İsmayil əLİyev


hansı qoyunun və onun da hansı hissəsinin daha yeməli olduğunu



Yüklə 1,12 Mb.
səhifə93/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   110
hansı qoyunun və onun da hansı hissəsinin daha yeməli olduğunu:

Sürü çəkən erkəcdi,

Şişliyimiz öyəcdi.

Onun adı uludu,

Aşıqlığı qurudu.

Döşü, boynu adlıdı,

Qabırğası dadlıdı...;

    • qoyunun, demək olar ki, bütün daxili üzvləri haqda zəruri bilikləri:

... Qabırğa içi pərdə,

Salmaz adamı dərdə.

Pərdəsi iki rəngdi,

Böyrək ona gərəkdi.

Altmış arşın bağırsaq.

Bir-birinə culaşıq...;

    • çobanlığın sirlərini:

Erkəc yeyib gərnəşər,

Kəllə vurar döyüşər.

Buynuzu burma-burma,

Döyüşdə yaxın durma.

Boğaz qoyunu vurma!...

... Bayrama nə qaldı?

Dörd çərşənbə qaldı.

Dörd çərşənbəni say götür,

Sürünü örüşə ötür.

Baharın son gecəsi,

Sağmal, subay seçəsi.

Leysan yağış yağası

Yaşıllığın ağası... və s.

Sağın nəğmələri də əslində sayaçı nəğmələrinin bir növüdür, sadəcə, daha çox, heyvanların sağılması zamanı oxunduğundan bu cür adlandırılır. Sağın nəğmələrini sayaçı nəğmələrindən fərqləndirən bir cəhət də onların icrası ilə bağlıdır: sayaçı nəğmələrini çobanlarla yanaşı, çoban paltarı geyib, kəndbəkənd gəzərək «Sayaçı» mərasimini icra edən digər şəxslər də oxuyurdular. Sağın nəğmələri isə bilavasitə sağın zamanı sağıcı tərəfindən icra olunur:

    • Nənəm, nənəm, Ayağını

Səni sağan İrahat qoy.

Mənəm, mənəm. Buynuzunda

Gül muncuğum, Üzərriyim

Boynundadır. Ev-eşiyim,

Məmələrin Bəzərriyim.

Qoynundadır Nənəm, nənəm,

Quyruğunu Səni sağan

Farağat qoy. Mənəm, mənəm.

Ovçuluq ən qədim peşələrdən olduğu kimi, ovçu nəğmə­lərinin yaranma tarixi də qədimdir. Ovçu nəğmələrinin digər peşə nəğmələrindən fərqlərindən biri, onun icra vaxtı ilə bağlıdır. Əgər əkinçi nəğmələri, sayaçı, sağın nəğmələri bilavasitə işin icrası vaxtı ifa olunursa, ovçu nəğmələri ya ovdan əvvəl, ya da ovdan sonra oxunur.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin