Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


İnsan psixikasının enerjisi: etnoenergetik potensi­ya mərhələsi



Yüklə 2,29 Mb.
səhifə15/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   11   12   13   14   15   16   17   18   ...   269
4. İnsan psixikasının enerjisi: etnoenergetik potensi­ya mərhələsi.

Bu, şərti sonuncu mərhələdir. Burada məsələnin bütün ma­hiyyəti, o cümlədən araşdırdığımız problemin mahiyyəti təh­­təlşüurdan şüura çevrilən enerjinin təbiəti və çevrilmənin me­xanizmləri ilə bağlıdır. Biz hələlik (və bəlkə də, əbədilik) çev­rilən enerjinin mahiyyətindən danışmayacağıq. Bütün diq­qə­timiz enerjinin ötürülmə mexanizmlərinə yönəldiləcək. Çün­­­ki miflər, əfsanələr, nağıllar, dastanlar və s. təhtəl­şüur­­dan şüura ötürülən enerjinin (etnoenerjinin) emalo­lun­ma, qorunma, yaşadılma və ötürülmə mexanizm­ləri­dir. K.Levi-Stros strukturalizminin bütün konseptual mahiy­yəti məhz bu məqama müncər olunur.

K.Levi-Strosa görə, təbiətin gerçək mahiyyəti qeyri-şüu­ridə, yəni təhtəlşüurda, o da öz növbəsində miflərdə, yuxu simvollarında və s. reallaşır (simvollaşır). Böyük alimin fəl­sə­fi görüşlərini təhlil edən N.A.Butinov yazır: “Deməli, (L.Stro­sa görə – S.R.) iki struktur var: 1) insan ağlının strukturu və 2) fiziki gerçəkliyin strukturu. Levi-Stros bunların arasında bərabərlik işarəsi qoyur: onlar sanki eynidir”11.

“İnsan təbiəti dərk edə bilərmi? Levi-Stros cavab verir ki, olar. Hansı yolla? İnsanı, insan ağlının strukturunu öyrən­mək yolu ilə”12.

“Beləliklə, Levi-Strosa görə, təbiətin idrakının bir yolu var: adamların sözlərini və hərəkətlərini öyrənmək və onlar­dan struktur elementlərinə, şüurdan qeyri-şüuriyə, xüsusi qa­nundan ümumi qanunlara doğru getmək lazımdır. Levi-Stros bu qanunları universal adlandırır: alimin məntiqincə o səbəb­dən ki, həmin universal qanunlarda insan və təbiət inikas olun­­­­muşdur... Beləliklə, strukturalizm, sadəcə olaraq, metod yox, xüsusi dünyagörüşü, xüsusi fəlsəfi sistemdir”13.

Bu cəhətdən Butinovun “strukturalizm” anlayışını etno­qra­fik kontekstdə səciyyələndirməsi məsələni daha da aydın­laş­dırır: “Strukturalizm – bu, strukturu insanın daxilində axta­ran, onu ağlın qeyri-şüuri strukturunda görən bir istiqamət­dir”14.

Beləliklə, ilahi başlanğıc enerjisi təbiətin enerjisinə, o öz növbəsində canlı təbiətin enerjisinə, o da öz növbəsində insan psixikasının enerjisinə – etnoenergetikaya çevrilir.

Məsələyə struktur kontekstində yanaşsaq, ilahi başlan­ğı­cın strukturu – təbiətin strukturunda, təbiətin strukturu – təh­təl­şüurun strukturunda, təhtəlşüurun strukturu – ənənəvi mə­də­niyyətin strukturunda təkrarlanır.

“Ənənəvi mədəniyyət” dedikdə miflər, yuxular, əfsa­nə­lər, nağıllar, dastanlar və s. nəzərdə tutulur.

Buraya qədər bəhs etdiyimiz məsələlər “Azərbaycan das­tanlarında şaman-qəhrəman arxetipi” probleminin nəzəri-metodoloji əsaslarını təşkil edir. Belə ki, Azərbaycan dastan­ları ənənəvi düşüncənin strukturunu inikas edir. Şaman da ey­ni ənənəvi düşüncə strukturuna malik olmuşdur. Bu cəhət­dən şaman qamlamasının strukturunun Azərbaycan dastanlarının poetik strukturunda “təkrarlanması” bunları vahid düşüncə sisteminə aid edir. Demək, istər dastanlarımızın, istərsə də şa­manın düşüncəsinin strukturunun əsasında eyni etnoenergetik sxemlər durur. Tədqiqatda əsas məqsəd dastanların “düşün­cə” strukturu ilə şaman düşüncəsinin strukturu arasında iden­tifikasiya (eyniləşdirmə) modeli qurmaqla bu modelin funk­sional hərəkəti, bu hərəkəti yaradan mexanizmlər, onların qu­ruluşu, işləmə prinsipləri və s. haqqında düşünməkdir.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin