2005-ci il. Yanvarın 29-da İAEA direktoru Əl-Bəradei İranın Nüvə proqramı ilə bağlı kompromisə gəldiklərini bildirir.
Yanvarın 31-də Avropa turnesinə çıxan ABŞ dövlət katibi Kondaliza Rays Amerikanın İranla danışıqlarda Avropa üçlüyünə dəstək verməyə hazır olduğunu dilə gətirir. Bu bəyanat fevralın 22-də prezident Buş tərəfindədn də Brüsseldə keçirdiyi keçirdiyi mətbuat konfransında təkraralanır.
Fevralın 27-də Rusiya və İran Buşəhr AES-də işlədilmiş olan nüvə yanacağının təkrara Rusiyaya qaytarılması barədə saziş imzalayırlar.
Martın 11-də Kondaliza Rays İranın öz Nüvə proqramına son verəcəyi halda bu ölkəyə aviasiya motorları və elektron avadanlıqlar verə biləcəyini, eyni zamanda İranın Beynəlxalq Ticarət Təşkilatına daxil olmasını dəstəkləyəcəyini bildirir.
Aprelin 28-də İsrailə səfər edən Rusiya prezidenti Vladimir Putinrəsmən bildirdi ki, Rusiya İranın nüvə texnologiyasının tam siklinin yaradılmasına qarşıdır və İranın nüvə obyektlərinin İAEA-nin təftişinə açılmasına tərəfdardır.
İyunun 26-da Mahmud Əhmədinejad İran prezidenti oldu və o, İranın nüvə texnologiyalarından imtina etməyəcəyini bəyan etdi.
Avqustun 2-də İngiltərə, Almaniya və Fransanın xarici işlər nazirləri İrana nota təqdim edərək, boldirdilər ki, İranın uranın zənginləşdirilməsinə başlaması danışıqların sona çatması anlamına gələcək.
İran Avropa üçlüyünün təkliflərini qəbul etmir, avqustun 8-də İsfahandakı Nüvə mərkəzinə vurulmuş plombları qoparır və uranın zənginləşdirilməsi işini davam etdirir.
9-10 avqust tarixində İAEA-nin fövqaladə toplantısı keçirilir və İranın 2004-cü il Paris razılaşmasını pozduğu bəyan edilir.
Avqustun 15-də İran İAEA-nin uranın zənginləşdirilməsinə son verilməsi barədə qərarını qulaq ardına vurur.
Sentyabrın 24-də İAEA İran dosyesinin BMT-nin Təhlükəsizlik Şurasına nəql edilə biləcəyi barədə qərar qəbul edir.
Noyabrın 3-də rəsmi Moskva İrana Rusiya ərazisində uranın zənginləşdirilməsi ilə məşğul olacaq ortaq müəssisə yaradılmasını təklif edir. İran təklifin cəlbedici olduğunu bildirsə də, təklifə birmənalı cavab vermir.
Noyabrın 20-də İran parlamenti İran dosyesinin BMT-nin Təhlükəsizlik Şurasına nəql ediləcəyi halda nüvə tədqiqatlarının bərpa edilməsi barədə sənəd qəbul etdi.
Dekabrda dünya mətbuatında İsrailin İrana qarşı müstəqil şəkildə hərbi əməliyyatlara başlaya biləcəyi barədə məqalələr dərc edilməyə başladı.
2006-cı il. Yanvarın 10-da İran İAEA-nı nüvə tədqiqatlarını bərpa etdiyi barədə məlumatlandırdı.
Yanvarın 18-də İsrailin nümayəndə heyəti Moskvaya gəlir. Nümayəndə heyətinə İsrailin Milli Təhlükəsizlik Şurasının sədri Giyora Aylend və Atom Enerjisi Komissiyasının Gideon Frank başçılıq edirlər. Onlar Rusiyanın Xarici İşlər Nazirliyində, Milli Təhlükəsizlik Şurasında və Rosatomda bir sıra görüşlər keçirərək, Rusiyadan Qərbin İrana qarşı genişmiqyaslı sanksiyalarına qoşulmasını tələb edirlər.
Yanvarın 29-da İran İAEA-yə Lavizan-Şiyanda araşdırmalar aparmağa icazə verir. Növbəti gün, ayın 30-da Avropa üçülüyü İranın Ali Təhlükəsizlik Şurasının sədri Cavad Vəhidi ilə danışıqlara başlayır.
Fevralın 1-də Buşəhrə səfər edən prezident Mahmud Əhmədinejad bildirir ki, İran xalqı bundan sonra da dinc atomun mənimsənilməsi istiqamətində hərəkətini davam etdirəcək və bu sahədə öz hüquqlarını qoruyacaqdır.