Sual 10:
Allah şeytanı nə üçün yaratdı?
Cavab:
Tez-tez belə suallarla qarşılaşırıq:
Şeytan kimi
alçaq bir vücudun yaradılması, hansı məntiqə əsaslanır?
İlk əvvəl onu qeyd edək ki, Allah-təala şeytanı
alçaq
yaratmamışdır. Mötəbər dini mənbələrin verdiyi
məlumatlara görə, şeytan uzun illər mələklərlə yanaşı
dayanmışdır. Lakin sonradan verilmiş azadlıqdan sui-
istifadə edərək, tüğyan qoparmışdır. Demək,
şeytan ilk
əvvəl pak yaradılmış, sonradan öz istəyi ilə azğınlığa düçar
olmuşdur.
İkinci bir tərəfdən, yaranış qanunlara əsasən, ziddiyyət
olmayan yerdə tərəqqi də olmaz. Şeytanın varlığı imanlı
insanlar üçün qorxulu deyildir. Əksinə, onun törətdiyi fitnə-
fəsadlar, imanlı insanların təkamülü üçün mühüm
şərtlərdəndir.
İnsan yalnız güclü düşmənlə qarşılaşdığı
zaman öz
qüvvəsini səfərbər edib, işə sala bilər. Tarixə baxın. Yalnız
güclü düşmənlərin hücumları qarşısında ardıcıl müqavimət
göstərmiş millətlər, böyük mədəniyyət yarada bilmişlər.
«Nəhl» surəsinin 99 və 100-cü ayələrində buyurulur:
«
Dostları ilə paylaş: