SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə81/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   77   78   79   80   81   82   83   84   ...   200
Dinlərlə tanışlıq

1. Brahma: Bütün varlıqların yaradıcısı və xilqətin mə'budu Brahmaya daha az 
ibadət və sitayiş olunur. Çünki hinduslar inanırlar ki, onun tanrılar tanrısı kimi 
dünyanı yaratdıqdan sonra artıq yer üzərində başqa heç bir məs'uliyyəti yoxdur, 
qalan işlər Vişnu və Şiva mə'budlarının öhdəsinə düşür. Bu baxımdan bütün


118 
Hindistanda Brahmanın adına az sayda mə'bəd var. Eyni halda hinduslar Brahmaya 
hörmətlə yanaşır və onun üzü vedalar oxumağa məşğul olan dörd başlı bir padşah 
kimi təsvir olunur. Bu şəkillərdə o əksər hallarda ağ bir qaza minmiş halda əks 
olunmuşdur ki, bu da onun yüksək məqamını, şan-şöhrətinin simvolu sayılır. 
2. Vişnu: Vişnu, yaxud qoruyub saxlayan mə'budun öhdəsinə yaradılış sisteminin 
keşiyini çəkmək düşür. O kainatı fırladır və ilin 360 günlük dövrünü hərəkətə gətirir. 
Bütün kainat onun zatına bağlıdır və həyatın bütün sahələrinə yayılmışdır. Eyni 
zamanda, həyatın əsası və yaşayışın davam etməsinin amili sayılır. Vişnu sonsuzluğa 
qədər genişlənib və heç kəs böyüklükdə və genişlikdə onun qarşısına çıxa bilməz. 
O, kainatın mehvəridir, ulduzlar və səma cisimləri onun ətrafına fırlanır. Şivanın 
ölüm və məhvetmə, Vişnonun isə həyatın yeniləşdirilməsi mə'budu olmalarına 
baxmayaraq, bunlar birlikdə olan və bir-birilərini tələb edəndir. Ölüm olmadan 
həyatın, yoxluq olmadan varlığın mə'nası yoxdur. Hinduslar Vişnunu xeyir-
bərəkətin mənşəyi, mehr-məhəbbət və səmavi mərhəmətlərin kamil simvolu hesab 
edirlər. O, səmanın ənginliklərindən varlıqların əməllərinə nəzarət edir, əziz bir 
varlıq ölüm təhlükəsi ilə üzləşdikdə ona köməyə tələsər və onu xilas edər. Hindus 
dini mənbələrinə əsasən, Vişnu doqquz dəfə müxtəlif surətlərdə təcəlli edərək 
bəşəriyyətin köməyinə çatmışdır. O, ilk dəfə ilahi şəriət və sünnətləri gətirən
hindusların Nuhu sayılan qanunverici Manoya kiçik bir balıq surətində təcəlli etmiş 
və bundan sonra tədricən böyüyərək nəhəng bir balığa çevrilmişdir. Bu halda Mano 
onu tanıyır və Vişnu ona dəhşətli bir tufanın, selin olacağını xəbər verir. Sonra ona 
əmr edir ki, böyük bir gəmi düzəltsin və batmaqdan xilas olmaq üçün ona hər bir 
varlıqdan, bitkilərdən və insanlardan mindirsin. Vişnu bir daha tısbağa surətində 
zahir olur. Bu da aləmin süd okeanı formasında olduğu bir vaxtda baş verir. Digər 
mə'budlar dənizin dibində tısbağa kimi üzərkən Vişnudan okeanı hərəkətə gətirməyi 
və beləliklə də camaatı lazım olan kərə və yağla əbədi olaraq tə'min etməsini 
istəyirlər. 
Üçüncü dəfə Vişnu qaban surətində təcəlli edir. Bu da yerin tərk edilmiş okeanın 
dibinə batdığı vaxtda baş verir. Vişnu öz dişləri ilə yeri qaldıraraq nur aləminə və 
işıqlığa doğru yönəldir. Vişnu dördüncü dəfə yarısı insan, yarısı yırtıcı şir surətində 
zahir olur. Bu vaxt Vişnuya e'tiqad bəsləyib, pərəstiş etdiyinə görə öz övladına 
əziyyət verib onu öldürmək niyyətində olan şeytanlardan biri Vişnunun güclü 
caynaqları ilə öldürülür və onun övladı da azad edilir. Beşinci dəfə cırtdanboy bir 
insan surətində zahir olan Vişnu ruhi məşğələlər sayəsində fövqəladə qüdrət sahibi 
olan və nəticədə özünü üç aləmin hökmdarı hesab edən Bali adlı əhriməni 
cəhənnəmin dərin qatlarına göndərir və bununla da əhrimənin gücündən bərk 
qorxuya düşmüş digər mə'budlar rahatlıq tapırlar. Vişnu altıncı dəfə əlində balta olan 
“Rama” surətində və brahmanın bir övladı olaraq zahir olur. O zaman kşatrya 
təbəqəsinin döyüşçüləri brahman təbəqəsinin əleyhinə qiyam qaldırmışdılar. Vişnu 
brahmanların xeyrinə meydana daxil olaraq, 21 dəfə baş


119 
verən güclü müharibələrdən sonra kşatryaları məğlub edir və brahmanların 
hakimiyyətini möhkəmləndirir. Yeddinci dəfə o, yenə Rama surətində zahir olaraq 
vəzifə, kamal, şəriət və haqq simvoluna çevrilir. Səkkizinci dəfə isə Krişna surətində 
zahir olur. Krişna məhəbbət, xoşbəxtlik simvolu, qəm-qüssəni məhv edəndir. 
Nəhayət, Vişnu doqquzuncu dəfə zühur etdikdə “Qautama-Budda” formasında zahir 
olur. Vişnunun doqquzuncu dəfə Budda şəklində zahir olmasına e'tiqad bəlkə də 
buddistlərin hinduizmdən ayrılmasının qarşısını almaq və bu iki ayin arasında bir 
növ dinc yanaşı yaşayış və sülh yaratmağa xidmət etmişdir. Əvvəlki dərslərdə qeyd 
olunduğu kimi, Hindistanda buddizm tədricən hinduizmlə qaynayıb-qarışmış ancaq, 
hinduizmin yayılmadığı və ya ümumiyyətlə mövcud olmadığı bir sıra ölkələrdə bu 
ayin müstəqil şəkildə inkişaf edib genişlənmişdir. 
Hinduslar Vişnunun “kalki” surətindəki başqa bir təcəlli və zühurun olmasına və 
bu zühurun hələ baş vermədiyinə inanırlar. Vişnu hazırkı dövrümüz olan zülmət 
dövrünün sonunda “Kalki” surətində zahir olacaqdır. O ağ ata minəcək, əlində parlaq 
qılınc olacaq. Öz zühuru ilə dünyadakı pis əməl və din sahiblərini cəzalandıracaq, 
yaxşı əməl, din sahiblərini axirət ne'mətlərindən bəhrələndirəcəkdir. O, zühur edən 
zaman bütün varlıq məhv olacaq, yeni bəşər və yeni bir dünyanın bünövrəsi 
qoyulacaqdır. Gözəl adət-ən'ənələr yaranacaq, qızıl əsr yenidən başlanacaqdır. 
Bhaqavata-porana kitabında bu barədə oxuyuruq: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin