257
5. İnsanın istəkləri və meylləri hikmətlə tarazlanmışdır.
6. Günah bir növ iffət və din pərdəsini yırtmaqdır.
7. Yaxşılıqların və pisliklərin fitri yolla dərki bir istedad olaraq insanların ruhunda
qərar verilmişdir.
8. Öncə çirkin işləri tanımaq, sonra xilas yolu axtarmaq lazımdır.
Ayə 9, 10, 11, 12, 13, 14, 15:
َثَعَبنا ِذِإ﴿﴾اَها َوْغَطِب ُدوُمَث ْتَب ذَك﴿﴾اَها سَد نَم َباَخ ْدَق َو﴿﴾اَها كَز نَم َحَلْفَأ ْدَق﴿
َر ْمِهْیَلَع َمَدْمَدَف اَهوُرَقَعَف ُهوُب ذَكَف﴿﴾اَهاَیْقُس َو ِ اللّ َةَقاَن ِ اللّ ُلوُسَر ْمُهَل َلاَقَف﴿﴾اَهاَقْشَأ
مُهُّب
َها وَسَف ْمِهِبنَذِب
﴾اَهاَبْقُع ُفاَخَی َلً َو﴿﴾ا
9. “Həqiqətən, nəfsini paklayan nicat tapdı”; 10. “Şübhəsiz ki, onu (nəfsini)
bulaşdıran məhrum olub ümidini itirdi”; 11. “Səmud qövmü azğınlıq səbəbindən
(öz peyğəmbərini) təkzib etdi”; 12. “Onların ən qəddarı (dəvəni öldürmək üçün)
ayağa qalxanda”; 13. “Allahın peyğəmbəri onlara dedi: “Allahın bu dəvəsinə
(hörmət göstərin) və su içməsinə mane olmayın”; 14. “Onu təkzib etdilər və dəvəni
öldürdülər. Rəbbləri bu günaha görə onları bir-birinə qatıb torpaqla bir etdi;” 15.
“Allah öz işinin aqibətindən qorxmaz.”
Nöqtələr
◘İmam Baqir (ə) və imam Sadiq (ə) 9-cu ayənin təfsiri ilə bağlı buyururlar: “Nəfsini
paklayan kəs dedidkə Peyğəmbər və məsum imamlar nəzərdə tutulur. Onlar Allaha itaət
edib nicat tapdılar.”
1
◘Allahın nəzərində yalnız özünü paklayanlar nicat əhlidir. Fironçular isə zorluları,
zahirdə qalib gələnləri nicat tapmış sayır.
◘Xeyir işlərdə qurtuluş ümidi var.
2
Amma nəfsin paklanması və özünütərbiyə insanı
qəti şəkildə xilas edir.
Amma nəfsin paklanması və özünütərbiyə insanı qəti şəkildə xilas edir.
◘Nəfsin paklanması
dedikdə batil əqidə, əxlaq və rəftarlardan uzaqlıq, bəyənilmiş
səciyyələrə yiyələnmək nəzərdə tutulur.
◘Ayələrdə
buyurulur ki, su bir gün xalqın, bir gün isə dəvənin payıdır. Hərə öz
günündə sudan istifadə etməlidir.
Bildirilir ki, dəvəyə mane olan böyük əzaba düçar
olacaq.
3
◘Quranda “fəlah” kökü 40 dəfə işlədilmişdir. Bu sözü araşdırdıqda məlum olur ki,
kimlər nicat tapasıdır, kimlər məhrum qalasıdır. Məsələn, günahkarların
nicat
tapmayacağı bildirilir.
4
◘Quranda bəzi mövzular bir andla bəyan olunur. Bəzən iki, üç, dörd, beş and içilir.
Amma bu surədə 11 dəfə and içildikdən sonra nəfsin paklamağın əhəmiyyəti qeyd edilir.
◘”Xab” sözü məqsədə çatmaq mənasını bildirən “xəybə” məsdərindəndir.
1
“Təfsiri-nurus-səqəleyn”
2
“Həcc”, 77
3
“Şuəra”, 155; “Qəmər”, 28
4
“Yunis”, 17
258
◘”Dəss” sözü izləmək mənasını bildirir. Qızların diri-diri gora gömülməsindən
danışılarkən bu sözdən istifadə olunur. Bəli, Günahkar insan öz eyblərini gizləməyə
çalışır. “Dəsisə” sözü gizlədilən çirkin iş mənasını bildirir.
◘”Dəmdəm” dedikdə sarsıdıcı və əhatəli əzab nəzərdə tutulur. Bu əzab insanı
parçalayıb dağıdır.
◘”Səvvaha” sözü ya tikililərin, ya da insanların torpaqla bir edilməsini bildirir.
◘Nəfsini paklamış tənha bir insan cəmiyyətdə hərəkat yarada bilər.
Belə bir şəxs
təkamül, şücaət, şəxsiyyət, mərifət və vəhdət üçün hərəkət verici ola bilər. Necə ki, azğın
bir şəxs öz istəyinə çatmaq üçün bütöv ümməti fəsada sürükləyir.
◘Quranda insanların qurtuluşu üçün iki amil göstərilir: iman və paklanma (təzkiyə).
Mahiyyət baxımından iman və təzkiyə eynidir. Özünü tərbiyələndirmək istəyən şəxs
həqiqi mömin olmalıdır. Həqiqi mömin isə özünü paklayan insandır. Belə bir insan
imanlıdır, dini vəzifələrini diqqətlə yerinə yetirir. Belələri “Muminun”
surəsinin
başlanğıcında yada salınır.
◘“Ətyəbul-bəyan” təfsirində oxuyuruq ki, tarix boyu böyük cinayətkarlar olmuşdur.
Amma Salehin dəvəsini öldürən və həzrət Əlini (ə) şəhadətə yetirən şəxsin cinayəti çox
böyükdür. Bu iki cinayətin yeganə səbəbi amansızlıq olmuşdur.
◘Həzrət Əli (ə) Kufədə minbərdən buyurdu: “Salehin dəvəsini bir nəfər öldürdü.
Amma Allah bu işə razı olanların hamısını cəzalandırdı.” Sonra həzrət hazırkı ayəni
tilavət etdi.
1
◘Şiə və sünnülərdən nəql olunmuş çoxsaylı rəvayətlərdə,
o cümlədən Əhməd
Hənbəl, Təbəri və Qurtubidən nəql olunmuş rəvayətlərdə bildirilir ki, ilk qəddar Salehin
dəvəsini öldürən, son qəddar həzrət Əlini (ə) şəhadətə yetirən şəxsdir.
2
Dostları ilə paylaş: