117
İYİRMİNCİ DƏRS
HİNDUİZM (3)
TRİMURTİ
Bundan əvvəlki bəhsdə brahmanizm ayinini araşdırarkən bu ayinin əvvəlcə həyat
atributlarından hər biri üçün xüsusi mə'buda e'tiqad
etdiyini, tədriciən öz
dəyişikliklər prosesi boyunca çoxsaylı tanrıları
kənara qoyaraq, onlardan yalnız
üçlük tanrılara inandığını öyrəndik. Üçlük tanrılar əslində çoxsaylı mə'budların
təcəllisi və simvolu olmaqla onların bütün sifətlərini özlərində daşımışlar. Üçlük
təşkil edən bu mə'budlar qrupuna sanskrit dilində trimurti deyilir. Onların adları
aşağıdakılardır:
1. Brahma - yə'ni yaradan mə'bud;
2. Vişnu - yə'ni qoruyan mə'bud;
3. Şiva - yə'ni məhv edən mə'bud.
Bilməliyik ki,
hinduizmdən əlavə, başqa məktəblərdə də üç mə'buda, yaxud üç
həqiqətə e'tiqad bəslənilir. Qədim Misirdə “Ozirs”, “Əniris” və “Huros”adlanan
üçlük tanrının Flutin fəlsəfəsində qədim və əsildən
ibarət olan üç həqiqəti,
xristianlıqdakı üçlüyü (ata, oğul və müqəddəs ruh) tao ayinində isə səma,
yer və
insan həqiqətlərini üç mə'budun nümunələri kimi qeyd etmək olar.
Əlbəttə, müxtəlif məktəblərdə üç həqiqətə, yaxud üç mə'buda e'tiqad
bəslənməsinin eyni mənşədən qaynaqlanması və ya bu məsələnin sırf təsadüf olması
dəqiq mə'lum deyil. Xüsusilə də, yuxarıdakı üçlüklərin mahiyyət və məzmunu bir-
birindən tamamilə fərqlənir və onlardan birinin digərinin mənşəyi olmasını
dəqiq
iddia etmək mümkün deyil.
Hinduizmin ardıcılları, varlıq aləmində üçlük tanrıların dünyanın işlərini birgə
idarə etməsinə inanırlar. Əlbəttə, vaxt keçdikcə və hinduizmdə
müxtəlif firqələr
yarandıqca firqələrdən hər biri üç mə'buddan birini digərindən üstün tutmuşdur. Belə
ki, Şivanın digər mə'budlardan üstün sayıldığı Şiva firqəsində Vişnu və Brahma
surətində də təcəlli edən Şiva varlıq aləminin mənşəyi və mütləq əsasdır. Vişnu
firqəsinin ardıcılları Vişnu mə'budunu
ali qəbul edərək, Brahma və Şivanı onun
təcəllisi kimi təsəvvür edirlər. Ancaq, hinduizm məktəbinin əsas e'tiqadları
baxımdan bu üç mə'bud üç simvolun vücudunda təcəlli etmiş bir-birindən ayrılmaz
vahid həqiqətdir. Hindus mə'budlarının bizə gəlib çatmış heykəl və təsvirlərin də
trimurti üçbaşlı bir bədən şəklində təsvir olunur.
Bu dərsdə hinduizmin üç mə'budla əlaqədar baxışlarını şərh edirik:
Dostları ilə paylaş: