Söylədi: İbrahimxəlilov İsmayıl Baba oğlu.
------------------------------
*Cürmə-cücük – əsil-nəsil
MOLLA CUMANIN ÇARIĞININ OĞURLANMASI
Bi gün məclis qurulubbuş. Məclisdə Baş Gönühdən cavannar bunun çarığını oğruyüfdülər. O vaxı çarıx oluydü də. Duruf çıxanda görüy ki, çarığı yoxdu. O yən, bu yən baxıf, bilifdi ki, hordaki adamnar oğruyüfdü. Diyifdi:
Ay axmax oğlu, bunu götürüfsanı,
Əşkərdə giyə bilməzsanı,
Yaxına sata bilməzsanı,
Apar, yanda sat, axmax oğlu.
Söyləyici sonda qeyd etdi ki, bu da sandıqça şeiridi, latayır sözdü – top.
Söylədi: İbrahimxəlilov İsmayıl Baba oğlu.
AŞIQ ƏLƏSGƏRİN MOLLA CUMAYA
QUFULLAMA GÖNDƏRMƏSİ
Cuma dayiyə qufullama yazıf göndərifdilər. Deyəsanı Aşıx Ələsgər yazıf göndərifdi ki, bağlamaxdan ötəri. O, Aşağı Göyçə mahalında yaşıyi, bu da burda.
Cuma dayiyə yazıfdı ki, manıa bir sizını dağ yeridi bi iney al. Mal al, horanın malını saxlamax isdiyirəm. O iney də ağ, qırmızı, sarı, qara, qərəz Allah yaradan bütün rehləri sayifdi ki, olmasın. Cuma dayi, ho ineyin üsdə bu rehlər olmasın. Manıa həvlə bi iney al, gəlim aparım. Bunun üsdə çox fikirrəşmax lazım olmuyüfdü. Cuma dayi bunu oxuyən kimi başə düşüfdü. Diyifdi ki, ineyi almışəm, gəl apar. Bazar gəlmə, bazar ertəsi gəlmə, xas gəlmə, çərşənbə gəlmə, adına gəlmə, cuma gəlmə. Qərəz həfdənin yeddi gününü sayifdi ki, bu günnəri gəlmə, qalan nəvax isdiyisanı, gəl apar.
Dostları ilə paylaş: |