Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə12/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   8   9   10   11   12   13   14   15   ...   92
Tülkünün tövbəsi
Tülkü heyvanatı daha da aldatmaqdan ötrü gedər həccə. Səs düşər kəndlərə ki, filan tülkü həccə gedib, ta əziyyətdən və fırıldaqdan əl çəksin.

Tülkü bir gün aşkara çıxıb belə söyləyir:

─ Getdim həccə, mənə bir dağda köhülün içində vəhy olundu ki, daha bundan sonra heyvan-quş əti yeməyəm. İstiyi­rəm ömrümün qalanını çıxıb gedim bir köhüldə (maqarada) ibadətə məşqul olum. Hər kəs istəyirsə mənə qoşulsun, gəlsin.

Quşlardan çoxu bunun sözünə aldanıb onunla bir yerdə köhülə sarı yola düşürlər. Tülkü köhülün ağzını tutub razı-niya­za məşqul olur. Bir gün-iki gün hamısı dostluqla yaşa­yır­lar. Nə bir quş birinə əziyyət edər, nə də bir-birilərinin çuqul­luqun edir­lər. Tülkü bu heyvanatı aldatmaqdan ötrü neçə gün aclığa dözür. Vəli, axırda aclıq ona zor gəlib, məcbur olur ki, öz əlin oxutsun.

Buna görə də tülkü quşları daha da aldatmaqdan ötrü birdən qulağını göyə tutub belə deyir:

─ Qulaq asın, qulaq asın, Allahdan vəhy olur ki, belə yaşamaq gərək deyil. Hamınız acından ölərsiz.

─ Tülkü qardaş, sən bir nəxşə çək ki, ətrafında olanlara aclıqdan nicat ver.

Tülkü belə deyir:

─ Ay qardaşlar, bu da Allahın vəhyi. Burda birtəhər eləməliyik ki, diri qalaq. Vəillah, hamımız acımızdan ölüb, Allahın əmri ilə cəhənnəmə gedərik.

Tülkü bir neçə quşu aldadıb onlarla himbir olur. Başla­yırlar əvvəl ördəkləri, qazları yeməyə. Bir müddətdən sonra təkcə üç heyvan qalır. Siçan, xoruz, göyərçin. Tülkü bəhanə dalısınca gəzirdi ki, bunları da yesin. Buna görə də günlərin bir günündə üzünü siçana tutub belə deyir:

─ Sən çox haramzadəsən, yerdələnsən, qorxuram yeri dəlib, camaət yanında mənim tövbəmi sındırmağımı aşkara çıxardasan. Və məni beləliklə biabır edəsən.

Ta siçan istəyir ki, ağzını açıb danışsın, tülkü onu bas­mar­layıb, yeyir. Bir neçə gündən sonra xoruzu girə salıb, belə deyir:

─ Sən banlamağınla indiyəcən camaatı oyatmısan, mən hardan bilim ki, dəxi bu işi görməyəcəksən?

Bu bəhanə ilə də xoruzu tutub yavaşca yeyir. İndi tül­küyə qoşulan heyvanlardan təkcə bir göyərçin qalmışdı. Tül­kü çox fikrə gedəndən sonra onu yeməkdən ötrü bir bəha­nə axtarırdı. Axırda belə deyir:

─ Sən indiyəcən xəlqin sirlərini məktub edib, hər ölkəyə yaymısan. İndi mən bu günün axırında necə sənə ina­nım? Mən gərək səni yeyəm, ta sən bu sirri başqa heyvanlara aşkar etməyəsən.

Beləliklə, tülkü onu yeyib, öz ibadətgahı adlandırılan köhülünü tərk edir.



Çarvadar nağılı

Bir kişi çarvadar imiş. Bir dəvəsi və bir eşşəyi ilə kənd­lərə duz daşıyarmış. Bunlar bir müddət işləyəndən sonra kara gəlməz olurlar. Çarvadar bunları bir çəmənə buraxır. Bu dəvə, bu eşşək o qədər yeyərlər ki, gün vurar bellərinə ki qızarlar. Dəvə qızınar, durar long-longla oynamağa. Bu halda görərlər yol qırağından zəng səsi gəlir. Eşşək deyir:

─ Dəvə qardaş, xoş o günlərə ki, biz də yük çəkirdik. Dəvə deyər:

─Yas eləmə, taza dalımız yaxşı olub, qoy dincələk. Eşşək deyər:

─ Dəvə qardaş, özümü saxlaya bilmirəm, anqırmağım gəlir. O da başladı anqırmağa. Bunlar burda, o birisi yolda da çarvadarın yük çəkdiyi eşşək ayaq salıb8 qalıb yolda. Çarva­dar qulaq asdı, gördü eşşək anqırmağı gəlir. Endi aşağı, gördü bir dənə dəvədir, bir dənə eşşək. Dedi:

─ Ay allah, işim nə yaxşı düz gəldi. Bunları apardı yolun üstünə, o eşşək ki yıxılmışdı, onun yükünü açdı, çatdı bu eşşəyə. O eşşək də ki ayaq salmışdı, onu da qoydu dəvənin üstünə. Bala-bala başladı yolunu sürməyə. Bir yerə yetişdilər, eşşək dəvəyə dedi:

─Yoruldum.

Dəvə dedi:

─ Demədim, anqırma.

Olar orda yoruldu, siz də burda şad olun.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin