yerin təkinə endirib, Qaruna yoldaş edər. Çünki
təkəbbürün bünövrəsini Qarun qoyub
»
1
.
Bir hədisdə nəql olunur ki, Həzrət (s) yoldan
keçərkən, adamların bir dəlinin başına toplandığını
gördü və buyurdu: «
Əsl dəli, təkəbbürlə yol yeriyən
insandır
».
Sual 149:
Susmaq nə vaxt qızıl deyil?
Cavab:
El arasında «danışmaq gümüşdürsə, susmaq
qızıldır» məsəli, İslam dinində
sükuta verilən dəyəri bir
daha təsdiq edir. İmam Sadiq (ə) buyurur: «
Sükut,
düşüncə rahatlığının əsasıdır
». İmam Əli ibni Musa ər-
Riza (ə) isə belə buyurur: «
Elm, helm və sükut, düşüncə
əlamətidir. Sükut hikmət qapılarından biridir
»
2
.
Natiqin çıxış etdiyi məclisdə, müəllimin danışdığı sinif
otağında sakitliyə riayət olunması zərurəti hamı tərəfindən
qəbul olunmuşdur. Məlum məsələdir ki, insan danışa-
danışa dinləmək qabiliyyətindən məhrumdur. Müəllim dərs
gedişində sakit oturmayan şagirdi qaldırır
və soruşur ki,
mən nədən danışırdım? Təbii ki, şagird cavab verə bilmir.
Ətrafda baş verənləri anlamaq üçün sükut zəruri şərtdir.
Bəs insan danışa-danışa düşünə bilərmi? Əlbəttə ki,
yox! Demək, həyat çətinliklərini
ilk əvvəl düşüncə ilə
aradan qaldırmalı olan insan, sükuta möhtacdır!
Amma əgər qızıl ən qiymətli şeydirsə, sükut həmişə
qızıl deyildir.
Özünüz düşünün, bəşəriyyəti ilahi elmlə
zinətləndirən peyğəmbərlər, zalım padşahların zülmünü
ifşa
edən natiqlər, elmin sirlərini övladlarımıza öyrədən
müəllimlər sussaydı, dünya nə vəziyyətə düşərdi?! Bəli,
1
«Səvabul-əmal».
2
«Vəsail», 8-ci cild, səh. 532.
138
zəruri olmayan sözü udub susmaqla bərabər,
həqiqəti
dünyaya izhar etmək də qızıldır!
Dostları ilə paylaş: