Vii fəSİl mikroiQTİsadiyyat və onun təŞKİLİ formalari. Fİrma (MÜƏSSİSƏ), İstehsal xərcləRİ VƏ MƏNFƏƏT



Yüklə 126,39 Kb.
səhifə15/15
tarix25.11.2023
ölçüsü126,39 Kb.
#134355
1   ...   7   8   9   10   11   12   13   14   15
İqtisadiyyat 7 fesil (seh 108-133)

Ümumi (balans) mənfəəti - firmanın əldə etdiyi bütün mənfəətlərinin cəmidir.

  • Məhsulun reallaşdırılmasından mənfəət – məhsulun real­laşdırılmasından əldə edilmiş gəlirlə məhsulun istehsal xərcləri (əlavə dəyər vergisiz və aksizlərsiz) arasındakı fərq kimi meydana çıxır.

  • Reallaşdırılmamış əməliyyatlardan mənfəət. Bu firmanın satışdan kənar yol­larla əldə etdiyi mənfəətdir. Buraya 1) baş­qa firmaların fəaliyyətində payçı kimi iş­tirakdan; 2) əm­lakın icarəyə verilməsindən; 3) firmaya məxsus səhmlər­dən, is­tiq­raz­lardan və digər qiymətli kağızlardan əldə olunan gəlirlərdən; 4) məhsulun istehsalı və real­laş­dı­­rılması ilə bağlı olmayan gəlirlər; məsələn, sanksiyalara görə ödəmələr və s. daxildir.

  • Xalis mənfəət – ümumi mənfəətdən vergilər və digər məc­buri ödəmələr çıxıldıqdan sonra yaranır, yəni yerdə qalanı­dır. Hər bir təsərrüfatçı subyekt xalis mənfəətdən istifadə qaydalarını özü müəyyən edir.

    Firmanın məsrəflərinin effektivliyini rentabellik göstəricisi ilə müəyyən edir­­lər. Ümumi şəkildə rentabellik mənfəətin birdəfəlik və cari məsrəflərə nisbəti kimi müəyyən edilir.
    İstehsalın rentabelliyiMəhsulun rentabelliyi anlayışları fərqləndirilir. İstehsalın rentabelliyi – firmanın vəsaitindən nə dərə­cədə səmərəli istifadə edil­di­yi­ni göstərir və illik mənfəətin əsas fondların orta illik dəyəri və dövriyyə vəsait­lərinin məbləği cəminin faizlə nisbətinə bərabərdir.
    Məhsulun rentabelliyi – cari məsrəflərin nə dərəcədə səmə­rəli olduğunu göstərir. Məhsulun rentabelliyi əmtəəlik məhsulun reallaşdırılmasından alınmış mənfəətin məhsul istehsalına çəkilən xərclərə nisbəti ilə müəyyən edilir.



    Yüklə 126,39 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   7   8   9   10   11   12   13   14   15




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin