Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Məməlilərin eşitmə orqanı



Yüklə 31,99 Mb.
səhifə208/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   204   205   206   207   208   209   210   211   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Məməlilərin eşitmə orqanı. Məməlilərdə o cümlədən insanda, eşitmə orqanı başın sağ və sol tərəflərində yerləşən qulaqlardır. Qulaq 3 əsas hissədən-xarici qulaq, orta qulaq və daxili qulaqdan ibarətdir (şəkil 8.10). İnsanda daxili qulaq uzunluğu 35 mm-ə çatan, 2,5 dəfə burulan və konusvari genələn spiralabənzər sümük kisəcik - ilbiz, vestibulyar otolit və yarımdairəvi kanallar sistemindən ibarətdir.
Xarici qulaq, qulaq seyvanı və xarici qulaq keçəcəyi, orta qulaq isə eşitmə sümükcüklərindən-çəkic, zindan və özəkdən ibarətdir. Xarici və orta qulaq dəhlizləri arasında qulaq pərdəsi (və ya təbil pərdəsi), orta qulaq və daxili qulaq dəhlizləri arasında isə zarlı oval pəncərə yerləşir. İlbizin daxili boşluğu perilimfa mayesi, baziylyar (əsas) membran və onun örtük (tektorial) membranı ilə tutulmuşdur. Bazilyar membran tükcükləri (sensilləri) olan eşitmə reseptorlarına malikdir, onların sərbəst sensilləri tektorial membrana söykənirlər. Eşitmə reseptorları ən çox ilbizin orta nahiyyəsində toplanmışdır. Onlar, habelə ilbizin dayaq hüceyrələri sıralara düzülərək ilbizin korti orqanı adlanan strukturu əmələ gətirir. Bazilyar membran ilbizin boşluğu genələn yerdə daralır və əksinə, daralan yerdə genəlir. İlbizin enli tərəfini (əsası) oval pəncərəyə dayayır.
389

Şəkil 8.10. İnsanda eşitmə üzvü. 1. Qulaq seyvanı. 2. Xarici qulaq keçəcəyi. 3. Qulaq pərdəsi. Orta qulaq və eşitmə sümükləri. 4. Çəkic. 5. Zindan. 6. Üzəngi. Daxili qulaq. 7. Oval pəncərə. 8. İlbiz. 9. İlbis siniri (eşitmə siniri), kist. 10. Vestibulyar siniri. 11. Yarımdairəvi kanallar. 12. Məməciyə bənzər çıxıntı. 13. Qığırdaq.
Eşitmə resepsiyası. Xarici qulaq səsləri yığır, səs dalğaları xarici qulaq keçəcəyində təbil pərdəsinə dəyir, onu ehtizaza, rəqsi hərəkətə gətirir, bu rəqslər qulaq pərdəsi ilə təmasda olan orta qulaq sümükcükləri oval pəncərə vasitəsilə ilbizin perilimfasina, bazilyar və tektorial membranlarına yayılır.
Eşitmə reseptorlarının qıcıqlanmaları onların bazilyar membranda düzülmə qaydaları ilə sıx əlaqədardır. İlbiz (və ya korti) kanalına yönəlmə dərəcəsinə görə tükcüklü eşitmə reseptorları 2 tipə ayrılır: xarici tükcüklü hüceyrələr (onlar sayca çoxdur, təxminən 20.000 qədərdir) və daxili tükcüklü hüceyrələr (insanda onların sayı 3500-ə çatır). Birinci tip reseptorlar 3 sırada düzülmüşdür (şəkil 8.11).
Onların sensillərinin ucları U-formada olub və tektorial membranla təmasdadır. Tektorial və bazilyar membran yerdəyişəndə sensillər qıcıqlanır və reseptorlar hüceyrələrdə oyanma prosesləri baş verir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin