Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


Menecmentdə rəhbərlik anlayışına baxış



Yüklə 409,21 Kb.
səhifə35/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   137
HRM 2021 yaz semestr

Menecmentdə rəhbərlik anlayışına baxış. Rəhbər–hüquqi hakimiyyət verilmiş, rəsmi sə­la­hiy­yət əldə etmiş şəxsdir. Rəhbərə hakimiyyət yalnız təşkil­atı idarə etmək, bununla bağlı idarəetmə qərarlarını qəbul etmək üçün verilir. Rəhbərlik müvafiq qanun­vericilik və dövlət qərarlarına, müəssisənin nizam­na­məsinə, əsasna­məsinə, müəyyən edilmiş daxili qaydalara əsasən verilmiş səlahiyyətlərin tətbiqi ilə kollektivin idarə olunmasıdır.

Rəhbər müəssisənin idarə edilməsində mərkəzi fi­qur­dur. Rəhbərin təsir sahəsi genişdir. O, müəyyən subar­di­na­siya və reqlament daxilində ətraf mühitlə əlaqə sax­la­yır, başqa təşkilatlarda öz qrupunu təmsil edir.

Rəhbərlərlə liderlərin oxşar cəhətləri vardır:

1. Qarşıya məqsəd qoymaq (yəni məqsədlər siste­mi­nə malik olmaq).

2. Kollektivi və ya qrupu yaratmaq.

3. Qərar qəbul etmək.

4. Kollektivdə nüfuza malik olmaq.

5. Təmsil olunduğu qrup və ya kollektivdə etik prin­siplərə riayət etmək.

Rəhbərlik və liderlik anlayışlarını bir-birindən fərq­lən­dirmək də lazımdır. Onların fərqli cəhətlərinə aşağı­da­kı­ları aid etmək olar:


  1. Rəhbər rəsmi surətdə təyin olunur və ya seçilir, lider isə kollektivdə özünü qeyri-rəsmi surətdə təqdim edir və ya qəbul olunur;

  2. Rəhbərdə idarəçilik bacarıqları mövcud olur, lider isə ətrafında komanda yaradıb, onları öz arxasınca aparmaq qabiliyyətinə malik olur;

  3. Rəhbərlərin idarəçilik fəaliyyətində inzibatçılıq, maddi və mənəvi həvəsləndirmə, nəzarətçilik xüsusiy­yət­lə­ri daha çox nəzərə çarpır. Liderlərin isə fəaliyyətində psi­­xoloji təsirlər, ruh yüksəkliyinə, vədlər ver­məyə, inan­dırmağa daha çox üstünlük verir;

  4. Rəhbərin təsir sahəsi genişdir. O, makromühitlə əlaqə saxlayır, bu zaman öz müəssisəsini təmsil edir. Li­de­rin isə təsir sahəsi məhduddur. Onun təsir sahəsi yal­nız mik­romühit səviyyəsində qrupdaxili münasi­bət­lər­lə məh­dudlaşır. Lakin bəzən makromühitlə də əlaqəsi baş verə bilir;

  5. Rəhbər işçilərə qanunla müəyyən edilmiş sank­si­ya­lar tətbiq etmək hüququna malikdir. Lider isə san­k­si­ya­lar sisteminə malik deyildir.

Müəssisə və təşkilatların rəhbərləri yüksək savada, xü­susilə təşkilatın fəaliyyət sferasına, iqtisadi, hüquqi, tex­ni­ki və digər sahələrə dair nəzəri və təcrübi biliklərə malik ol­malıdırlar.

Rəhbərlərin şəxsi keyfiyyətlərinə onun əxlaqi key­fiy­yətləri, peşə keyfiyyətləri, idarəçilik keyfiyyətləri aiddir.



    • əxlaqi keyfiyyətlərə onun tərbiyəsi, mədəniyyəti, ge­­yimi, etik davranışları, sadəliyi, səliqəsi, intellektual sə­viy­yəsi və s. aiddir.

    • peşə keyfiyyətinə rəhbərin öz peşəsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olması, təhsili, bu sahədə ixtisaslaşması, təkmilləşməsi, işgüzarlığı və s. aiddir.

    • idarəçilik keyfiyyətlərinə isə kollektivə qarşı hu­ma­nist­liyi, obyektivliyi, ünsiyyət bacarığı, təşəb­büs­kar­­lığı, nitq mədəniyyəti, müdrikliyi, novatorluğu və s. aiddir.

Mövzu 4. İnsan resurslarının idarə edilməsi strategiyası

Qısa icmalı: İnsan resurslarının idarə edilməsi strategiyası. Müəssisə strategiyasının və insan resurslarının idarə edilməsi strategiyasının qarşılıqlı əlaqəsi. İnsan resurslarının idarə edilməsi strategiyasının formalaşması və reallaşdırılması prosesi. İnsan resursları menecerinin kompetensiya (səriştə) modeli və rol strukturu. Menecerin peşəkar fəaliyyətinin əsas növləri. Biznesdə ERP sistemi və onun insan resurslarının idarə edilməsində tətbiqi. İnsan resurslarının idarə edilməsində informasiya texnologiyalarının tətbiqi.

İnsan resurslarının idarə edilməsində informasiya texnologiyalarının tətbiqi. İnsan resurslarının avtomatlaşdırılmış idarəetmə sistemləri: kadr kargüzarlığının avtomatlaşdırılması (əməkdaşların kartlarının aparılması, iş vaxtının və davamiyyətin qeydiyyatı, təşkilatın strukturunun və ştat cədvəlinin qurulması, əmək haqqının avtomatlaşdırılmış hesablanması, işçi heyətinin təhlili, şöbələrin və ümumilikdə şirkətin inkişafının müəyyənləşdirilməsi. İşçilərin seçimi və adaptasiyası, kompetensiyaların idarəedilməsi və karyera planlaşdırılmasına, kompensasiyalar və güzəştlərin izlənilməsinə, qəbul olunmuş qərarların səmərəliliyinin qiymətləndirilməsinə, həm standart, həm də sorğu əsasında hazırlanmış hesabatların bir kliklə yaradılması, müxtəlif faktorlar arasında qarşılıqlı əlaqənin müəyyənləşdirilməsi, cədvəl və sxemlər vasitəsilə məlumatın vizuallaşdırılması. İntranet - sosial şəbəkə. İnsan resurslarının səmərəli idarə edilməsi, onların performas qiymətləndirilməsi üçün əməkdaşlara dair məlumatların müəyyən elektron sistemdə yerləşdirilməsi. İşə qəbul proseslərinin avtomatlaşdırılması. İnsan resurslarının idarə edilməsində müxtəlif proqram təminatları: HRM-360. Office 365




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin