İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə95/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   110
«Oyuncaqlar, oyunlar və əmək uşağın, ümumiyyətlə tərbiyəsində, o cümlədən fiziki tərbiyəsində çox mühüm yer tutur.

Yoxsul azərbaycanlı uşaqlarının oyuncaqları əsas etibarı ilə çubuqdan, çəkicdən, aşıqdan, taxta parçalarından, şüşə qırıntısından, kibrit qutusundan, piləkdən, daşdan, əldəqayırma gəlincikdən və s. bu kimi şeylərdən ibarət olub. Öz oyuncaqları ilə uşaqlar başlıca olaraq böyüklərin əməyini, işini təqlid etmişlər. Məsələn, 3-5 yaşlı uşaq, təxminən, 1 metr uzunluğunda çubuğu «minməklə» sağ əlinə isə daha gödək bir çubuq almaqla həmin çubuqların birindən «at», o birindən isə «qamçı» (şallaq, tatarı) yerində istifadə edir; qarpız qabığından «vəl qayırıb» ucuna ip bağlayır və onu həyətdə öz arxasınca çəkib dövrə dolanmaqla «xırman döyür», «vəl sürür»; kibrit qutusundan, yaxud nazik taxtadan tərəzi qayırıb oynayır; iki kiçik çöpü sapla bir-birinə bağlayıb ona əsgi dolamaqla «gəlincik düzəldir», «yüyürük qayırıb onu yatızdırır, gəlinciyə qulluq edir»; gödək-gödək çöp və kiçik-kiçik taxta parçalarından, həmçinin daş və palçıqdan «ev tikir»; mumdan və şüşə qırıntılarından özünə «çaynik, samovar, stəkan-nəlbəki qayırıb çay qaynadır», bir parça çörəkdən, qənddən, yaxud peçenye doğranmışından «çörək hazırlayır», bacı, qardaşını və ya qonşu evdən olan yoldaşını həmin çaya və xörəyə «qonaq çağırır»; özündən kiçik uşağı belinə alıb özünü at rolunda hesab edərək ora-bura yüyürür və ya balaca uşağı ipə bərkidilmiş taxta üstünə qoyub çəkir, özünü «qoşqu heyvanı yerinə qoyub» hərdən bir öz hərəkət və ya səsində həmin heyvanı təqlid edir...Bir sözlə, hər şeylə oynayır və öz oyunlarını birinci dövründə, adətən, yaşlıların əməyini təqlid edir, bəzi hallarda isə heyvanların hərəkətini yamsılayır, özünə oyun kəşf edir. Uşaqlar özlərindən daha böyük oğlan və qızların oyununu da müşahidə edir və bəzən həmin oyunda iştirak edirlər. Böyüyəndə isə özləri bu oyunları icra edirlər. Azəri uşaqları arasında daha geniş yayılmış oyunlara misal olaraq «Vur nağara, çıx qırağa», «Güdü-güdü» («Qodu-qodu»), «Çoban və canavar», «Qarğasan, civə», «Bənövşə» («Bənövşə-bəndə düşə»), «Mərə-mərə», «Gizlin-paç», («Gizlənəni tap»), «Dəsmal aldı qaç», «Çilik-ağac», «Hola-hola», «Dirə-döymə», «Beş daş», «Südlü sümük», «Eşşək beli», «Üstdən hoppanma», «Xan-gizir», «Zənbələn-zu», «Bıldı», «Evcik-evcik», «Dava-dava», «Çövkən» və s. adlı oyunları göstərə bilərik. Bu oyunlar uşaqların yalnız fiziki inkişafı baxımından qiymətli olmayıb, onların nitqlərini inkişaf etdirmək, ətraf aləmi başa düşmələrinə və nəcib əxlaqi sifətlərə yiyələnmələrinə yardım göstərmək nöqteyi-nəzərindən də böyük əhəmiyyət kəsb edir.

Hər bir oyunda azı 2 nəfər, əksəriyyətində isə 10-15 nəfər və daha çox uşaq iştirak edir. Maraqlı olan belə kollektiv oyunlar uşaqlarda canlı və şən əhvali-ruhiyyə əmələ gətirir, yoldaşcasına qarşılıqlı münasibət üçün əsas yaradır, uşaqların bir-birinə yaxınlaşmasına, dostlaşmasına müsbət təsir edir, son nəticədə isə kollektiv əməyin başlanğıcını qoyur. Uşağın qüvvələri bu kollektiv oyunda kollektiv işdə daha yaxşı inkişaf edir.

Yeniyetmələr gəncliyə doğru qədəm qoyduqca daha gərgin və mürəkkəb oyunlara (müasir istilahla desək, idman oyunlarına) maraq göstərirlər. Güşt tutmaq, hündürlüyünə və uzununa tullanmaq, əllə və ya sapandla uzağa daş atmaq, nişana qoyub vurmaq, çayda üzmək, qaçış üzrə yarış, qılınc oynatmaq, ox atmaq, çomaq döyüşü, atçılıq oyunları («Çövkən», «Sürpapaq», «Yaylıq», «Piyalə və ox», «Papaq oyunu») və s. bu dövrün oyun xəzinəsində daha geniş yer tutur. Qədim tarixə malik olan və xalq mədəniyyətinin qiymətli cəhətlərini özündə təcəssüm etdirən həmin oyunlar haqqında məlumata dastan və nağıllarımızda tez-tez təsadüf olunur» (9).

Azərbaycan xalq oyunlarının sistemli tədqiqi professor Azad Nəbiyevə məxsusdur. Oyunları xalq yaradıcılığının ən qədim janrlarından biri hesab edən görkəmli folklorçu alimin fikrincə, ilkin etnoslar arasında ünsiyyət vasitəsi olan dil hələ yaranmazdan əvvəl oyunlar etnoslar arasında ifadə vasitəsi olmuşdur. Müəllif oyunların yaranma və inkişaf tarixini iki mərhələyə ayırır:

«Oyunların yaranma və inkişafının birinci mərhələsi rəqslərlə bağlı idi. Daha doğrusu ilkin oyunlar rəqslərlə bağlı idi... Oyunların ikinci mərhələsi onların rəqslərdən ayrılıb, yuxarıda qeyd edildiyi kimi, asudə vaxtlardakı əyləncə məqsədinə tabe edilməsindən başlamışdır» (14, 129).

Yeri gəlmişkən qeyd etmək istəyirik ki, bu cür mərhələli bölgü qəbul ediləcəyi halda, mütləq, üçüncü mərhələdən də bəhs edilməlidir. Bu üçüncü mərhələ şərti olaraq, xalq oyunlarının əyləncə məqsədlərindən tam ayrılmadan, amma daha çox üstünlüklə, tərbiyəvi – didaktik məqsədlərə tabe edilməsi ilə başlanmışdır.

İyirminci yüzilliyin ikinci yarısından etibarən xalq oyunlarını müxtəlif təlim-tərbiyə müəssisələrində, xüsusilə məktəbəqədər tərbiyə müəssisələrində süjetli-rollu didaktik oyunlarla əvəz etməyə çalışılırdı. Bu oyunları ayrı-ayrı peşə sahibləri, o cümlədən, müəllimlər, tərbiyəçilər, pedaqoq və psixoloqlar tərtib edirdilər. Xüsusilə əsrin sonlarına yaxın bu tendensiya gücləndi və televiziya kimi qüdrətli təbliğat vasitəsindən istifadə nəticəsində bəzən şou formasına da düşə bildi. Lakin çox qısa bir zamanda məlum oldu ki, yeni yaradılmış oyunlar mayasını xalqdan, onun uzun əsrlik tarixi təcrübəsindən almadığından, kampaniya xarakterli, məhəlli xüsusiyyətli olub, geniş yayılmır, çox davam etmir, səmərəsi az olub, hamı tərəfindən qəbul edilmir.



Xalq oyunlarının həmişəyaşarlığı və geniş kütləvi xarakteri onların poten­sial təlim-tərbiyə imkanlarını öyrənmək və pedaqoji prosesdə onlardan ciddi şəkildə istifadə zərurətini danılmaz etdi. Burada onu da qeyd etmək istəyirik ki, sosial-siyasi durumu sabit olan, mədəni irsini lazımınca qiymətləndirə bilən ölkələrdə xalq oyunları heç vaxt unudulmur, ikinci plana keçirilmir.

Oyunlarda xalqın keçdiyi tarixi inkişaf yolu haqqında ən qədim, ibtidai, ilkin məlumatlar kristallaşmış, gizlənmişdir. Bir az əvvəl deyildiyi kimi, oyun mədəniyyətdən qabaq yaranmışdır. Buna görə də oyunların ciddi elmi araşdırmalara hələ də ehtiyacı vardır.

Belə tədqiqatların zəruriliyindən danışaraq prof. A.Nəbiyev yazır: «Azərbaycan şifahi yaradıcılığının nəhayətsiz hüdudları, onun toplanmış və toplanmamış nümunələri bir neçə koordinal məsələyə münasibət bildirməyə imkan verir. Bu faktlar, şübhəsiz ki, tarixçilər, etnoqraflar, dilçi mütəxəssislər tərəfindən ardıcıl zənginləşdirilsə, Azərbaycan ərasizində qədim türk tayfaları və onların yaratdığı milli mədəniyyət haqqında təsəvvürlərimiz dəyişmiş olar» (14, 13).

Yeri gəlmişkən, müəllif buradaca əfsun, fal, cadu, sehr, oyun kimi qədim janrlarımızın qədim şumerlərin ilkin sənəti ilə çox yaxın, bir sıra hallarda isə oxşar və yaxud eyni olduğunu araşdıraraq bu qənaətə gəlir ki, bütün bu ehtimallar göstərir ki, türk etnosları Azərbaycan ərazisinin tarixi gedib-qayıtmalara məruz qalmış ən ilkin sakinlərindəndir. Bu ərazini məskunlaşdıran türk etnosları olmuş və onlar qədim şumerlərlə sıx qarşılıqlı əlaqələr şəraitində yaşamışlar. Şifahi yaradıcılığımızın başqa ilkin nümunə və janrlarında olduğu kimi, xalq oyunları da bu həqiqəti təkrar etməkdədir.

Xalq oyunları məzmununa görə bu cür təsnif edilir:

1   ...   91   92   93   94   95   96   97   98   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin