Mövzu İstehsal xərcələrinin, məhsul və xidmətlərin maya dəyərinin idarə edilməsi



Yüklə 334 Kb.
səhifə3/15
tarix04.06.2022
ölçüsü334 Kb.
#116617
1   2   3   4   5   6   7   8   9   ...   15
UNEC 1654331720

Məhsulun istehsal maya dəyəri hər bir məhsulun istehsalına fir­ma­nın sərf etdiyi məsrəflərin ümumi məbləğini əks etdirir və o, məh­sulun sex maya dəyə­ri ilə ümumzavod xərclərinin cəminə bərabər olur.
Məhsulun tam (kommersiya) maya dəyəri məhsulun istehsalı və satışı ilə əlaqədar olan bütün xərcləri (mühasibat uçotu haq­qında əsasnaməyə uyğun olaraq maya dəyərinə daxil edilən) əks etdirir və o, məhsulun istehsal maya dəyəri ilə firmanın is­teh­sal­dan kənar çəkdiyi xərclərin cəmi kimi hesablanılır.
Məhsulun yuxarıda izah edilən maya dəyərlərinin formalaşması və onların tərkibi aşağıdakı şəkildə verilmişdir (şəkil 1)

Məhsulun tam (kommersiya) maya dəyəri

İstehsal maya dəyəri




Sex maya dəyəri







Birbaşa xərclər

Dolayı xərcləri

Xammal, material, ya­rımfabrikat və dəst­­ləşdirici mə­mu­latlara çəkilən xərclər

İstehsal fəh­lələ­ri­n­in əmək haqqı

Avadanlıqların işi ilə əlaqədar xərclər

Ümumsex xərc­ləri

Ümumzavod xərcləri

İstehsalın ha­zırlığına sərf edilən xərclər

Məhsulun sa­tılması ilə əlaqədar olan xərclər

Şəkil 1. Məhsulun tam (kommersiya) maya dəyərinin formalaşması

Bazar iqtisadiyyatının qanunları firmanın istehsal etdiyi məhsul­la­rın (yerinə yetirlən işlərin, göstərilən xidmətlərin) maya dəyərinin formalaşmasına daima nəzarət olunmasını tələb edir. Firmada məh­sulun (yerinə yetirlən iş­lərin, göstərilən xidmətlərin) maya dəyərinin bir sıra prin­sip­lərə əməl etməklə, iqtisadi baxımdan, dəqiq hesab­lan­ması çox vacibdir:


– maya dəyərinin sahibkarlıq fəaliyyətinin təşkili və həyata ke­çi­ril­məsi ilə əla­qəsi. Bu prinsipin mahiyyəti odan ibarətdir ki, məh­su­lun maya dəyərinə yalnız onun istehsalı və realizasiyası ilə əlaqədar olan xərclər daxil edilir.
– məhsulun maya dəyəri müəyyən edilərkən xərclərin cari və əsas xərclərə bölünməsi. cari xərclərə bir istehsal tskli ərzində məhsulun buraxılmasında istehlak olunan resurslrın dəyərləri, əsas xərclərə isə bir neçə istehsal tsklində istfadə edilən və dəyəri cari xərclərə amor­ti­zasiya ayırmaları vasitəsi ilə daxil edilən əsas fondların yara­dıl­ma­sı­na sərf olunan məsrəflər aid olunur.
– təsərrüfat əməliyyatlarının həyata keçirilməsinə aid məsrəflərin sərf edildiyi dövrdə uçota alınması. Bu prinsipə görə müəssisədə tə­sər­rüfat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar – pul vəsait­lə­ri­nin nə vaxt daxil olmasından və fəhləyə yerinə yetirdiyi işə görə əmək haqqının nə vaxt ödənilməsindən asılı olmayaraq – onlar təd­birin həyata keçirlidiyi və ya işin yerinə yetirldiyi dövrün xərcləri ki­mi uçota alınır. Məsələn, əgər xammal və materiallar kreditə alın­mış­dırsa, nə vaxt ödənilməsindən asılı olmayaraq onların dəyəri əməliy­yatın həyata keçirildiyi dövrün, yəni xammal və mate­rialın alındığı dövrün xərclərinə aid edilməlidir.
– müəssisənin mülkiyyətçidən ayrılması (müəssisənin mülkiyyət baxımından əlahidləşməsi və ya xüsusiləşməsi). Bu prinsipə görə müəs­­sisənin öhdəlik və mülkiyyəti onun təsisçilərinin mülkiy­yətin­dən və öhdəliklərindən (qanunvericilikdə nəzərdə tutulan hallar istis­na olmaqla) ayrılır. Başqa sözlə, müəssisə yaradıldığı və qeydiy­yat­dan keçdiyi gündən təsisçilər onun öhdəliklərinə və borclarına görə, müəssisə isə təsisçilərin öhdəlik və borclarına görə (qanunvericilikdə nə­zərdə tutulan hallar istisna olmaqla) məsuliyyət, cavabdehlik daşı­mır­lar, həmçinin təsisçilər müəssisənin fəaliyyətinə müdaxilə edə bil­məzlər.
Məhsulun maya dəyəri mənfəətin kütləsini müəyyən edən başlıca amil olduğundan onun düzgün müəyyən edilməsi firmanın istehsal-kommersiya fəaliy­yətinin əsas maliyyə nəticəsinin – mənfəətin – düzgün hesablanmasını tələb edir, zərurətə çevirir.
Məlum olduğu kimi, bazar münasibətləri şəraitində fəaliyyəti kom­­­mersiya xarakteri daşıyan hər bir istehsal firmasının əsas məq­sə­di istehlakçı­la­rın tələbat və ehtyaclarını daha dolğun ödəməklə mən­fəət əldə etməkdir. Məhz buna görə də bazar iqtisadiyyatı şərai­tin­də mükəmməl rəqəabt mühitinin formalaş­ması və rəqabət müba­rizəsinin kəskinləşməsi, azad qiymətqoyma (əmələgəlməsi) sistemi­nin bər­qə­rar olması, inhisarçılığın aradan qaldırılması və s. ilə əlaqə­dar mən­fəətin kəmiyyətini müəyyən edən amil kimi maya dəyərinin rolu da­ha da artır.
Məhsulun maya dəyəri firmanın fəaliyyətinin həm keyfiyyət və həm də kəmiyyət tərəfini xarakterizə edən göstəricidir. Məhsulun ma­ya dəyəri sintetik, ümumiləşirici göstərici olmaqla məhsul isteh­salı ilə əlaqədar olan xərclərin ümu­mi, yekun göstəricisi kimi çıxış edir. Digər tərəfdən, o, son nəticəyə hansı keyfiyyət amili hesa­bına – qənatələ və ya israfçılıqla nail olunmasını da səciyyələndirə bilir.

Yüklə 334 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin