Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə207/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   203   204   205   206   207   208   209   210   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Səsin fiziki təbiəti. Təbiətdə çoxlu cism və hadisələr, canlıların özləri, onların bəzi hərəkətləri, insanların yaratdıqları və istifadə etdikləri müxtəlif alət və mexanizmlər, maşınlar və qurğular cürbəcür səslərin mənbəyi ola bilər.
Fiziki mənada və ümumi halda səs suyun və ya sıxılmış havanın yayılma dalğalarından ibarət olan enerjili mexaniki quvvədir. Səslər ən çox hava dalğaları zəminində yaranırlar.
Səslər dalğa uzunluğu və ya tezliyi, ucalığı, tonalılğı, intensivlik və oktava (musiqi səslərdə) kimi parametrlərə malikdir. Səs dalğaları tezliyinə görə çox geniş diapazonda dəyişirlər. Səsin dalğa uzunluğu adətən metr (m) və onun hissələri (sm, mm, dm) ilə, tezliyi Hers (Hs) və ya kiloHers (kHs), enerjisi (intensivliyi) bel (b) və desibel (db), ucalığı oktava ilə ifadə edilir.
İnsan və heyvanlar tərəfindən qəbul edilən səslərin diapozonu çox genişdir. Bu, adətən uzunluğu 400 sm-dən 0,34 sm-ə qədər, tezliyi 20 Hs-dən 100 min Hs-ə və ya 0,002 kHs-dən 100 kHs-ə
387
qədər olan səs dalğalarıdır.
Əksər həşəratlar ətrafda yaranan aşağı tezlikli səs vibrasiyalarına həssasdırlar. Onların bəzi növləri çox yüksək tezlikli səsləri qəbul etməyə uyğunlaşmışdır. Məsələn, cırcırama tezliyi 200 Hs ilə 50 min Hs, kəpənək 500 Hs ilə 100 min Hs arasında olan səsləri eşidə bilir. Balıqlar 20-2000 Hs, qurbağalar 500-2000 Hs, quşlar 500-5000 Hs, yarasalar 1000-100.000 Hs, gəmiricilər 100100.000 Hs, suitləri 200-50.000 Hs, delfinlər və balinalar 20100.000 Hs, insan 20-20.000 Hs tezliyi olan səsləri eşitmək iqtidarındadır.
Eşitmə reseptorları. Həşəratlarda alçaq tezlikli səs dalğaları qəbul edən xüsusi reseptorlar inkişaf etmişdir. Onların bir tipi şırımlı tükcüklərdir. Bu, serkalar adlanan artımlarda yerləşən tükcük sensillərə oxşayır. Digər tip reseptorlar conston orqanları adlanır. Onlar həşəratın antenalarının dibində yerləşir, boşluğa malikdir, buradan bir və ya bir neçə sensor hüceyrə-xordosensillər uzanır. Sırımlı tükcüklər və conston orqanları tezliyi təxminən 2000 Hs (və ya 2 kHs) qədər olan səslərə həssasdır. Yüksək tonlu səsləri qəbul edən reseptorlar, ancaq bəzi həşəratlara (çəyirtkələr, cırcıramalar və b.) xasdır. Bu tip reseptorlar timponal orqanlar adlanır. Timponal orqan səsləri onurğalı heyvanların qulaqları kimi qəbul edir, amma quruluşu və funksional xassələrinə görə onlardan fərqlidir. Həşəratın timponal orqanları (qulaqları) bədənin müxtəlif yerlərində: antenalarda (milçəklərdə), döşdə (kəpənəklərdə), qarında (böcəklərdə) və ayaqlarda (çəyirtkələrdə) yerləşir.
Timponal orqan üzəri nazik kutikula zarı (timponal membran) ilə örtülmüş təbilə bənzər havalı kisəcikdir, onda xordotonal sensillər yerləşir. Səs dalğaları zarı titrətdikdə sensillər bu vibrasiyaları qəbul edir. Hər bir sensil kiprikcikləri olan bipolyar neyrona malikdir, kiprikciklərin timponal membran ilə necə əlaqələnməsindən və membranın necə əlaqələnməsindən və membranın rezonans xassələrindən asılı olaraq həşəratlarda reseptorlar müxtəlif səs tezliklərinə uyğun olaraq sazlanırlar. Müxtəlif tezlikli səsləri qəbul edən reseptorların aksonları birbaşa mərkəzi sinir düyünlərinə daxil olar və burada eşitmə ney-
388
ropili adlanan sahədə spesifik neyronlarla mono və ya polisinaptik əlaqələrə girirlər. Həşəratlarda eşitmə siqnalları analiz və sintez edən ali inteqrativ mərkəz baş sinir düyünlərində yerləşən göbələkvarı cisim hesab olunur.
Onurğalı heyvanlarda eşitmə reseptorları mürəkkəb təkamülü yolu keçir. Onlarda eşitmə orqanları müvazinət (vestibulyar) aparatı ilə sıx əlaqədə inkişaf etmişdir. Quşlarda və məməlilərdə eşitmə üzvü xeyli mürəkkəbləşir və öz inkişafının ən yüksək səviyyəsinə çatır. Eşitmə reseptorları vestibulyar sensorlar kimi sensilyar quruluşa malikdir. Bu tip tükcüklü hissi hüceyrələr onurğalıların ali nümayəndələrinin eşitmə orqanı üçün də xarakterikdir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin