Vii fəSİl mikroiQTİsadiyyat və onun təŞKİLİ formalari. Fİrma (MÜƏSSİSƏ), İstehsal xərcləRİ VƏ MƏNFƏƏT


Ev təsərrüfatının funksiyaları və bazar iqtisadiyyatında rolu



Yüklə 126,39 Kb.
səhifə5/15
tarix25.11.2023
ölçüsü126,39 Kb.
#134355
1   2   3   4   5   6   7   8   9   ...   15
İqtisadiyyat 7 fesil (seh 108-133)

7.3. Ev təsərrüfatının funksiyaları və bazar iqtisadiyyatında rolu

Ev təsərrüfatlarının bazar iqtisadiyyatının inkişafında rolu onla­rın əsas funksiyaları ilə müəyyən olunur. Əvvəla, ev təsərrü­fatları zəruri məhsullara olan istehlak tələbinin formalaşdırılması funk­si­­ya­­sını yerinə yetirir. Bu funksiya bazar mexanizminin fəaliyyətinin təmin olunmasının birinci və əsas şərtidir.


Ev təsərrüfatlarının digər vacib funksiyası – insan kapitalının formalaşdırılması və inkişafıdır. Bu zaman əsas fəaliyyət bu kapi­talın yaradılması üçün resursların for­ma­laşdırılması və sahibkarlı­ğın inkişafı ilə bağlı xərclərin əvəzinin ödənilməsinə yönəlir.
Ev təsərrüfatlarının daha bir funksiyası gəlir – əmlak potensia­lı­nın mövcudluğu ilə bağ­lıdır. Burada daşınmaz əmlak, kapital aktivləri, maliyyə aktivləri və digər əmlak on­­ların fəaliyyət azadlığını və seçim imkanlarını təmin edir, onların iqtisadi və sosial ak­­tivliyinə təkan verir və bununla da bazar iqtisadiyyatının dinamik inkişafını şərtləndirir.
Həmçinin, gəlirlərin və əmlakın çoxsaylı ev təsərrüfatları ara­sın­­da bölgüsü onların bazar iqtisadiyyatında rəqabət mübarizə­sində iştirakına zəmin yaradır.
Digər tərəfdən ev təsərrüfatlarının funksiyalarını həyata keçiri­lən fəaliyyətin xarak­terinə görə şəxsi istehsal və iqtisadi qeyri-istehsal funksiyalarına ayırırlar. Birinci funksiya şəxsi həyətyanı tə­sər­rüfatlarla; fərdi-əmək və sahibkarlıq fəaliyyəti ilə; əhaliyə müxtə­lif məişət xidmətinin göstərilməsi ilə; və fərdi-ailə ticarəti ilə bağlı­dır. İkinci funksiya isə ailə lizinqi və qiymətli kağızlarla, valyuta ilə, bank əmanətləri üzrə əməliyyatlarla əlaqələndirilir.
Ev təsərrüfatlarının məcmusu mikroiqtisadi səviyyədə iqtisa­diy­­yatın müstəqil sektoru kimi nəzərdən keçirilir. Burada mikroiqti­sadi təhlil ev təsərrüfatlarının əmək və iqtisadi funksiyalarının, bazar davranışının və bu davranışı müəyyən edən səbəb-nəticə əlaqə­lərinin tədqiqinə, öyrənilməsinə yönəlir. Bu zaman, məhdud­luq, seçim, fərdi tələb, fərdi təklif, xərclər, gəlirlər, qiymətlər, istehlak kimi anlayışlar nəzərdən keçirilir. Bazar iqtisadiyyatı şərai­tində iqtisadi agentlər olaraq ev təsərrüfatlarının davranışının öyrə­nil­­məsi mikroiqtisadi təhlilin əsas obyektinə çevrilir. Həmçinin, ev təsərrüfatlarının əmtəə və xidmətlər bazarlarında qərar qəbulu prosesi və seçimə təsir edən amillərin öyrənilməsi də vacib hesab olunur. Digər tərəfdən isə dövlətin ev təsərrüfatlarına təsirinin tədqiqi də diqqətdən kənarda qalmır.
Ümumiyyətlə, iqtisadi subyektlər məqsəd, maraq və fəaliyyət xüsusiyyətlərinə görə firma və korporasiyalar, dövlət və ev təsərrü­fatları kimi təsnifləşdirilir. Burada ev təsərrüfatları istehlak və istehsal vahidləri kimi nəzərdən keçirilir. Ev təsərrüfatları resurslar, məhsullar və gəlirlərin dövriyyəsində aktiv iştirak edirlər.
Ev təsərrüfatlarının təklifləri istənilən halda xüsusi biznes təş­kilindən fərqlidir, burada görülən bütün işlər üçün pul ödənilmir.
Müasir iqtisadi şəraitdə ev təsərrüfatının fəaliyyəti pul müna­si­bətləri olmadan mümkün deyil. Deməli, ev təsərrüfatı səviyyə­sində maliyyə münasibətlərinin meydana gəlməsi üçün real baza var. Lakin bütün pul münasibətləri pul dövriyyəsi münasibətləri demək deyil. Bunlara pulun dəyər ölçüsü funksiyası daşıdığı hallar və mübadilə münasibətlərini (Ə-P-Ə) aid etmək olar ki, burada ev təsərrüfatı iştirak edə bilər. Maliyyə münasibətləri isə pul vəsaiti fondlarının yaranması və bölgüsü zamanı meydana çıxan pul münasibətləridir.
Ev təsərrüfatının fəaliyyəti bazar subyektləri ilə maliyyə müna­si­bətləri (xarici əlaqə) olmadan mümkün deyil.



Yüklə 126,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin