Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə22/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   91

Nöqtələr


●Əgər haqq xalqın nəfs istəklərinə tabe olsa, varlıq nizamı pozular. Çünki:

1. Xalqın həvəsləri bir-biri ilə ziddiyyət təşkil edir;

2. Xalqın həvəsləri haqqa əsaslanmır;

3. Xalqın həvəsləri, birtərəflidir, bu həvəslərdə yaxın və uzaq təsirlər nəzərə alınmır.


Bildirişlər


1. Haqq heç vaxt insanların meyl və istəklərinə tabe olmamalıdır.

2. Kafir başçılar dini öz istəklərinə uyğunlaşdırmaq istəyindədirlər.

3. Haqpərəstlik həvəspərəstliyə ziddir.

4. Bəşəriyyətin meyl və həvəsləri dünyanı fəsada çəkir.

5. Varlıq aləminə hakim olan nizam Allahın haqq və hikmət sahibi olmasını göstərir.

6. Göylərdə də diri və şüurlu varlıqlar mövcuddur.

7. Quran xəbərdarlıq vasitəsidir.

8. Din millətlərin oyanış və xilas vasitəsidir.

9. İnsan bəzən onu izzətə çatdırası səbəblərdən üz çevirir.

Ayə 72:


﴿أَمْ تَسْأَلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ وَهُوَ خَيْرُ الرَّازِقِينَ﴾

Sən onlardan (dəvətin müqabilində) bir muzd istəmisənmi? Rəbbinin daimi mükafatı daha üstündür və O, ruzi verənlərin ən xeyirlisidir.”


Ayə 73:


﴿وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾

Şübhəsiz, sən xalqı doğru yola dəvət edirsən.”


Ayə 74:


﴿وَإِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ عَنِ الصِّرَاطِ لَنَاكِبُونَ﴾

Həqiqətən, axirətə iman gətirməyənlər doğru yoldan çıxmışlar.”



Nöqtələr


●“Xərc” dedikdə məsrəf olunan şey nəzərdə tutulursa, “xərac” təyin olunmuş davamlı büdcədir.1 “Nəkəb” dedikdə yoldan çıxmaq, “nikbət” dedikdə bədbəxtlik nəzərdə tutulur.

●İlahi ruzinin bir sıra səciyyələri var: Minnətsizdir, daimidir, boldur, bərəkətlidir.

●Hədisdə bildirilir ki, peyğəmbər Əhli-beytini (ə) qoyub, başqalarının sorağınca gedənlər və onların rəhbərliyini qəbul edənlər doğru yoldan çıxmışlar.1

Bildirişlər


1. Dini təbliğat müqabilində xalqdan pul tələb etmək olmaz. Xalq özü verdikdə isə onu qəbul etməyin eybi yoxdur.

2. Xalq təbliğatçının pul təmənnasına həssas yanaşır.

3. Xalq bir dəfə xərc çəkirsə, Allah daim ruzi yetirir. (Xərc və xərac arasında olan fərqi unutmayaq.)

4. Ardıcıl şəkildə ruzi vermək Rəbbimizin şənindəndir.

5. Allah din təbliğatçılarının ruzisinə zamindir.

6. Ruzi vasitələri sizi aldatmasın.

7. Peyğəmbər insanları doğru yola səsləyir.

8. Məada iman doğru yolda möhkəmlik amili, imansızlıq azğınlıq səbəbidir.


Ayə 75:


﴿وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِم مِّن ضُرٍّ لَّلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ﴾

Əgər onlara rəhm etsək, bədbəxtliklərini aradan qaldırsaq, (şükür etmək əvəzinə) tüğyanları üzərində kor-koranə israr edəsidirlər.”



Nöqtələr


●“Kənzud-dəqaiq” və “Ruhul-bəyan” təfsirlərində oxuyuruq: Məkkədə qıtlıq olduğu zaman Əbu-Sufyan İslam Peyğəmbərindən (s) dua istədi. Həzrət dua etdi və qıtlıq aradan qalxdı. Bu hadisədən sonra yuxarıdakı ayə nazil oldu.

●İnsanlar tüğyan baxımından bir-birlərindən fərqlənirlər:

–Alimlər elmdə tüğyan qoparır və bu tüğyan özünü qürur və lovğalıq hisslərində büruzə verir.

–Varlılar sərvətlərində tüğyan qoparır və bu tüğyan özünü xəsislikdə büruzə verir.

–Salehlərin tüğyanı xeyir əməllə bağlıdır və özünü riya ilə göstərir.

–Həvəspərəstlərin tüğyanı onların şöhrət ardınca qaçması ilə müşayiət olunur.2


Bildirişlər


1. Rifah və asayiş ilahi rəhmət cilvəsidir.

2. Şəxsiyyətsiz insanlara xidmət və məhəbbət səmərəsizdir.

3. İmansız insanlar fürsət və möhlətlərdən sui-istifadə edir.

4. Tüğyan insanı avara qoyur.


Ayə 76:


﴿وَلَقَدْ أَخَذْنَاهُم بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ﴾

Həqiqətən, onları əzaba düçar etdik. Amma onlar Rəbləri qarşısında nə təvazö göstərdilər, nə də yalvardılar.”


Nöqtələr


●Hədisdə oxuyuruq: “İstəkanət” mütilik, “təzərrö” dua üçün əl açmaq mənasını bildirir.1

●Ötən ayədə inadkar kafirlər haqqında buyuruldu: “Əgər onlara rəhm etsək, inadkarlıq göstərib yola gəlməzlər.” Bu ayədə buyurulur: “Əgər onları qəhr-qəzəbimizlə yaxalayıb əzab versək, yenə yola gəlməzlər.” Şair deyir:



Daş qəlbə öyüdün yoxdur səməri,

Ha vur, mıxın daşa olmaz əsəri.

Bildirişlər


1. Dünyadakı ilahi qəhr-qəzəbin məqsədi qafilləri oyatmaqdır.

2. Kafirlər və azğınlar bəzən dünyada da ilahi əzaba düçar olurlar.

3. İnadkar kafirlər nə Allahın mərhəməti, nə də onun qəhr-qəzəbi ilə doğru yola gəlir.

4. Ən pis təkəbbür aləmlərin Rəbbi qarşısında təkəbbürdür. (Daş qəlbli insan o qədər süqut edir ki, hətta böyük Allah qarşısında təvazö və yalvarışı özünə rəva bilmir.)


Ayə 77:


﴿حَتَّى إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ﴾

(Bu daş qəlbli insanlara nə mərhəmət, nə də əzab təsir göstərdi. Biz də onları öz başlarına buraxırıq,) o vaxta qədər ki, üzlərinə ağır əzab qapısı açaq, (elə bəlaya düşsünlər ki,) onda (əzaba) qəfil məyus olsunlar.”



Nöqtələr


●“İblas” sözündən olan “müblis” sözü acı bir hadisədən sonra insanda yaranan qəm-qüssə mənasını bildirir. Belə bir kədər adətən insanı sükut, heyrət və ümidsizliyə sürükləyir.2

Bildirişlər


1. Əzab qapıları öncə bizim üzümüzə bağlı olur. Amma haqq qarşısındakı inadkarlığımız həmin qapıların açılması ilə nəticələnir.

2. Allah tərbiyə mərhələlərində müəyyən üsulla rəftar edir:

a) Rəhmət və mehribanlıqla rəftar edir;

b) Tənbeh üçün əzaba düçar edir;

v) İnsanı çıxılmaz vəziyyətə salan son əzab nazil olur.

3. Peyğəmbərləri öz inadkarlığı ilə məyus edən kəs əzaba düçar olaraq özü ümidsiz vəziyyətə düşür.

4. Son əzab nazil olan məqam tövbə və qurtuluş üçün yer qalmır, əzaba düçar olanlar ümidini itirir.

Ayə 78:


﴿وَهُوَ الَّذِي أَنشَأَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ قَلِيلًا مَّا تَشْكُرُونَ﴾

Sizin üçün qulaq, göz və qəlb qərar verən Odur. Necə də az şükür edirsiniz”.


Ayə 79:


﴿وَهُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ﴾

Odur sizi yer üzündə yaradan və Ona doğru məhşur olarsınız (Onun hüzuruna gətirilərsiniz)”.




Ayə 80:


﴿وَهُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ وَلَهُ اخْتِلَافُ اللَّيْلِ وَالنَّهَارِ أَفَلَا تَعْقِلُونَ﴾

Odur dirildən və öldürən. Gecə və gündüzün get-gəli Onun üçündür. Yoxsa düşünmürsüz?!




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin