarının təmizliyi”, öz ideyaları uğrunda mübarizəyə mətin olaraq çalışmaq və s. kimi xüsusiyyətləri sadalayır.
Psixologiyada şəxsiyyətin xarakterlərinin formalaşması haqqında ümumi nəzəriyyənin işlənib hazırlanması haqqında şox maraqlı və dəyərli təcrübələr var. Buna biz təxminən yüz il bundan öncə yazılmış A.Lazurskinin əsərlərində rast gəlirik. A.Lazurski “endopsixika və ekzopsixika” anlayışlarını təsdiq etmişdir. “Endopsixika” dedikdə o, xarakter, temperament və əqli qabiliyyətlərin də aid edildiyi daxili psixi (psixofizioloji) funksiyaların toplusunu nəzərdə tutur. İnsanın münasibətini-təbiətə, cəmiyyətə, mənəvi dəyərlərə münasibətlərinin cəmini isə o “ekzopsixika”ya aid etməyi təklif edir. İnsanın yetkinliyinin müxtəlif dərəcələrini nəzərdən keçirərək Lazurski onların üç: aşağı, orta, yüksək (ali) səviyyələrə ayırır. Səviyyələr arasında fərqin əsasını o, endopsixikadan ekzopsixikaya keçiddə görür.
Aşağı səviyyənin insanlarını Lazurski aşağıdakı tiplərə bölür: “dərrakəli”, “tez coşan”, “fəal”. Ehtimal ki, burada təsnifat müəyyən şəxslərin necə hərəkət etdikləri və necə yaşadıqlarının əlamətlərinə görə aparılır. Müəllif ali səviyyəyə insanları aparıcı fəaliyyət növlərində iştirakına görə müəyyən edir. ali səviyyəyə aid olan şəxsiyyətlər nəyə əsl meylləri olduqlarını (məsələn, “biliyə”, “gözəlliyə”) tez müəyyən edirlər.
Beləliklə demək olar ki, aşağı səviyyədən ali səviyyəyə keçərkən A.Lazurski insanın xarakter əlamətlərini şəxsiyyətin xüsusiyyətləri ilə əvəz edir.
5. Xarakterin formalaşması. İnsanın xarakteri adətən sosial amillərin təsiri altında formalaşır. Xarakterin formalaşması problemini nəzərdən keçirərkən onun eyni zamanda həm sabit, həm də dəyişkən olması prinsipini tətbiq etmək gərəklidir. Bundan başqa insanın ən vacib xüsusiyyətlərindən biri olan xarakter-sosial tarixi bir kateqoriyadır, ona görə də insanın xarakterinin formalaşmasından danışarkən həmişə sosial şərtlərin təsirini nəzərdə tutmaq gərəklidir. İnsanın xarakterinin formalaşmasına sosial mühitin təsiri hər şeydən öncə müxtəlif ictimai formasiyalarda tipik xarakterlərin müqayisəsi ilə sübut edilir. Kiçik qrupların psixologiyası onun üzvlərinin xarakterlərinin formalaşmasında böyük rol oynayır. Xarakterin formalaşmasına eyni zamanda bioloji şərtlərdə təsir edir. Ancaq, xarakterin formalaşmasına irsi təsirin önəmli roluna istinad edərkən çox ehtiyatlı olmaq gərəklidir.
Xarakterin əlamətlərində cinsi və psixi fərqlərin probleminin həlli üçün bir çox tədqiqatlar aparılmış, hətta kişilik-qadınlığın müəyyənləşdirilməsi üçün xüsusi testlər də işlənib hazırlanmışdır. İnsanın xarakter xüsusiyyətlərində cinsi fərqlər meydana çıxıb. Məsələn, kişilər dasha çox özünə güvənən, aqressiv, inadkar və cəsarətlidirlər, davranış, danışıq və hisslərində daha çox kobuddurlar. Qadınlar isə daha çox həssas, utancaq, xeyirxah və emosionaldırlar.
Xarakterin formalaşmasının bioloji şərtlərindən danışarkən fiziki tərbiyənin böyük önəmini qeyd etmək gərəklidir. Təsadüfi deyildir ki, idmançıların xarakterində iradəlilik xüsusiyyətləri əsas xüsusiyyətlərdən biridir.
Həyat öz müxtəlifliyi ilə tərbiyə edir, ancaq xarakterin formalaşmasının əsas amili ailə və məktəbdi r. Uşaqıarın xarakterinin bir çox qüsurları ailədə düzgün olmayan tərbiyənin nəticəsidir, məsələn, ərköyünlük, inadkarlıq, şıltaqıq və eqoizm yaradır, fiziki cəza isə uşaqları kobud, sərt, bəzən isə qorxaq, yalançı, aciz edir. ancaq heç də həmişə uşaqların xarakterinin qüsurlarını ailə tərbiyəsinin səhv olması ilə izah etmək düzgün olmaz. Bəzən xarakterin yaranmış xüsusiyyətlərini uşaqlar məhəllə və ya məktəb yoldaşlarının və s. təsiri altında qazanırlar.
Məktəblilərinin xarakterinin formalaşdırılması məktəbdə təlim və tərbiyənin əsas vəzifələrindən biridir.
Xarakterin formalaşmasının əsas şərtlərinin siyahısına özünütərbiyəni də əlavə edirlər.
Xarakterin formalaşmasında kompensasiya hadisəsi də böyük rol oynayır. Xarakterin bir əlaməti zəiflədikdə bu çatışmamazlığın əvəzinə başqa əlamət daha yaxşı inkişaf edir.
Xarakterin formalaşması insanın daxili vəziyyətindən də asılıdır. Məsələn, inadkar insanın yenidən tərbiyə edilməsinin çətinliyi onun daha çox bu xüsusiyyətlə mübaizə aparmağa ehtiyac hiss etməməsindən ibarətdir.
Şəxsi nümunə də tərbiyənin və özünütərbiyənin ən güclü vasitəsidir. Fərdi psixoloji şərtlərlə yanaşı təsəvvürün, maraqların canlılığı, öz üzərində işləmək arzusu kimi ümumi psixoloji şərtlər də mövcuddur. İnadkarlıq, özündən razılıq, lovğzlıq kimi xüsusiyyətlər nümunənin təsirinə mane olur.
Dostları ilə paylaş: |