Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə206/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   202   203   204   205   206   207   208   209   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Vestibulo-okulyar yol. Vestibulyar aparat gözlərin hərəkətləri tənzim etməkdə əsas rol oynayır. Göz müxtəlif tərəflərə hərəkət etməsinə baxmayaraq tor qişada təsvirlər stabil qalır, bu çox vacib şərtdir. Gözün hərəkətləri 6 xarici göz əzələsi vasitəsilə tənzimlənir. Hər iki gözün hərəkətlərinin incə koordinasiyasında başbeynin görmə qabığının frontal sahələrindən vestibulyar sistemin müdaxiləsi olmadan ekstraokulyar motoneyronların efferent təsirləri müəyyən rol oynayır. Lakin gözlərin eyni bir müstəvi, deyək ki, üfiqi xətt üzrə hərəkətləri, ələlxusus da kompensator hərəkətləri, vestibulo-okulyar relekeslər vasitəsilə tənzimlənir.
Vestibulo-beyincik yolu. Vestibulyar sensor liflər beyinciyin qədim payı olan arxiserebelluma daxil olur. Beyincik lateral vestibulyar nüvələri ilə əlaqələri sayəsində bədənin müvazinəti saxlamaqda daha mühüm rol oynayır.
Vestibulyar qabıq. Vestibulyar nüvələrindən çıxan az sayda hissiliflər talamusun arxa ventral nüvəsinə məxsus sahəyə daxil olur və burada sinaptik əlaqələrə girirlər. Buradan vestibulyar siqnallar somatosensor qabığın üz tərəfi sahəsində yerləşən kiçik bir zonaya proeksiya olunur. Bəzi tədqiqatlara görə vestibulyar talamik girişlər qabığın digər sahələri (gövdə və ayaqların fəza vəziyyətləri idarə edən qabıq zonaları, alın və gicgah payları və s.) üçün də xarakterikdir. Vestibulyar qabıq vestibulyar sensor sistemə sıx bağlıdır, bədənin hərəkət və müvazinəti qavramaq və iradi, şüurlu olaraq idarə etmək funksiyası daşıyır.
386

8.10. Eşitmə sensor sistemi. Eşitmə hissi


Bir çox heyvanlarda və insanda eşidilən səslərə həssaslıq, səsləri hiss etmək, qavrayıb tanımaq, özlərinin bəzi hərəkət və davranışlarını eşitmə reaksiyalarına müvafiq olaraq qurmaq və reallaşdırmaq qabiliyyəti əmələ gəlmişdir. Ən geniş mənada eşitmə hissi bu səs hissidir.
Heyvanlar aləmində səs hissi başlıca olaraq həşəratlarda (böcəklər, kəpənəklər, ikiqanadlılar, çəyirtkələr və s.) və onurğalılarda inkişaf etmişdir. Eşitmə qabiliyyətinə malik olan heyvan orqanizmləri ondan ən müxtəlif məqsədlər üçün istifadə edir. Səs siqnalları heyvana məkanda yerdəyişmə, başqaları ilə ünsiyyət, fərdlər arasında özününkünü və özgəni tanıma, cüt axtarma, yırtıcıdan qurtulma və başqa məqsədlər üçün gərəkdir. Səs siqnalları həyat üçün çox vacib informasiya mənbəyidir. İnsanlar səs siqnalları və eşitmə hissi sayəsində heyvanlardan fərqli olaraq çox geniş fəaliyyət göstərə bilirlər, insanların nitq qabiliyyəti və mədəniyyətlərinin bir sıra formaları eşitmə hissi ilə sıx əlaqədə inkişaf etmişdir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin