Vii fəSİl mikroiQTİsadiyyat və onun təŞKİLİ formalari. Fİrma (MÜƏSSİSƏ), İstehsal xərcləRİ VƏ MƏNFƏƏT


Firmaların təşkilinin mürəkkəb forması korporasiyadır



Yüklə 126,39 Kb.
səhifə8/15
tarix25.11.2023
ölçüsü126,39 Kb.
#134355
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
İqtisadiyyat 7 fesil (seh 108-133)

Firmaların təşkilinin mürəkkəb forması korporasiyadır. ABŞ firmalarının yalnız 19 %-i korporasiyadır. Ancaq onların illik dövriy­yəsi 89 %-dir. Bu cür firmaların illik dövriyyəsi orta hesabla 2,1 mln.dollardır.
Korporasiya özü mürəkkəb təşkilati struktura malikdir və işti­rakçıların sayı min­lərlədir. Korporasiyalar bizim tanıdığımız səhm­dar cəmiyyətləridir. Onun ni­zam­na­mə kapitalı müxtəlif firma­ların və vətəndaşların iştirak payının cəmindən ibarətdir. Səhm­dar cə­miy­yətinin iştirakçıları aldıqları səhmə görə gəlirin bölgüsündə iştirak edir və dividend alır. Ən çox səhmi olan şəxs nəzarət pake­tinə sahib olur (50 + 1). Səhm­darların ümumi yığıncağı cəmiy­yə­tin idarəedici rəhbərlərini seçir.
Korporasiyanın bir çox üstünlükləri vardır:

  • daha çox vəsait toplaya bilir;

  • iştirakçıların firmanın öhdəlikləri üçün məsuliyyəti azdır;

  • geniş bazarlarda fəaliyyət imkanına malikdir;

  • dövlət hakimiyyətində öz maraqları üçün istifadə etmək imkanı və s.

Təşkilati-hüquqi formalarına firmaları daha konkret bu şəkildə göstərmək olar:

  • xüsusi;

  • şərikli,

  • şərikli və payçı,

  • payçı;

  • məhdud məsuliyyətli;

  • səhmdar;

  • qarıçıq;

  • dövlət və s.

7.5. Firmanın istehsal xərcləri

İstehsalçı firma istehsal etdiyi hər bir məhsula və xidmətə müəy­yən qədər xərc çəkir. Məhsullar və xidmətlər əmtəə kimi isteh­sal edildiyindən onların satışı ilə bağlı zəruri olan xərclər də çəkilir. Əmtəə və xidmətlərin istehsalı və satışı ilə bağlı çəkilən xərc­lər firmanın istehsal xərcləri adlanır.


İqtisadi nəzəriyyədə istehsal xərcləri kateqoriyasına daim diq­qət yetirilmişdir. Klassik iqtisadi nəzəriyyə məktəbinin nüma­yən­də­ləri A.Smit və D.Rikardo istehsal xərclərinə istehsal qiyməti kimi bax­mış­lar. R.Torrens, C.Mill, C.Mak-Kullox kimi ingilis alim­ləri isteh­sal xərclərini “yığılmış əmək xərcləri” kimi səciy­yə­lən­dirmişlər. Avstriya iqtisadi məktəbinin nüma­yəndəsi F.Vizer öz subyektiv nəzəriyyəsində istehsal xərclərini ən yüksək faydalılıqla əlaqələn­dir­mişdir. Marksist mövqedə dayanmış iqtisadçılar istehsal xərclə­rini əmək-dəyər nəzə­riy­yəsi baxımından izah edərək, onu məhsul istehsalına sərf olunmuş canlı və maddiləşmiş əməyin cəmi, toplusu kimi qiymətləndirmişlər. A.Marşall istehsal xərclərini müəy­yənləşdi­rər­kən həm obyektiv, həm də subyektiv cə­hətləri birləşdirməyə çalışaraq, bunu “fəhlələrin zəhmətinə və kapitalistlərin imtinasına, riskinə əsaslanan iqtisadi bir an­layış kimi” qiymətləndirmişdir.
İqtisadi nöqteyi nəzərdən istehsal xərcləri sərf olunmuş bütün material və xidmətlərin dəyərindən ibarətdir. Çəkilən xərclər qiy­mət­lərdə öz əksini tapır və qiymətlər vasitəsilə reallaşaraq ödənilir. Qiymətlərin səviyyəsi çəkilən xərclərin az və ya çox olduğunu müəy­yən etməyə imkan verir. Çəkilən xərclər iki üsulla qiymətlən­dirilir:

  1. Mühasibat üsulu;

  2. İqtisadi üsul.


Yüklə 126,39 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin