Klinika. Qurğuşun zəhərlənməsində sinir sistemi, mədə-bağırsaq traktı və qan tərəfindən dəyişiklik yaranır. Qurğuşun orqanizmə həzm və tənəffüs sistemi vasitəsi ilə daxil olur. Bəzən uzun müddət qurğuşunla kontaktda olan insanlarda zəhərlənmə əlamətləri olmaya bilər. Çünki qurğuşun orqan və toxumalarda qeyri-aktiv formada-depo şəklində və 90-95% sümüklərdə toplanır. İnfeksiya, alkoqolizm, qida zəhərlənmələri zamanı depodakı qeyri-aktiv Pm qana kecərək intoksikasiya əlamətləri yaradır.
Yüngül zəhərlənmələr zamanı asteniya, baş ağrıları, baş gicəllənmə, yaddaşın pozulması, ətraflarda ağrılar, tremor əmələ gəlir.
Ağır zəhərlənmələr zamanı daha cox sinir sistemi zədələnir. Hərəkəti polinevrit yaranır, bilək və barmaqların açılması çətinləşir. Tetraparez, hissiyyatın pozulması, sinir boyunca ağrılar yaranır. Ensefalopatiya, nistaqm əlamətləri də ola bilər. Uşaqlarda baş beyinin ödemi, koma, epileptik qıcolmalar və s. təsadüf edilir. Arterial təzyiq yüksəlir, bəzən böyrək çatışmazlığı da olur.
Yüngül zəhərlənmələrdə mədə-bağırsaq trakti pozulur. İştaha itir, evakuasiya sürətlənir. Ağır zəhərlən-mələrdə isə qarında heç bir terapiyaya tabe olmayan tutmaşəkilli ağrılar, qəbizlik, qusma, hərarətin artması, oliquriya, hipertenziya olur. R-müayinədə mədə-bağırsaqda bir tərəfdə atonik, digər tərəfdə spastik əlamətləri olan sahələr müşahidə edilir. Sekretor funksiya pozulur və hipersekresiya yaranır.
Qurğuşun sancıları qana qurğuşunun daxil olması səbəbindən qəfil başlayır. Toksiki təsirdən qurğuşun hepatiti yaranır, qara ciyər böyüyür, sülal, karbohidrat, antitoksik, pigment funksiyası pozulur. Qanda qeyri-düz bilirubin artır, sarılıq əlamətləri müşahidə edilir.
Ürək-damar sisteminin zədələnməsi nəticəsində periferik damarların spastiko-atonik dəyişikliyi dərinin xarakterik qurğuşun avazımasına səbəb olur. Qan təzyiqi artır, obleterasiyaedici arterit və ateroskleroz yaranır. Qurğuşunun ürəyə təsiri toksiki miokarditlə nəticələnir.
Xəstənin dərisi boz calarlı torpaq rəngində olur. Buna səbəb anemiya, damar spazmı və porfirinin dəridə toplanmasıdır. Dişlərdə, xüsusən ön dişlərdə nazik qurğuşun xətləri olur.
Qurğuşun zəhərlənmələrində uşaqlarda orqanizmin reaktivlik xüsusiyyətləri zəifləyir, respirator xəstəliklərə, virus infeksiyalarına, irinli-iltihabi proseslərə qarşı həssaslıq yaranır.
Qanın göstəriciləri. Yüngül zəhərlənmələrdə zəif, ağır zəhərlənmələrdə isə dərin anemiya yaranır. Eritrositlərin miqdarı azalır, yüngül hipoxomiya olur. Hədəfvari hüceyrələr də aşkar edilir. Retikulositlər 3-8%-ə qədər artır, leykosit və EÇS norma həddində olur. Trombositlərin sayı dəyişmir, lakin ağır zəhərlənmələrdə azalır. MCV, MCH azalır. Eritrositlərə bazofil punktasiya və polixromatofiliya xarakterdir. Bazofil qranulalar mitoxondriləri əhatə edən dəyişilmiş RNT-dən ibarətdir.
Sümük iliyində eritrokariositlər artır, osmotik rezistentlik yüksəlir. Zərdabda dəmir artır. Eritrokariositlərdə nüvəni həlqə şəklində əhatə edən coxlu dəmir qranulaları toplanır.
Xarakter əlamətlərdən biri sidikdəδ aminolevulin turşusunun normaya nisbətən on dəfələrlə artmasıdır (40-100 mq/q-norma 0,5-1,5 mq/q). Koproporfirin 5-10 dəfə artır, sidikdə uroporfirin norma həddində olur. Eritrositlərdə sərbəst protoporfirin artır. Digər xarakter əlamətlərdən biri də qanda qurğuşunun miqdarının 0,5-0,6mq/l-dən çox artmasıdır. Sağlam insanlarda 0,05-0,3 mq/l həddindədir.
Müalicə. Əsas məqsəd qurğuşunu toxumalardan müxtəlif kompleksonların köməyi ilə xaric etməkdir. 10%-li Tetasin-kalsi məhlulu gündə 20 ml damcı və ya şırnaq üsulu ilə vena daxilinə vurulur. 3 inyeksiyadan sonra 3-4 gün fasilə verilirvə sonra təkrar olunur. 1-ci və 2-ci 3 günlük müalicədən sonra sidikdə qurğuşun və δ aminolevulin turşusunun miqdarı yoxlanılır. Əgər sidikdə bu maddələrin miqdarı yüksəkdirsə, 3 günlük müalicəni 1 və ya 2 dəfə də təkrar etmək olar. Çox zaman 3 kurs müalicə kifayət edir. Nevroloji əlamətlər zamanı adinozinmonofosfat preparatı (adenil, fosfiden) müsbət təsir göstərir. Per os olaraqbaşqa komplekson (pentasin) da təyin olunur.
Dostları ilə paylaş: |