Oyun həm də uşağın sosial inkişafının əsas vasitəsidir. Oyun vasitəsilə uşaqlar müxtəlif sosial mövqelərlə tanış olur, adamların bir-biri ilə münasibətinin mahiyyətini dərk edirlər. Məsələn, oyun zamanı özünü valideynlərin yerinə qoyan uşaqlar real həyatda valideynlərinin etdikləri kimi davranmağa çalışırlar: onlar kimi hərəkət edir, onlar kimi danışır, göstəriş, əmr verir, xahiş edirlər. Bu zaman uşaq, bir növ, başqasının daxili emosional aləmi ilə yaşayır. Oyun zamanı uşaqlar gördüklərini təkrarlamaqla kifayətlənməyib, müstəqillik, fəallıq da göstərirlər. Oyun prosesində uşaq fantaziyası mütləq iştirak edir.
Xalq oyunları uşaqlar arasında ən universal, ən təbii ənənəvi qarşılıqlı əlaqə formasıdır. Bu ünsiyyət eyni zamanda üç aspektdə həyata keçirilir:
Dostları ilə paylaş: |