64
AZƏRBAYCAN DĠLĠNĠN YAZISI
Yazı haqqında məlumat
Görmə vasitəsi ilə dərk edilən fikrin ifadəsində əsas ün-
siyyət vasitəsinə köməkçi olan işarələr sisteminə yazı deyilir.
Yazı insan cəmiyyətinin inkişafında xüsusi rol oynamış,
onun ibtidai dövrdən bugünkü yüksək səviyyəyə qədər ucalma-
sına müəyyən dərəcədə xidmət etmişdir. İnsanların mədəni inki-
şafında yazı çox mühüm rola malikdir. Belə ki, yazı mədəniyyə-
tin inkişaf etdirmək üçün əsas və qüdrətli vasitədir. Əsrlər boyu
insanların əldə etdiyi mədəni misraların tarix səhifələrində əks
olunmasında və qorunub saxlanmasında yazı başlıca rol oynamış-
dır. Cəmiyyətin bütün inkişaf prosesində yaradılmış
nailiyyətlər
yazı vasitəsilə bizə gəlib çatmışdır. Yazının köməyi ilə biz bugün
ən qədim xalqların tarixini öyrənirik, onların adət-ənənələri, ya-
şayışları, ictimai quruluşları və s.cəhətləri ilə tanış oluruq, həm-
çinin müasir xalqların tarixi və o cümlədən çox qədim keçmişə
malik olan Azərbaycan xalqının və bu xalqın yaşadığı yerdə əv-
vəl kimlərin və necə həyat sürdüyü haqqında məlumat ala bilirik.
Keçmişdəki bilik və təcrübələri öyrənmək və əldə olunmuş
bilik vəbacarıqları gələcək nəslə vermək üçün yazı həmişə xüsusi
rol oynamışdır.
Yazı müasir insanların dünyagörüşlərinin formalaşmasında,
onların tarixi şəxiyyətlərin nəzəriyyələri ilə silahlanmasında, hər-
tərəfli inkişaf etməsində xüsusi əhəmiyyətə malikdir.
Dərin bilik üçün də yazı vacibdir. Belə ki,
insan hər şeyi
yadda saxlaya bilmir, xüsusən müasir dövrdə elmin, sənayenin,
texnikanın və başqa sahələrin sürətlə
inkişaf etdiyi bir şəraitdə
hər bir yeniliyi tez dərk etmək və yadda saxlamaq mümkün deyil.
Lakin yazı bu və ya başqa məsələni əks etdirərək onu istənilən
zamanda təsəvvürdə canlandırmağa yenidən xatırlamağa kömək
edir. Belə yada salma nəticəsində isə insanlarda bilik daha da
65
dərinləşir və möhkəmlənir. Bununla yanaşı yazı
fikri daha da
inkişaf etdirməyə imkan verir.
Nəhayət, yazı hər hansı bir ədəbi dilin inkişaf etməsinə, onun
ifadə tərzi və üslubu cəhətdən zənginləşməsinə böyük kömək
edir. Hər bir ədəbi dil yazı vasitəsilə öz yüksək inkişaf mər-
hələsinə ucala bilir.
Yazının əmələ gəlməsinin çox qədim bir tarixi vardır. Yazı
onlarca əsrlərin məhsuludur. Lap qədimlərdə insanlar ayrı-ayrı
qruplar şəklində yaşamışlar.
Həmin dövrdə bu qruplar arasında əlaqə ya zəif olmuş, ya da
tamamilə olmamışdır. Lakin son dövrlərdə insan qrupları arasın-
da iqtisadi-siyasi əlaqələr yaranmağa başlamışdır. İnsan tayfaları
bir-biri ilə müəyyən məqsədlər üçün müqavilə bağlamalı olmuş-
lar. Həmçinin insanlar öz duyğu, düşüncə, bilik və bacarıqlarını
başqasına aydınlaşdırmaq istəmişlər. Belə bir tələbatı təkcə şifahi
ünsiyyət edə bilməmişdir. Çünki
şifahi yolla müəyyən fikri
istənilən məsafədə çatdırmaq mümkün olmurdu. Elə buna görə
də, ünsiyyət məqsədilə öz dillərini yaratmış olan insanlar bu sa-
hədə də ehtiyaclarını ödəmək üçün ünsiyyətə köməkçi olan ikinci
bir vasitəni - yazını yaratmağa başlamışlar. Yazının yaranması
heç bir xüsusi plan və sair üzrə deyil, sadəcə olaraq tədrici yolla
olmuşdur. Buna görə də belə bir fikrə əsaslanmaq olar ki, yazı
məkanla əlaqədar olaraq insanların səsli ünsiyyət saxlamadığı
zaman çox tədrici şəkildə zəruri tələbat əsasında əmələ gəlmişdir.
Dilin əmələ gəlməsində olduğu kimi yazı da ayrı-ayrı şəxslər
tərəfindən deyil demək olar ki, bütün kollektivin vasitəsilə mey-
dana çıxmışdı.
Yuxarıda qeyd edildiyi kimi,
ümumiyyətlə, yazı birdən-birə
meydana gəlməmişdir. Hələ yazının kəşfinə qədər olan bir dövr-
də ibtidai insanlar öz fikir və düşüncəsini xüsusən hadisə və mə-
lumatları uzaq yerə çatdırmaq üçün müxtəlif əşyalardan istifadə
etmişlər. Əşya vasitəsilə fikri ifadə etməklə yanaşı, insanlar ağac
66
və daşları çapmış, ibtidai xətlər çəkməyi öyrənmişlər. Bu va-
sitələrin hamısı yazının əmələ gəlməsində xüsusi rol oynamışdır.
Yazının inkişafı tarixində onun dörd əsas tipi yaranmışdır.
Dostları ilə paylaş: