Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək demək olar ki, iqtisadi nəzəriyyə cəmiyyətin tələbatını maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların idarə edilməsi prosesində insanlar arasında meydana çıxan qarşılıqlı münasibətləri öyrənir. İqtisadiyyatı öyrənmə, dərketmə baxımdan yanaşdıqda onu mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat sahələrinə bölmək olar. İdarəetmə baxımdan da iqtisadiyyat bu hissələrə bölünür: M İ K R O İ Q T İ S A D İ Y Y A T – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. Burada istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
M A K R O İ Q T İ S A D İ Y Y A T – həir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyənin, ölkənin, milli iqtisadiyyatı ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai istehsalın məcmusu, milli gəlir, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunması və s. kimi problemlər öyrənilir.
M E Z O İ Q T İ S A D İ Y Y A T – makroiqtisadiyyatın yarım sistemidir, bir- biri ilə üzvü bağlı sahələr kompleksidir. Bura ASK , aqrar- biznes, hərbi sənaye kompleksi və s. daxildir. Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir. Hərbi sənaye kompleksi hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.
M E Q O İ Q T İ S A D İ Y Y A T – dünya təsərrüfatını, yəni beynəlxalq miqyasda iqtisadiyyatı öyrənir.
2. Iqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi.
Iqtisadi nəzəriyyənin öyrənilməsinə vaxt ayırmağa, buna əmək sərf etməyə dəyərmi? Bu suala tanınmış iqtisadçı Con Meynard Keyns (1889-1946) belə cavab vermişdir: «Iqtisadçıların və siyasi xadimlərin ideyaları… düşünül-düyündən daha böyük əhəmiyyətə malikdir. Dünyanı məhz onlar idarə edirlər. Özlərini intellektual təsir imkanlarına malik olan əməli iş adamları hesab edənlər keçmişin hər hansı bir iqtisadçısının quludur»1.
Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu əsas-landırmaq üçün iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələri nəzərdən keçirək.
Hər bir elm kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələri yerinə yetirir. Onun başlıca vəzifələrindən biri cəmiyyətin iqtisadi həyatında baş verən hadisə və prosesləri öyrənmək və aydınlaşdırmaqdan ibarətdir. Bu, onun idrak funksiyasıdır.
Hər bir elmin nəzəri müddəaları ictimai həyatda nə qədər tez tətbiq edilirsə və özünü nə qədər tez doğruldursa, rəhbərlik üçün əsas və cəmiyyətin dəyişdirilməsində əməli nəticələr verirsə, onlar bir o qədər dəyərli olurlar. Ona görə də iqtisadi nəzəriyyə faktları sadəcə olaraq təsvir etməklə kifayətlənmir. Bu fundamental elm iqtisadi həyatın dərinliklərinə nüfuz edir, iqtisadi prosesləri idarə edən qanunları aşkara çıxarır və onlardan istifadə olunması yollarını göstə-rir. Bunlar iqtisadi nəzəriyyənin idrak funksiyasının, onun, indi haqqında söhbət gedən ikinci – əməli funksiyası ilə əlaqədar olduğunu göstərir.
Iqtisadi nəzəriyyə həm də adamlarda siyasi və iqtisa-di şüuru, təfəkkürü formalaşdırmaq vəzifəsini yerinə yetirir. O, bu vəzifəni real gerçəkliyi aşkara çıxarmaq və ümumi-ləşdirmək yolu ilə həyata keçirir. Əgər o baş verən proses-ləri nəzəri cəhətdən aydınlaşdırmırsa, yığılıb qalmış prob-lemlərə tənqidi yanaşmırsa və əməli vəzifələri düzgün həll etmək üçün nəticə çıxarmırsa, onda onun bütün müddəaları havadan asılı qalır, özünün həyatiliyini itirir.
Iqtisadi nəzəriyyənin vəzifələrindən biri də onun bir sıra sahə (sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, təhsilin və s. iqtisadiyyatları) və funksional (əmək iqtisadiyyatı, maliyyə və kredit, pul tədavülü, marketinq, menecment və s.) elmlər üçün metodoloji əsas olmasıdır. Bu metodoloji əsas isə keçmişin dahi iqtisadçıları Adam Smitin, David Rikardonun, Con Styuart Millin, Karl Marksın və Con Meynard Keynsin əsərlərinin təsiri altında yaranmışdır.
Beləliklə, iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələr belə bir nəticə çıxarmağa imkan verir deyək ki, onu öyrənmək üçün vaxt ayırmağa, əmək sərf etməyə dəyər. Ona görə də hazırda iqtisadi siyasətlə məşğul olan dünya liderlərinin iqtisadçılarla məsləhətləşmələri, onların tövsiyələrini nəzərə almaları adi hala çevrilmişdır. Indi iqtisad-çılar hökumət orqanlarında, parlamentlərdə yüksək vəzifə tuturlar. Məsələn, ABŞ prezidenti onun iqtisadi şurasına daxil olan iqtisadçı – məsləhətçilərin tövsiyələrindən daim istifadə edir. «ABŞ prezidentinin iqtisadi məruzəsində» işsizlik və inflyasiya, iqtisadi artım və məhsuldarlıq, vergilər və dövlət xərcləri, yoxsulluq və qeyri-bərabərlik, tədiyə ba-lansı və beynəlxalq valyuta sistemi, iş verənlərlə işləyənlər arasında qarşılıqlı münasibətlər, ətraf mühitin çirklənməsi, rəqabət və inhisar əleyhinə qanunvericiliyə riayət olunması və b. iqtisadi problemlər xüsusi yer tutur.
Gündəlik həyatımızda rastlaşdığımız konkret problemlərin əksəriyyəti iqtisadi məzmuna malikdir. Bunlar ayrı-ayrı bazarlarda, əmtəə və fond birjalarında qiymətlərin qalxıb-enməsinin səbəbləri, ayrı-ayrı ölkələrdə xalqın rifahının səviyyəsi və «keyfiyyəti», istehsalın «Isveç modeli»nin və Azərbaycan Demokratik Respublikasının (1918-1920) iqtisadi platformasında nəzərdə tutulan iqtisadi məsələlərin və indiki Azərbaycan cəmiyyətində gedən sosial-iqtisadi proseslərin mahiyyəti, aztəminatlı ailələrin sosial müdafiəsinin təşkili, yeni iqtisadi münasibətlərin formalaşmasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin rolu, vergilər, onların məzmunu, büdcənin gəlirləri, xərcləri və s ibarətdir. Bütün bunlar cəmiyyətin iqtisadi həyatında çox mühüm rol oynayırlar. Təbiidir ki, cəmiyyətdə gedən sosial-iqtisadi proseslərdən baş çıxarmaq, hərtərəfli informasiyaya malik olmaq, qarşıya çıxan suallara inandırıcı cavablar vermək istəyən hər kəs iqtisadi təfəkkürə malik olmalıdır.
Iqtisadi nəzəriyyənin bizneslə məşğul olanlar tərəfin-dən öyrənilməsinin xüsusilə böyük əhəmiyyəti vardır. Çünki iqtisadi sistemin mahiyyəti və xarakterini daha yaxşı başa düşən, inflyasiyanın səbəbləri və nəticələri haqqında aydın təsəvvürə malik olan müəssisə rəhbəri, həmin dövrdə vəziyyətdən çıxmaq üçün başqalarına nisbətən daha ağıllı qərarlar qəbul edə bilir. Bunun nəticəsidir ki, iri şirkətələrin idarə olunmasına iqtisadçıları daha çox cəlb edirlər ki, bunlar da informasiyaları toplamaq və təhlil etmək əsasında səmərəli qərarlar qəbul etməklə məşğul olurlar.
Lakin iqtisadi nəzəriyyə çox böyük əməli əhəmiyyətə malik olsa da, onun tədqiqat obyektində nəzəri problemlər üstünlük təşkil edir və o, daha çox ümumi əhəmiyyət kəsb edən problemləri öyrənir. Bütün bunlara əsasən demək olar ki, cəmiyyətdə gedən sosial-iqtisadi proseslərdən baş çıxarmaq üçün iqtisadi nəzəriyyənin öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Doğrudur, həyatda heç bir iqtisadi təlim görməmiş elə adamlara, o cümlədən mütəxəssislərə rast gəlinir ki, onlar cəmiyyətdə gedən çox mürəkkəb iqtisadi proseslərdən düzgün baş çıxarır, çevikdirlər və yaranmış vəziyyətlə əlaqədar tez manevr etməyi yaxşı bacarırlar. Bütün bunlara baxmayaraq, hər cür inikas kimi, sosial-iqtisadi münasibətlərin inikası olan iqtisadi təfəkkür də mürəkkəb və ziddiyyətli olduğu, bəzi hallarda hətta aldadıcı və təhrif olunmuş şəkildə göründüyü, cəmiyyətin inkişafına əks təsir göstərə bildiyi üçün iqtisadi nəzəriyyənin öyrənilməsi ilə hamının müntəzəm məşğul olması olduqca vacibdir. P. Samuelsonun təbirincə, iqtisadi nəzəriyyənin öyrənilməsi ilə müntəzəm məşğul olmayan adam musiqi əsərinə qiymət verməyə cəhd göstərən kar adama bənzəyir.
Dostları ilə paylaş: |