Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


At, it və gəlin xalq gözündə



Yüklə 2,22 Mb.
səhifə5/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   2   3   4   5   6   7   8   9   ...   92
At, it və gəlin xalq gözündə
Xalq nəzərində at, it və gəlin hər ailənin abrısıdır. Gəlini pis saxlasan xalq gülər ki, gör necə özgə qızından “muğayat” olurlar. Atı arıq saxlasan, deyərlər, at minən deyil, atın qəd­ri­ni nə bilir. İti ac saxlasan, gedər burda – orda sümsünər, xalq deyər: – Yoxsuldurlar, bir dənə iti də saxlaya bilmirlər.
Qayınana və gəlin arasında atmacalar
Qayınana dilindən: Bir siçanım var məkrəbaz

Girər deşiyə, heç çıxmaz.

Molla, sən Allah buna bir dua yaz,

Görək çıxar, ya çıxmaz?


Gəlin dilindən: Sarmısağın, soğanın

Yad qızından olanın.

Yarısı balam balası,

Yarısı ilan balası.

Həyatımız kaşıdır,

Dövri mərmər daşıdır,

Bir qaynanam var mənim

Başı şeytan başıdır.



QARĞIŞLAR
Bir əlin dalında, bir əlin qabağında qalsın (Yəni elə yox­sul olasan ki, paltar tapmayasan geyməyə).

Boynunu xam bezə tutum.

Buğun dodağında qurusun.

Çörək atlı olsun, sən piyadə.

Dilin ağzında qabar çalsın.

Eviyə qara gərmən çəkilsin.

Gedişin olsun, gəlişin olmasın.

Görüm səni balavay-balavay deyəsən.

Xırnıyin dəlinsin.

Kürəyinin ortası qovuşsun.

İyidliyin yerə dəysin.

İyid arxan yerə gəlsin.

Qafil öləsən.

Qanlı köynəyin gəlsin.

Qara xəbərin gəlsin.

Naqafil sancıya gələsən.

Nənəsi səğir (Nənəsi körpə).

Səni görüm xırnək boğsun.

Səni görüm qara ilə göy olasan.

Səsin yer altından gəlsin.

Səsin sallar5 altından gəlsin.

Sözün ağzında qalsın.

Su üzünə güləsən (Xalq inamına görə ölünü axır dəfə yuduqda baxıb gülər).

Torpaq səndən bir qarış uca dursun.

Üzünü bir yuyan görsün, bir götürən.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin