Vii fəSİl mikroiQTİsadiyyat və onun təŞKİLİ formalari. Fİrma (MÜƏSSİSƏ), İstehsal xərcləRİ VƏ MƏNFƏƏT



Yüklə 126,39 Kb.
səhifə9/15
tarix25.11.2023
ölçüsü126,39 Kb.
#134355
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
İqtisadiyyat 7 fesil (seh 108-133)

Mühasibat üsulu – bütün resursların pulla alınmasına sərf edi­lən məsrəflər uçota alınır (xammal, materiallar, əməyin ödənilməsi və s.).
İqtisadi üsul – “görünməyən” məsrəflər (bankda borca görə alınan faizlər və s.).
Quruluşuna görə istehsal xərcləri - daxili xa­ri­ci xərclərə ayrılır.
Daxili xərclər dedikdə, sahibkarın müəssisəyə, şir­kə­tə, firma­ya, müəyyən bir xidmət sahəsinə sərf etdiyi vəsait (kapital), çəkdiyi xərclər başa düşülür. Hər hansı bir istehsal-xidmət dairəsinə məx­sus iqtisadi ehtiyatlardan (mə­sələn binadan, içərisindəki avadanlıq­dan) və eyni za­manda sahibkarın öz əməyindən, onun bacarığın­dan is­ti­fadə olunur. İstehsalda istifadə edilmiş bu ehtiyatlar da istehsal xərclərinə aid edilir. Çünki sahibkar bunları başqa şəkildə tətbiq edərək, yaxud öz vəsaitini bankda əmanət kimi saxlayaraq mənfəət götürə bilərdi. İstehsal prose­sin­də istifadə edilən iqtisadi ehtiyatlar daxili xərclər kimi səciyyələnir.
İstehsal prosesində müəssisənin əmək ehtiyatlarına, xammala, yanacağa, yarımfabrikatlara, enerjiyə, nəqliy­ya­ta, müxtəlif təchizat­lara sərf etdiyi vəsait, kənara çəkilən xərclər olub, xarici xərclər adlanır.
Hər bir firma mümkün məcmu məsrəflərlə maksimum mən­fəət götürməyə çalışır. Məcmu məsrəflərin həcmi isə istehsalın həcmin­dən asılı ola­raq dəyişir. Məcmu məsrəflər (xərclər) iki hissəyə bölünür:

  1. Sabit xərclər (fixed costs – FC);

  2. Dəyişən xərclər (variable costs – VC).

Sabit xərclər buraxılan məhsulun həcmindən asılı deyildir və firma heç nə is­teh­sal etmədiyi halda da mövcuddur. Bu xərclər istehsal olunmuş məhsulun həcmindən asılı olmayaraq dəyişməz qalır. Bu­ra­ya istehsal binasına, maşınlara, avadanlıqlara, icarə haq­qı­na, vergilərə, inzibati işçi heyətinə çəkilən xərclər, reklam xərcləri, kreditə görə faiz və s. da­xil­dir.
Dəyişən xərclər əsasən istehsalın həcminin dəyişməsindən asılıdır və artıb-azala bilər. Dəyişən xərclərə aiddir: xammalın, ma­te­rialın, yanacağın alınması xərcləri, enerji, istehsal işçilərinin əmək haqlarının ödənilməsi və s. Bu xərclər istehsal olunan məh­sulun həcminə proporsional olaraq dəyişir.
İstehsal xərcləri həm də ümumi və orta is­teh­sal xərclərinə ayrılır.

Yüklə 126,39 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin