Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


PERİODONTİT:etiologiya, klinika, müalicə



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə74/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   70   71   72   73   74   75   76   77   ...   162
Elektron diw

 
7. PERİODONTİT:etiologiya, klinika, müalicə  
 
PERİODONTUN XƏSTƏLİKLƏRİ PERİODONTUN ANATOMİK-FİZİOLOJİ 
XÜSUSİYYƏTLƏRİ  
 
Periodont (peri-hanında, odontos-diş) birləşdirici toxumadır, alveolun kompakt 
lövhəsi ilə diş kökü sementi arasında periodontal yarıq (rima periodontalis) adlanan 
sahədə yerləşmişdir. Periodontal yarığın eni alt çənə dişlərində 0,15-0,22 mm, üst 
çənə dişlərində isə 0-0,25 mm-dir. Bundan əlavə, yarığın ölçüsü onun müxtəlif 
sahələrində eyni deyildir. O, yuxarı şöbədə və kök zirvəsində maksimum enə, orta 
şöbələr səviyyəsində isə minimum enə malikdir (kökün bu hissəsi çox az hərəkidir).  
Qeyd etmək lazımdır ki, periodontal yarığın ölçüsü və onunla bərabər həm də 
periodontun qalınlığı dişin inkişafı və funksiyası ilə əlaqədar olaraq, patoloji prosesin 
inkişaf etməsi nəticəsində dəyişilə bilər.  
Periodont (perisement, periodontal membran, kök qişası) dişi sümük alveolda 
saxlaya bağdır və alveollar çıxıntılarla diş sementi arasında uzanan kollagen liflər 
dəstəsindən ibarətdir. Dəstələr arasındakı sahələrdə gövşək birləşdirici toxuma 
təbəqələri vardır; orada qan damarları, limfa damarları və sinirlər yerləşmişdir. 
Kökün zirvə nahiyəsində çoxlu miqdarda gövşək birləşdirici toxuma vardır. 
Periodontda az miqdarda nazik elastik liflərə təsadüf olunur.  


Qalın dəstələr halında (diametri 5-10 mk) olan kollagen liflər bir ucu ilə kökün 
sementinə keçərək onun fibroz strukturlarına, digər ucu ilə alveolun sümük 
toxumasına daxil olur və beləliklə də, dişin etibarlı fiksasiyası təmin edilir. Fibroz 
liflərin dəstələri müxtəlif istiqamətlərdə elə yerləşir ki, diş sanki alveolda “asılmış” 
vəziyyətdə qalır. Fibroz dəstələrin yuvanın sümüyünə daxil olduğu yerlər onların kök 
sementinə daxil olduğu yerlərdən hündürdür. Bu liflər boyun nahiyəsində, demək 
olar ki, üfüqi istiqamət alır, alveolyar arakəsmə zirvəsindən və diş ətindən gələn liflər 
dəstəsi ilə qarışaraq diş boynunu üzük kimi əhatə edən halqavari bağ (lgamentum 
circulare dentis) əmələ gətirir.  
Periodontal yarığın yan şöbələrində kollagen lif dəstələri çəpinə istiqamət alır, həm 
də üst ucları alveola, alt ucları isə sementə birləşir. Bir çox müəlliflər dəstələrin belə 
vəziyyətinə böyük əhəmiyyət verərək hesab edirlər ki, dişin bu cür açılması 
nəticəsində damar-sinir dəstəsi çeynəmə vaxtı basılaq təhlükəsindən qorunur. 
Bundan əlavə, çeynəmə təzyiqi qüvvəsi liflər vasitəsilə alveolun boyunhissəsinə 
örtürülür.  
Kökün zirvə hissəsində fibroz dəstələr radial istiqamətdə gedir. Periodontun zirvə 
şöbəsində kollagen liflərin alveolun dibinə görə şaquli, üst şöbəsində isə üfüqi 
yerləşməsi çeynəmə zamanı dişin yana və şaquli hərəkət imkanlarını məhdudlaşdırır. 
Periodontun xəstəliyi zamanı liflərin dağılması dişin hərəkiliyini xeyli artırır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin